Məhkəmə qərarları › İş №2(062)-865/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-865/2023

03.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-865/2023 03.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X2 və Tovuz regional Asan xidmət mərkəzinin Notariat Ofisinə qarşı "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmə hazırlıq iclasında, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə muraciət edərək Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisi Tovuz Notariat Ofisində cavabdehlər Cavabdeh ilə X3 arasında bağlanmış 02 fevral 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və iddianın baxılmamış saxlanımasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında ərizə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı cavabdehlər Cavabdeh, X1 və Tovuz regional Asan xidmət mərkəzinin Notariat Ofisinə qarşı "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar