Məhkəmə qərarları › İş №2(062)-860/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-860/2025

26.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-860/2025 26.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X4, Cavabdehlər Cavabdeh1 nümayəndəsi X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Bozalqanlı kəndində yerləşən məhrum X7 miras qalmış ümumi sahəsi 82.90 kv fərdi yaşayış evindən və 0.30 ha olan həyətyanı torpaq sahəsindən paylarının müəyyən edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X30 onun anasıdır. X5 ilə anasının birgə nikahlarından o, qardaşı Cavabdeh2, Zahid Mənafov, Vidadi Mənafov, Mürşüd Mənafov və bacısı Cavabdeh6 anadan omuşdur. Qardaşı Zahid xx.xx.2010-cu il tarixdə, Vidadi Abdullayev xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. X42 03 noyabr 1995-ci il tarixdə, X5 isə 19 aprel 1987-ci il tarixdə vəfat edib. Şəfiqə Ələkbərova qardaşı Vidadi Abdullayevin arvadıdır. Cavabdeh X25 onların birgə nikahlarından anadan olub. Qardaşına çatan payı onun oğlu Bəhruza və digər vərəsəsinə verilməsinə etiraz etmir. Cavabdeh3 qardaşı Zahidin oğludur. Qardaşı Zahid arvadı Sahilə Mənafova ilə birlikdə anasına məxsus torpaq sahəsində ev tikmişdir. Həmin ev mirasın kütləsinə daxil deyil. **********54-10303 sayla qeydə alınmış reyestrdən çıxarışa əsasən Tovuz Rayonu Bozalqanlı kəndində ümumi sahəsi 0,30 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi ümumi birgə mülkiyyətdədir. Qeyd etdiyi çıxarışda o, X11, X8, X9, X12 və X17 adları qeyd edilmişdir. Çıxarışda adları qeyd edilən şəxslərin hər birinin həmin torpaqdan və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən hər birinin 1/5 payı var. X3 həmin torpaqdan və evdən 1/5 payı var. Mirasın kütləsinə qeyd etdiyi torpağın və evin 1/5 hissəsi daxildir. Ümumu sahəsi 0,30 ha olan torpaq sahəsinin 0,06 ha hissəsi mirasın kütləsi hesab olunur. Bu səbəbdən də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi, iddia tələbini müdafiə edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X22 izahatında göstərdi ki, iddiaçı miras kütləsinə daxil olan evdə yaşayır. Buna baxmayaraq o və oğlanları da həmin evdə yaşayır. Əri Vidadi də həmin evdə yaşamasına baxmayaraq o 2007-ci ildə vəfat etmişdir. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 göstərdi ki, o mirası hər hansı formada qəbul etməmişdir. Belə ki, o həmin evdə yaşamır. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 izahatında göstərdi ki, o da mirası hər hansı formada qəbul etməmişdir. Mirası Çingiz, Vidadinin uşaqları Bəhruz və Arslan, birdə Zahidin oğlu Bəhman q əbul etmişdir.Odur ki, onun da payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 izahatında göstərdi ki, o Vidadinin oğludur. O miras kütləsinə daxil olan evdə yaşayır. Qardaşı Bəhruz da həmin evdə yaşayır. Odur ki, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, tərəfləri dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu Bozalqanlı kəndi, yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 82.90 kv fərdi yaşayış evin və 0.30 ha olan yaşayış məntəqələrinin torpağı ümumi birgə payla İddiaçı, Cavabdeh4, X13, X18 və X17 adınadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Tovuz rayonu Bozalqanlı kəndi, yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 82.90 kv fərdi yaşayış evin və 0.30 ha olan yaşayış məntəqələrinin torpağı xüsusi mülkiyyət ilə İddiaçı adınadır. İş materiallarında olan Tovuz rayonunun Bozalqanlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 153 nömrəli arayışından görünür ki, arayış verilir İddiaçı ondan ötrü ki, həqiqətən məhrum anası X26 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Mərhumun ölümündən sonra onun Tovuz rayon Bozalqanlı kəndində (reyestr No **********54-10301, Qeydiyyat No **********) saylı çıxarışına əsasən adına olan fərdi yaşayış evində aşağıdakılar qeydiyyatdadırlar. Oğlu - İddiaçı 1969, gəlini - X24 1973, nəvəsi - X36 2018, oğlu - Cavabdeh4 1967, nəvəsi - X35 1999, nəvəsi - X37 2004, gəlini - X52 1968, nəvəsi - Cavabdeh3 1995, nəvəsi - X53 1996, gəlini - X33 1966, nəvəsi - Cavabdeh1 1994, nəvəsi - Cavabdeh5 1999-cu il təvəllüdlü. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.1995-ci ildə vəfat etmiş X26 “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əsasən xx.xx.1960-cı ildə X31 ilə nikaha daxil olmuşdur. H.Abdullayevanın övladları xx.xx.1960-cı ildə X27, xx.xx.1957-ci ildə X28, xx.xx.1953-cü ildə Cavabdeh2, xx.xx.1951-ci ildə X40, xx.xx.1962ci ildə X23, xx.xx.1967-ci ildə Cavabdeh4, xx.xx.1969-cu ildə İddiaçı-doğulmuşdur. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, Cavabdeh2 xx.xx.1953-cü ildə Tovuz rayon Bozalqanlı kəndində doğulmuşdur. X2 ilə X32r. İş materiallarında olan Tovuz rayon Bozalqanlı kənd sovetinin xx.xx.1967-ci il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1967-ci ildə Tovuz rayon Bozalqanlı kəndində doğulmuşdur. X2 ilə X19r. İş materiallarında olan Tovuz rayon Bozalqanlı kənd sovetinin xx.xx.1969-cu il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə Tovuz rayon Bozalqanlı kəndində doğulmuşdur. X2 ilə X19r. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin arayışından görünür ki, X40 xx.xx.2010-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin arayışından görünür ki, X27 xx.xx.2007-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin arayışından görünür ki, X23 xx.xx.1963-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 387 nömrəli məktubundan görünür ki, xx.xx.2025-ci ildə Tovuz regional “ASAN xidmət” mərkəzindəki Notariat Ofisinə xx.xx.1995ci il tarixdə vəfat etmiş mərhum X7 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün etdiyiniz müraciətinizə baxılmışdır. Sənədlərlə tanışlıq zamanı məlum olmuşdur ki, mərhumun vərəsələri arasında mübahisə olduğundan sizin müraciətinizi rəsmiləşdirmək mümkün deyildir. Yuxarıda göstərilənləri nəzərə alaraq, mübahisənin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Tovuz rayon Bozalqanlı kənd nümayəndəliyinin xx.xx.1995-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.1995-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin arayışından görünür ki, X31 xx.xx.1987-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnamənin arayışından görünür ki, X31 ilə X26 arasında xx.xx.1960-cı ildə nikah bağlanmışdır. İş materiallarında olan Tovuz rayonunun Bozalqanlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 162 nömrəli arayışından görünür ki, Tovuz rayon Bozalqanlı kənd sakini X14 ondan ötrü ki, həqiqətən 1991-ci il arıxdə Tovuz rayon Bozalqanlı kəndinə mərhum qayınX3 adına olan yaşayış evinə gəlin gəlmiş və həmin tarixdən hal-hazıra kimi aşağıda adları qeyd olunan ailə üzvləri ilə birlikdə yaşayırlar. Oğlu - Cavabdeh1 xx.xx.1994, Oğlu - Cavabdeh5 xx.xx.1999. İş materiallarında olan Tovuz rayon Bozalqanlı kənd nümayəndəliyinin 1994-cü il tarixli 365462 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1xx.xx.1994-cü ildə Tovuz rayon Bozalqanlı kəndində doğulmuşdur. X1 ilə X15r. İş materiallarında olan Tovuz rayon Əlimərdanlı kənd icra nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 295627 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.1957-ci ildə Tovuz rayon Bozalqanlı kəndində doğulmuşdur. X2 ilə X19r. İş materiallarında olan Tovuz rayon Bozalqanlı kənd nümayəndəliyinin xx.xx.1993-cü il tarixli 291591 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.1993-cü ildə Tovuz rayon Bozalqanlı kəndində doğulmuşdur. X1 ilə X15r. İş materiallarında olan Tovuz rayon Bozalqanlı kənd nümayəndəliyinin xx.xx.1999-cu il tarixli 099151 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh5 xx.xx.1999-cu ildə Tovuz rayon Bozalqanlı kəndində doğulmuşdur. X1 ilə X15r. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, X20 və X21 birgə nikahlarından Çingiz, Cavabdeh2, Zahid Mənafov, Vidadi Mənafov, Mürşüd Mənafov və Cavabdeh6 anadan omuşdur. Zahid xx.xx.2010-cu il tarixdə, Vidadi Abdullayev xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Həcər Abdullayeva 03 noyabr 1995-ci ildə, X31 isə 19 aprel 1987-ci il tarixdə vəfat etmişdir. X39 Abdullayevin arvadı olmaqla, miras kütləsinə daxil olan evdə oğlanları Bəhruz və Arslanla birlikdə yaşayır. Miras faktiki olaraq Çingiz, Vidadinin övladları-Bəhruz və Arslan,Zahidin oğlu Bəhman qəbul etmiş, digər vərəslər isə qəbul etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Həmin Qərarda həmçinin göstərilmişdir ki, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, **********54-10303 sayla qeydə alınmış reyestrdən çıxarışa əsasən Tovuz Rayonu Bozalqanlı kəndində ümumi sahəsi 0,30 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi X11, Cavabdeh4, X9, X12 və X17 ümumi birgə mülkiyyətdədir. İddiaçı Tovuz regional Asan xidmət mərkəzinin Notariat Ofisinə müraciət etmiş, vərəsələr arasında mübahisə olduğuna görə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə hesab edir ki, Tovuz rayonu Bozalqanlı kəndində yerləşən məhrum X7 miras qalmış ümumi sahəsi 82.90 kv fərdi yaşayış evi və 0.30 ha olan həyətyanı torpaq sahəsinin X13 aid 1/5 hissəsindən İddiaçı 1/3 hissədə,Cavabdeh3 1/3 hissədə, Cavabdeh5 1/6 hissədə, Cavabdeh1 1/6 hissədə payları müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Tovuz Rayonu Bozalqanlı kəndində yerləşən ümumi sahəsi 82.90 kv fərdi yaşayış evi və 0.30 ha olan torpaq sahəsinin X13 aid 1/5 hissəsindən İddiaçı 1/3 hissədə,Cavabdeh3 1/3 hissədə, Cavabdeh5 1/6 hissədə və Cavabdeh1 1/6 hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar