Məhkəmə qərarları › İş №2(062)-863/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-863/2023

11.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-863/2023 11.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, X3 oolunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və Tovuz rayonu ASAN xidmət mərkəzinin notariat ofisinə qarşı «qanun üzrə vərəsəlik şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və miras mülkdən pay » tələbinə dair iddiası üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və Tovuz rayonu ASAN xidmət mərkəzinin notariat ofisinə qarşı «qanun üzrə vərəsəlik şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və miras mülkdən pay » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz Regional mərkəzinin notariat ofisi tərəfindən məhrum anası X1 miras qalmış mülkə dair verilmiş vərəsəlik şəhadətnaməsinin onun əsasında tərtib olunmuş reyestr çıxarışın etibarsız hesab edilməsinə, Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən məhrum anası X1 miras qalmış torpaq sahəsindən payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və işin mahiyyəti üzrə baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, iddiaçının xahişi nəzərə alınmaqla iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh və Tovuz rayonu ASAN xidmət mərkəzinin notariat ofisinə oğluna qarşı «qanun üzrə vərəsəlik şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və miras mülkdən pay» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar