Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-837/2023 13.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı AS Mobile mobil telefon mağazasının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" mobil telefon mağazasının Cavabdeh qarşı borc tələbinə dair mülki işə Tovuz şəhərində 13 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" mobil telefon mağazası məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq borc tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" mobil telefon mağazasının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********77754/**********77747 olan RealMe X3 markalı telefon almış və nəticədə 930 manat borc yaranmışdır. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1100 manat olan İMEİ kodu **********77754/**********77747 olan RealMe X3 markalı telefon üçün ümumilikdə, 930 manat olmaqla ondan 690 manat ödənilməmiş hissə, 240 manat dəbbə pulu olmaqla borc yaranmışdır. Cavabdeh cəmi 410 manat pul ödəmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Müqavilənin 2.5-ci bəndinə əsasən borc öhdəliyi vaxtında icra edilmədikdə və tərəflər bu müqavilənin müddətinin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır, cərimə haqqının 1 faiz həcmində hesablanır. Müqaviləyə əsasən kredit üzrə öhdəliklər icra edilmədikdə borc alan dəbbə pulunu və borc verənə dəymiş zərəri tam həcmdə ödəməlidir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Beləliklə, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə "xxxx" mobil telefon mağazasına borcu cəmi 930 manat təşkil etmişdir. Ona görə də Cavabdeh "xxxx" mobil telefon mağazasının xeyrinə ümumilikdə 930 manat borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, surəti işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh "xxxx" mobil telefon mağazası tərəfindən İMEİ kodu **********77754/**********77747 olan 1100 manat dəyərində RealMe X3 markalı telefon verilmişdir. İşə əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh 690 manat ödənilməmiş hissə, 240 manat dəbbə pulu olmaqla, cəmi 930 manat borcu vardır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********77754/**********77747 olan RealMe X3 markalı telefon almış və nəticədə 690 manat borc yaranmışdır. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1100 manat olan İMEİ kodu **********77754/**********77747 olan RealMe X3 markalı telefon üçün ümumilikdə, 930 manat olmaqla ondan 690 manat ödənilməmiş hissə, 240 manat dəbbə pulu borc yaranmışdır. Cavabdeh cəmi 410 manat pul ödəmişdir. Borclu müqavilənin şərtlərini pozaraq nisyə aldığı malın əsas məbləğini gecikdirmişdir. Cavabdehin iddiaçı təşkilata ümumilikdə 690 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddia cərimə hissəsində qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı tənasübsüz surətdə cərimə ödənilməsinə dair tələb irəli sürülmüşdür. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərsə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunverici dəbbə pulunun azadlılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin böyük məbləğdə dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiada nəzərdə tutulan dəbbə pulu azaldılmalıdır. «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın» ədalətli məhkəmə araşdırması hüququnun təsdiq olunduğu 6-cı maddəsi ilə nəzərdə tutulmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağla batan müddətdə işin ədalətli araşdırması hüququna malikdir. Beynəlxalq hüququn bu normasında nəzərdə tutulan şəxsin ədalətli məhkəmə araşdırması hüququnun mənasına görə məhkəmə qərarı ədalət anlayışına cavab verən olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddənin tələblərinə əsaslanaraq hesab edir ki, tələb olunan müqavilə üzrə 240 manat cərimə azaldılaraq 12 manat məbləğində müəyyən olunması məqsədə müvafiqdir. Cərimənin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu lazımınca icra edilməməsi,o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditorun onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 08 mart 2022-ci il tarixli müqaviləyə əsasən, 690 manat borc, 12 manat dəbbə pulu olmaqla, cəmi 702 manat pul alınaraq "xxxx" mobil telefon mağazasının xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Ödəniləcək məbləğ 702 manat olduğundan ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234–cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 08 mart 2022-ci il tarixli müqaviləyə əsasən, 690 manat borc, 12 manat dəbbə pulu olmaqla, cəmi 702 manat borc və dövlət rüsumu hesabına ödənilmiş 30 manat alınaraq "xxxx" mobil telefon mağazasının xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-837/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-837/2023
13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver