Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-89/2023 30.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X40, Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçünçu şəxs X17 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1ndə Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “26 aprel 2004-cü il tarixdə vəfat etmiş X6 və 18 aprel 2018-ci ildə vəfat etmiş X9 miras qalmış əmlaka dair Cavabdeh1ndə notariat ofisi tərəfindən açılmış bütün vərəsəlik işləri üzrə və digər notariat hərəkətlərinin etibarsız hesab edilməsi, xx.xx.2005-ci il tarixli JN-162A qediyyat nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, onun əsasında verilmiş mülkiyyətə dair bütün sənədlərin ləğv edilməsi, xx.xx.2005-ci il tarixli JN-162A qeydiyyat nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin xəritə koordinatlarının müəyyən edilməklə coğrafi-fiziki yerləşdiyi ərazinin 448-ci şəxsi hesabla göstərilən həyətyanı torrpaq sahəsi olmaması, şəhadətnamədə qeyd olunan 1960-cı ildə inşa ediimiş 44,8 kv.m yaşayış evinin 1981-ci ldə tikilmiş yaşayış evinin olmaması, atası X8 torpaq islahatına qədər qanuni istifadəsində olmuş yaşayış məntəqəsinə aid həyətyanı torpaq sahələrinin və həyətyanı zəbtin, fərdi yaşayış evinin coğrafi koordinatlarla müəyyən edilməsi, bunun əsasında miras əmlakın tərkibinin yenidən müəyyən edilməsi, atası X10 aid torpaq islahatı zamanı Tovuz rayon AİK-nın və YAİK tərtib etdiyi bütün protokolların, qərarların, cədvəllərin və onların əsasında tərtib edilmiş mülkiyyət sənədlərinin ləğv edilməsi, pay torpağı almaq hüququ olan subyeklərin müəyyən edilməsi üçün ailə tərkibinin, 340 qediyyat 503-2/4 texniki pasportla qeyd olunan 1981-ci ildə tikilmiş fərdi yaşayış evinə qediyyatda olanlar və 448-ci şəxsi hesabda qeyd olunan 0,25 ha həyətyanı torpaq sahəsinin üzərində, 1960-cı ildə inşa edilmiş 44,8 kv.m fərdi yaşayış evinə qeydiyyatda olanların, ilkin və son istifadəçisinin müəyyən edilməsi, Tovuz rayon Azaflı kənd icra nümayəndəliyindən torpaq payı və əmlak payı almaq hüququ olan Azərbaycan Respublikası vətandaşı kimi ailə başçısı o, olmaqla, o və həyat yoldaşı X15 Azərbaycan Respublikasının Torpaq islahatı haqqında Qanunun tələblərinə uyğun sovxoz və kolxozların özəlləşdirilən torpaqlardan pay torpağı və əmlak payı almaq hüququ olan subyekt kimi tanınması, onun JN-231D dövlət aktı ilə, həyat yoldaşı X15 JN-267D dövlət aktı ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquqlarının ləğv edilməsi və onlara sovxoz və kolxozların özəlləşdirilərək bələdiyyə mülkiyyətinə verilmiş bir subyektə düşən 0,25 ha pay norması olmaqla 0,50 ha keyfiyyətli pay torpağının ayrılması, ********** qeydiyyat **********03- 10301 reyestr nömrəli fərdi yaşayış evində yaşayış sahəsinə qeydiyyata alınmış X16 qeydiyyata alınmasının qanunsuz hesab edilməsi, onun vəsaiti hesabına inşa edilmiş yaşayış evində onun tam mülkiyyət hüququnun tanınması, 26 aprel 2004-cü il tarixdə vəfat etmiş atası X6 və 18 aprel 2018-ci il tarixdə vəfat etmiş anası X9 miras qalmış əmlaka dair vərəsəlik işi çərçivəsində yenidən qanuna müvafiq qaydada bu qətnamə ilə müəyyən edilmiş hallar nəzərə alınmaqla notariat hərəkətlərinin aparılması, notariat hərəkətlərinin aparılmasına, daşınmaz əmlaka dair tərtib ediləcək sənədlərlə ödəniləcək dövlət rüsumu və xidmət haqqının Tovuz rayon Notariat kontorunun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin vəsaiti hesabına həyata keçirilməsi və ona dəyən maddi, mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1ndə Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “26 aprel 2004-cü ildə vəfat etmiş atası X6 və 18 aprel 2018-ci ildə vəfat etmiş anası X9 miras qalmış əmlaka dair Cavabdeh1ndə notariat ofisi tərəfindən açılmış vərəsəlik işi üzrə aparılan bütün notariat hərəkətlərinin xx.xx.2020-ci il V-638, V-639 istisna olmaqla etibarsız hesab edilməsi, 448-ci şəxsi hesabda qeyd edilən 0,25 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2005-ci il tarixli, JN-162A qeydiyyat nömrəli həyətyanı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və onun əsasında verilmiş mülkiyyətə dair bütün sənədlərin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək 26 aprel 2004-cü il tarixdə vəfat etmiş X6 və 18 aprel 2018-ci ildə vəfat etmiş X9 miras qalmış əmlaka dair Cavabdeh1ndə notariat ofisi tərəfindən açılmış bütün vərəsəlik işləri üzrə və digər notariat hərəkətlərinin etibarsız hesab edilməsi, xx.xx.2005-ci il tarixli JN-162A qediyyat nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, onun əsasında verilmiş mülkiyyətə dair bütün sənədlərin ləğv edilməsi, xx.xx.2005-ci il tarixli JN-162A qeydiyyat nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin xəritə koordinatlarının müəyyən edilməklə coğrafi-fiziki yerləşdiyi ərazinin 448-ci şəxsi hesabla göstərilən həyətyanı torrpaq sahəsi olmaması, şəhadətnamədə qeyd olunan 1960-cı ildə inşa ediimiş 44,8 kv.m yaşayış evinin 1981-ci ldə tikilmiş yaşayış evinin olmaması, atası X8 torpaq islahatına qədər qanuni istifadəsində olmuş yaşayış məntəqəsinə aid həyətyanı torpaq sahələrinin və həyətyanı zəbtin, fərdi yaşayış evinin coğrafi koordinatlarla müəyyən edilməsi, bunun əsasında miras əmlakın tərkibinin yenidən müəyyən edilməsi, atası X10 aid torpaq islahatı zamanı Tovuz rayon AİK-nın və YAİK tərtib etdiyi bütün protokolların, qərarların, cədvəllərin və onların əsasında tərtib edilmiş mülkiyyət sənədlərinin ləğv edilməsi, pay torpağı almaq hüququ olan subyeklərin müəyyən edilməsi üçün ailə tərkibinin, 340 qediyyat 503-2/4 texniki pasportla qeyd olunan 1981-ci ildə tikilmiş fərdi yaşayış evinə qediyyatda olanlar və 448-ci şəxsi hesabda qeyd olunan 0,25 ha həyətyanı torpaq sahəsinin üzərində, 1960-cı ildə inşa edilmiş 44,8 kv.m fərdi yaşayış evinə qeydiyyatda olanların, ilkin və son istifadəçisinin müəyyən edilməsi, Tovuz rayon Azaflı kənd icra nümayəndəliyindən torpaq payı və əmlak payı almaq hüququ olan Azərbaycan Respublikası vətandaşı kimi ailə başçısı o, olmaqla, o və həyat yoldaşı X15 Azərbaycan Respublikasının Torpaq islahatı haqqında Qanunun tələblərinə uyğun sovxoz və kolxozların özəlləşdirilən torpaqlardan pay torpağı və əmlak payı almaq hüququ olan subyekt kimi tanınması, onun JN-231D dövlət aktı ilə, həyat yoldaşı X15 JN-267D dövlət aktı ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquqlarının ləğv edilməsi və onlara sovxoz və kolxozların özəlləşdirilərək bələdiyyə mülkiyyətinə verilmiş bir subyektə düşən 0,25 ha pay norması olmaqla 0,50 ha keyfiyyətli pay torpağının ayrılması, ********** qeydiyyat **********03- 10301 reyestr nömrəli fərdi yaşayış evində yaşayış sahəsinə qeydiyyata alınmış X16 qeydiyyata alınmasının qanunsuz hesab edilməsi, onun vəsaiti hesabına inşa edilmiş yaşayış evində onun tam mülkiyyət hüququnun tanınması, 26 aprel 2004-cü il tarixdə vəfat etmiş atası X6 və 18 aprel 2018-ci il tarixdə vəfat etmiş anası X9 miras qalmış əmlaka dair vərəsəlik işi çərçivəsində yenidən qanuna müvafiq qaydada bu qətnamə ilə müəyyən edilmiş hallar nəzərə alınmaqla notariat hərəkətlərinin aparılması, notariat hərəkətlərinin aparılmasına, daşınmaz əmlaka dair tərtib ediləcək sənədlərlə ödəniləcək dövlət rüsumu və xidmət haqqının Tovuz rayon Notariat kontorunun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin vəsaiti hesabına həyata keçirilməsi və ona dəyən maddi, mənəvi ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X6 və anası X9 miras qalmış əmlakın tərkibini müəyyən etmək üçün aidiyyəti üzrə Cavabdeh1ndə notariat ofisinə müraciət etmiş və bununla bağlı aşağıdakıları məhkəmənin diqqətinə çatdırır: Onun atası X18 26 aprel 2004-cü ildə vəfat etmişdir. Atası vəfat etdiyi vaxt anası həyatda olduğu üçün o, vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı aidiyyəti üzrə müraciət etməmişdir. Anası 2018-ci ilin aprel ayının 18-də vəfat etdikdən sonra müəyyən müddət ərzində müxtəlif səbəblərdən işləri olduğu üçün vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı aidiyyəti üzrə müraciət etməmişdir. xx.xx.2020-ci ildə o, ƏMDK DƏDRXnin 1 saylı Ərazi İdarəsinə müraciət edərək atası X8 Azərbaycan Respublikası ərazisində qeydiyyata alınmış mülkiyyətləri barədə sorğu vermişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi idarəsinin xx.xx.2020-ci il **********27 saylı cavab məktubunda atasının qeydiyyata alınmış mülkləri barəsində məlumat verilmişdir. Cavab məktubunda atası X22гnun 340 qeydiyyat nömrəli keçmiş DTİ və MHQİ trəfindən verilmiş texniki pasport və JN-162 nömrəli şəhadətnamə ilə 0,3 ha (faktiki 0,28 ha) JN-231 dövlət aktı ilə 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. Həqiqətən də ailələrində olan sənədlər 340 qeydiyyat 503-2/04 (503-2/4 inventarla eyni məzmuna və sxematik qurluşa malik) JN-162A həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuşdur. Lakin onlarda olan şəhadətnamə xx.xx.2005-ci ildə Tovuz rayon X34 28 avqust 1998-ci il 23 nömrəli ümumi qərarı əsasında qeydiyyata alınmışdır. Yəni, 503-2/739 inventar ********** qeydiyyat **********-10301 reyestr nömrəli texniki pasportda və ya arxiv arayışında qeyd olunan 448-ci şəxsi hesabda göstərilmiş torpaq sahəsi və 1960-cı ildə tikilmiş 44,8 kv fərdi yaşayış evi göstərilmiş şəhadətnamə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi idarəsinin xx.xx.2020-ci il **********27 saylı cavab məktubunda keçmiş DTİ və MHQİ tərəfindən 340 nömrəli texniki pasportunun olduğunun vurğulanmasında xx.xx.2021-ci 15 saylı ərazi idarəsi daşınmaz əmlakın dövlət reystrindən təqdim etdiyi arayışda belə bir texniki pasportun olduğunu inkar etmişdir. O, 1990-cı ildən 1992-ci ilə qədər Rusiya Fedarasiyasında hərbi təhsil müəssəsində təhsil almışdır. 1992-ci ilin aprel ayından 1993-cü ilin iyun ayına qədər Azərbaycan Respublikasının hərbi təhsil müəssəsində təhsilini davam etdirmişdir. 2000-ci ilə kimi onun qeydiyyat və yaşayış yeri Tovuz rayonu Azaflı kəndi olmuşdur. O, 1995-ci ildə ailə həyatı qurmuşdur. Arvadının da daimi yaşayış yeri 1998-ci ilədək Tovuz rayonu Azaflı kəndi olmuşdur. Bu səbəbdən də o, torpaq islahatının keçirilmə qaydası haqqında anlayışı olmamışdır. Yuxarıda qeyd etdiyi şəhadətnamə ona 2009-cu ildə qardaşı X35 tərəfindən verilmişdir. 340 qeydiyyat, 503-2/04 inventar nömrəli texniki pasport həmin pasportada qeyd olunan yaşayış evində anası və qardaşının ailə üzvləri yaşadığına görə onda qalmışdır. O, 08 dekabr 2020-ci il tarixdə xx.xx.2005-ci ildə qeydiyyata alınmış JN-162A şəhadətamə ilə atadan və anadan miras qalmış əmlaka dair vərəsəlik və ümumiyyətlə miras əmlakın tərkibini müəyyən etmək üçün yüxarıda qeyd olunan 1 saylı ərazi idarəsi tərəfindən verilmiş arayışla Tovuz regonal Asan xidmət mərkəzində notariat ofisinə müraciət etmiş, onun müraciəti əsasında V-638, V-639 nömrəli vərəsəlik şəhadətnaməsi açılmışdır. Vərəsəlik işləri çərcivəsində notariat ofisi tərəfindən miras qalmış əmlaka dair hüquq müəyyənedici sənəd alınması üçün həmin vaxt aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Xidmətinin 15 saylı Tovuz ərazi idarəsinə müraciət ünvanlamışdır. Müraciət əsasında ona mərhum atası X8 adına ümumi sahəsi 0,12 ha ( yaşayış məntəqələrinin torpaqları katakoriyasına aid) torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 135 kv.m olan fərdi yaşayış evi barədə 15 dekabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış, ümumi sahəsi 0,2398 ha olan (yaşayış məntəqələrinin torpaqları kataqoriyasına aid) torpaq sahəsi barədə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış, həmin çıxarışları aldıqdan sonra nə anası, nədə ki, atası miras əmlakın tərkibi düzgün müəyyən edilmədiyi üçün o, vərəsəlik şəhadətnaməsinin ona verilməsi üçün müraciət etmişdir. Onu da qeyd etmək lazımdır ki, müxtəlif illərdə həm fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı və mülkiyyət hüququ təsdiq edən sənədlər müxtəlif olduğu üçün atasının mülkiyyət hüququna malik olduğu torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər də həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun olaraq müəyyən edilmişdir. O, xx.xx.2020-ci il tarixdə vərəsəlik işinin açılması üçün müraciət etdiyi vaxt aşkar etmişdir ki, atadan qalmış miras əmlaka dair vərəsəlik işi ilə bağlı müraciət etdiyi tarixdən xeyli müddət öncə 3 mart 2005-ci il tarixdə onun məlumatı olmadan onun adına daşınmaz əmlak reyestrində sənədləşdirilmə aparılmışdır və onun müraciəti olmadan onun adına daşınmaz əmlak reyestrində mülkiyyətçi kimi qeydiyyat aparılmışdır, daşınmaz əmlak reyestrində qeydiyyata alınmış həmin sənəd xx.xx.2005-ci il tarixli JN-162A qeydiyyat nömrəli torpağa mülkiyyətə dair şəhadətnamədir. X44 Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən tərtib edilmişdir. Həmçinin xx.xx.2005-ci ildə verilmiş JN-162A saylı şəhadətnamədə mülkiyyətçi kimi atası X18 göstərilmişdir. Onu da qeyd edir ki, daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti X45 Komitəsinin hüquqi varisidir. Mülkiyyətçi olmasına dair məlumatı aldıqdan sonra başa düşdü ki, 2009-cu ildən ona qardaşı tərəfindən verilən həmin xx.xx.2005-ci il tarixli 7N-162A qeydiyyat nömrəli torpağa mülkiyyətə dair şəhadətnamə onu mülkiyyətçi kimi təsdiq edirmiş, vərəsəlik işi çərçivəsində qanunvericiliyə dair məlumatlar toplayaraq, öyrənərək, müəyyən etmiş ki, 2005-ci ildə mərhum atasının adına torpağa dair mülkiyyət şəhadətnaməsi tərtib edilməsi o deməkdir ki, vəfat etmiş atanın adına hüquqmüəyyənedici sənəd verilmişdir və bu yalnız vərəsəlik işi çərçivəsində baş verə bilərdi, qanunvericiliyə görə vəfat etmiş atasının adına ölümündən sonra hüquqmüəyyənedici sənəd almaq yalnız vərəsəlik işi çərçivəsində mümkündür, bu barədə məlumatı 2020-ci ildə vərəsəlik işi açılması üçün notariusa nütiraciət etdikdən sonra əldə etmişdir, həmin vaxtdan etibarən həqiqəti müəyyən etmək üçün həm sənəd toplamağa həm də qanunvericiliyi öyrənməyə başlamış, bu ərizədə qeyd etdikləri barədə həm faktiki, həm də hüquqi məlumatları araşdırma apararaq əldə etmişdir. 2020-ci ilə qədər qeyd etdikləri ilə bağlı hər hansı məlumatı və ya biliyi olmamış, həqiqəti araşdırma aparıb öyrənmişdir. Qanuna zidd əməllər nəticəsində onun mülkiyyət hüququ pozulmuşdur. Belə ki,o vərəsəlik şəhadətnaməsi almadan mülkiyyət qeydiyyata alınmış, notariat kontoru iki dəfə eyni miras əmlaka dair hüquqmüəyyənedici sənəd almış, iki dəfə vərəsəlik işi açmışdır, ehtimal edir ki, xx.xx.2020-ci ilədək atası və anasından miras qalmış əmlaka dair anasının vəfatından sonra ayrı- ayrılıqda vərəsəlik işi açılmışdır. Açılmış vərəsəlik işi zamanı iştirakı olmadan onun adına vərəsəlik şəhadətnaməsi tərtib edilmişdir, əmlaka dair mülkiyyət hüququ onun müraciəti olmadan qeydiyyata alınmışdır. Miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi almadan həmin miras əmlaka dair daşınmaz əmlak reyestrində vərəsənin adına qeydiyyat aparıla bilməz, belə olan halda, 2005-ci ildə o vərəsəlik şəhadətnaməsi üçün müraciət edib onu almadan, notariat ofisi öz təşəbbüsü ilə bunu hansı səlahiyyət əsasında edib? O 2005-ci ildə X45 Komitəsinin Tovuz rayon şöbəsinə vərəsəlik şəhadətnaməsi, ərizə və digər sənədlər təqdim etmədiyi halda onun adından öz təşəbbüsü ilə sənədləşmə işlərini necə aparmışdır ? O, mülkiyyətçi kimi necə qeydə alıblar ? Eyni zamanda əgər həmin 0.3 ha torpaq sahəsi atasından miras qalmış torpaq yox, Aqrar islahat komissiyası qərarı ilə ayrılmış pay torpağıdırsa,onun müraciəti olmadan onu mülkiyyətçi kimi qeydiyyata alınmağı necə mümkün olub ? Qeyd etdiyi faktlar onu təsdiq edir ki, xx.xx.2005-ci il tarixli 7N-162A qeydiyyat nömrəli torpağa mülkiyyətə dair şəhadətnamədə göstərilən torpaq şahəsi pay torpağı deyil, həmin torpaq sahəsi mərhum atasının qanuni istifadəsində olmuş qalmış əmlakdır. Atasının qanuni istifadəsində olan torpaq sahəsini 1998-ci ildə verilməli olan pay torpağı kimi qeydiyyata alıblar. Maraqlı olan məqam ondadır ki, həmin xx.xx.2005-ci il tarixli JN-162A qeydiyyat nömrəli torpağa mülkiyyətə dair şəhadətnamədə yazılıb ki, şəhadətnamənin bir nüsxəsi X10 verilmişdir. 2004-cü ildə vəfat etmiş insana 2005-də sənəd verilə bilməz. Yalnız vərəsəlik işi çərçivəsində hüquqmüəyyənedici sənəd alına bilər. Arxiv sənədləri əsasında əldə etdiyi məlumatlara görə atasının təsərrüfatında, qanuni istifadəsində olan əmlakı barədə:1) 1951-1953 -cü il tarixli 8 nömrəli təsərrüfatbaşına kitab 245-ci şəxsi hesabda təsərrüfat ( 0.30 ha torpaq sahəsi) 2) 1954-1956 tarixli 11 nömrəli təsərrüfatbaşına kitab 264-cü şəxsi hesabda təsərrüfat ( 0.30 ha torpaq sahəsi, 0.25 ha torpaq sahəsi, 0.12 ha torpaq sahəsi, 1946-ci ildə tikilmiş fərdi yaşayış evi ) 3) 1977-1979 tarixli 7 nömrəli təsərrüfatbaşına kitab 448-ci şəxsi hesabda təsərrüfat (0.25 ha torpaq sahəsi və üzərində 1960-cı ildə tikilmiş sahəsi 44.8 kv.m. olan fərdi 5 yaşayış evi) 4) 1980- 1982 tarixli 21 nömrəli təsərrüfatbaşına kitab 593 şəxsi hesabda təsərrüfat ( 0.12 ha torpaq sahəsi), 5) 1980-1982 tarixli 14 nömrəli təsərrüfatbaşına kitab 448-ci şəxsi hesabda təsərrüfat ( 0.25 ha torpaq sahəsi və üzərində 1960-ci və 1970-ci ildə tikilmiş sahəsi 44.8 kv.m. olan fərdi yaşayış evi), 6) 1996-2000 tarixli 1 nömrəli təsərrüfatbaşına kitab 75-ci şəxsi hesabda təsərrüfat, (0.25 ha torpaq sahəsi və üzərində 1981-ci ildə tikilmiş fərdi yaşayış evi) 7) 2001-2005 tarixli 9 nömrəli təsərrüfatbaşına kitab 704-cü şəxsi hesabda təsərrüfat, (0.25 ha torpaq sahəsi və üzərində 1981-ci ildə tikilmiş fərdi yaşayış evi). 1996-2000 tarixli 1 nömrəli təsərrüfatbaşına kitabda qeyd olunur ki, 75-ci şəxsi hesabda təsərrüfatda (0.25 ha torpaq sahəsi və üzərində 1981-ci ildə tikilmiş fərdi yaşayış evi) yaşayış yeri üzrə qeydiyyatda olanlar: Abbasov Qələndər, Abbasova Həmayə, İddiaçı, Abbasov Razim, Abbasova Arifə, Abbasov İlqar, Abbasova Nigar, Abbasova Könül, Abbasova Nigar, Abbasova Nübardı. Göründüyü kimi, xx.xx.2005-ci ildə cavabdeh 15 saylı Tovuz ərazi idarəsi tərəfindən 1981-ci ildə tikilmiş fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatda olanlar eyni zamanda 1960-cı illərdə tikilmiş fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatda olan və ya qeydiyyat və ya istifadə hüququ olan şəxslər kimi rəsmiləşdirilib və xx.xx.2005-ci ildə pay torpağı adı ilə mərhum atasının qanuni istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmışdır, belə olan halda həmin şəxslər 1996-cı ildən etibarən 1981-ci ildə tikilmiş fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatda olduğu, faktiki yaşadıqları ünvan məlum olduğu rəsmi sənədlərdə əks olunmuşdur, digər təsərrüfatda pay torpağı hansı əsasla sənədləşdirilib? Atasının 0.25 ha qanuni , 0.80 ha zəbt torpağı olmuşdur. Amma 0.30 ha həyatyanı torpaq sahəsi xx.xx.2005-ci ildə TN 162A şəhadətnaməsi ilə mülkiyyətə verilmişdir. Birincisi 0.80 ha torpaq sahəsi qeydə alındığı qədər deyil, faktiki 1.10 ha-dır. xx.xx.2005-ci il TN-162A şəhadətnaməsi ilə verilən torpaq sahəsi 0.30 ha qeyd olunsa da faktiki 0.28 hadan azdır. Aqrar islahat komissiyasının qərarı ilə onlara ümumilikdə 1.10 ha torpaq sahəsi olmalıdır. Faktiki zəbt torpaqları olduğuna görə onlara 0.33 ha 2-ci kateqoriyalı kənd təsərrüfatlı torpaq sahəsi verilmişdir. Baza xəritəsindən də görünür ki, bu torpaq sahəsi qeydiyata alınmışdır və faktiki olaraq orada qardaşı 1966-cı ildə anadan olmuş X35 ailəsi ilə birlikdə yaşayır. Zəbt torpağı əvəzləşdirlmişsə bəs onun hüquqlarını niyə qeydiyyata almırlar? Bu faktları aşkara çıxarmaq onun üçün uzun müddət vaxt və əmək tələb edib, xeyli məbləğdə xərc çəkməli olmuşdur. O, 2020-ci ildə vərəsəlik işi açılması və mirasa daxil olan bütün əmlakın, yəni miras əmlakın tərkibini müəyyən etmək üçün müraciət etsə də notariat ofisi tərəfindən onun tələbi üzrə bütün lazım olan hərəkətlər həyata keçirilməmişdir. Həqiqət ondadır ki, xx.xx.2021 tarixli çıxarışla rəsmiləşdirilən 0.2398 ha həyətyanı törpaq sahəsinin həqiqi ümumi sahəsi 0.3598 hektardır. 1998-ci il tarixli Aqrar İslahat Komissiyasının qərarı əsasında pay torpağı kimi xx.xx.2005-ci ildə rəsmiləşdirilən torpaq sahəsi, 1998-ci tarixdən xeyli illər öncə mərhum atasının qanuni istifadəsində olmuşdur və həmin torpaq sahəsi üzərində atasının 1960-cı ildə tikilmiş fərdi yaşayış evi olmuşdur, bu faktı təsdiq edən rəsmi arxiv arayışı mövcuddur, həmin arxiv arayışını bu iddia ərizəsinə əlavə etmişdir. Buna görə də X45 Komitəsi tərəfindən 1960-ci ildən üzərində fərdi yaşayış evi olan torpaq sahəsinin mərhum atası ilkin istifadəsində olduğunu bildikləri halda, 1998-ci il tarixli Aqrar İslahat Komissiyasının qərarı əsasında pay torpağı kimi 2005-ci ildə rəsmiləşdirməsi onun çülkiyyətçi kimi, atasından miras qalmış əmlakın vərəsəsi kimi mülkiyyət hüququnu pozmuşdur. 2005-ci ildə onun ərizəsi olmadığı halda onu mülkiyyətçi kimi pay torpağı barəsində şəhadətnamə ilə rəsmiləşdiriblər. Halbuki həmin torpaq sahəsi, pay torpağı deyil, atasının qanuni istifadəsində olmuş üzərində fərdi yaşayış evi tikilmiş torpaq sahəsi idi. İddiaçı məhkəmənin əvvəlki iclasında iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X35 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X59 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1ndə notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1ndə notariat ofisinin nüməyəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişldir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1ndə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəmə iclasında iştirak edən proses iştirakçılarının fikirlərini öyrənib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, JN-231 kod 50302018 saylı torpağın mülkiyyətə verilməsi haqqında dövlət aktından görünür ki, Tovuz rayonu X34 1998-ci il 28 avqust tarixli 23 nömrəli qərarı ilə X10, X19, X23, İddiaçı, X27, X41 Tovuz rayonu Azaflı kəndi ərazisində 0,33 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş, JN-162A KOD 50302018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Tovuz rayonu X34 1998-ci il 28 avqust tarixli 23 nömrəli qərarı ilə X10, X19, X23, İddiaçı, X27, X41, X36, X37 və X20 Tovuz rayonu Azaflı kəndi ərazisində 0,30 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsininxx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X8 adına keçmiş DTİ və MHQİ-si tərəfindən verilmiş 340 nömrəli qeydiyyat vəsiqəsi ilə Tovuz rayonu Azaflı kəndində yerləşən fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. Ləğv olunmuş DT və XT tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarında X8 adına ümumi birgə əsaslarla Tovuz rayonu, Azaflı kəndində JN-162A nömrəli şəhadətnamə ilə 0,3 ha həyətyanı və JN-231 nömrəli dövlət aktı ilə 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. X3 adına digər ərazi idarəsi üzrə qediyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, qeyd edilən torpaq sahəsinə dair təqdim edilmiş arxiv arayışında qeyd edilən 0,25 ha torpaq sahəsi üzərində hüquqların qediyyatı üçün bələdiyyə tərəfindən təsdiqlənmiş yerqurluşu xəritəsindən çıxarış və əlavə 0,10 ha torpaq sahəsinə dair hüququ müəyyənedici sənəd DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə daşınmaz əmlakın dövlət reystrində qediyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. İşə əlavə olunmuş, Azərbaycan Respublikası ƏMDKDƏK və ÜRX-nin xx.xx.2021ci il tarixli məktubundan görünür ki, Tovuz rayonu Azaflı kəndində aparılmış torpaq islahatı ilə bağlı tərtib edilmiş kompleks yerqurluşu sənədlərində saxlanılan yuxarıda adı çəkilən siyahıda yerli aqrar islahat komissiyası tərəfindən X8 adı ailə üzvləri (X28, X35, İddiaçı, X42, X53) siyahıya daxil edilmiş, qanuni istifadəsində 0.25 ha zəbt kimi isə 0.80 ha həyətyanı torpaq sahəsi göstərilmişdir.Vətəndaşların qanuni istifadələrində olan həyətyanı torpaq sahəsinin onların mülkiyyətinə verilməsi ilə bağlı yerli aqrar islahatı komissiyası tərəfindən tərtib edilmiş və rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilmiş siyahıda X48 adı ilə ailə üzvləri (X28, X35, İddiaçı, X42, X53, X49, X50, Abbasova (Abdıyeva) Könül Məhərrm qızı) ilə birlikdə 162-ci və 210-cu sırada qeyd olunmuş və ləğv edilmiş DT və XK tərəfindən tərtib edilmiş bölgü layihəsində ailələrinə JN-162A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən qeyd edilən torpaq sahəsinin 0.12 ha olan hissəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınmışdır. Mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi üzərində mülkiiyət hüququnun qediyyata alınması üçün xidmətin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət olunması məqsədə müvafiq hesab edilmişdir. İşə əlavə olunmuş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 23 nömrəli qərarı əsaında X10 ailə üzvləri ilə birlikdə 0.30 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında X8 və ailə üzvlərinin adına torpağa mülkiyyətə verilməsinə dair JN-162 A nömrəli şəhadətnamə tərtib edilmişdir. İşə əlavə olunmuş Çıxarışdan görünür ki, X8 adına Tovuz rayonu Azaflı kəndində 0.12 ha torpaq sahəsi və üzərində 135 kv.m fərdi yaşayış evi qediyyata alınmışdır. İşə əlavə olunmuş Tovuz rayon Dövlət Arxivinin 22 yanvar 2021-ci il tarixli arxiv arayışından görünür ki, Azaflı kənd ZDS İcraiyyə komitəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1951-1953-cü il tarixli 08 saylı təsərrüfat başına kitabın 245-ci şəxsi hesabında təsərrüfatda 0.30 ha torpaq sahəsinin olması göstərilmişdir. İşə əlavə olunmuş Tovuz rayon Dövlət Arxivinin 07 noyabr 2020-ci il tarixli arxiv arayışından görünür ki, Azaflı kənd İcraiyyə komitəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1996-2000-ci il tarixli 01 saylı təsərrüfat başına kitabın 75-ci şəxsi hesabında təsərrüfat X1 adına olmaqla ümumi sahəsi 108 kv.m o cümlədən yaşayış sahəsinin 56 kv.m olması gösrərilmiş və aşağıdakı ailə üzvləri var. (X2 Həmayə Müseyib qızı, X35, İddiaçı, X42, X53, X49, X50, Abbasova (Abdıyeva) Könül Məhərrm qızı) İşə əlavə olunmuş Tovuz rayon Dövlət Arxivinin 07 noyabr 2020-ci il tarixli arxiv arayışından görünür ki, Azaflı kənd ZDS İcraiyyə komitəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1954-1956-cİ il tarixli 11 saylı təsərrüfatbaşına kitabın 264-cü şəxsi hesabında təsərrüfat X8 adına olmaqla təsərrüfatda 1954-cü ildə 0.30 ha 1955-ci ildə 0.25 ha 1956-cı ildə 0.12 ha torpaq sahəsi, 1948-ci ildə tikilmiş yaşayış evinin olması qeyd olunmuşdur. İşə əlavə olunmuş Tovuz rayon Dövlət Arxivinin 15 sentyabr 2021-ci il tarixli arxiv arayışından görünür ki, Azaflı kənd ZDS İcraiyyə komitəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1977-1979-cu il tarixli 14 saylı təsərrüfatbaşına kitabın 448-ci şəxsi hesabında təsərrüfat X8 adına olmaqla təsərrüfatda 0.25 ha torpaq sahəsi, 1960-cı ildə daşdan tikilmiş yaşayış evinin olması göstərilmişdir. Azaflı kənd icra nümayəndəliyinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1996-cı2000-ci il tarixli 01 saylı təsərrüfatbaşına kitabın 75-ci şəxsi hesabında təsərrüfat X8 adına olmaqla təsərrüfatda 0.25 ha torpaq sahəsi, 1981-ci ildə daşdan tikilmiş yaşayış evinin ümumi sahəsinin 108 kv.m, o cümlədən yaşayış sahəsinin 56 kv.m olması göstərilmişdir. Azaflı kənd İcra Nümayəndəliyinin Tovuz rayon Dövlət arxivində saxlanılan 2001-2005-ci il tarixli 09 saylı təsərrüfatbaşına kitabın 704-cü şəxsi hesabında təsərrüfat X8 adına olmaqla təsərrüfatda 0.25 ha torpaq sahəsi, 1981-ci ildə daşdan tikilmiş yaşayış evinin yaşayış sahəsinin 56 kv.m olması göstərilmişdir. İşə əlavə olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qərarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(114)- 110/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış ********** qeydiyyata düzəliş edilərək **********03-10301 reyestr nömrəli daşınmaz əmlak üzərində xx.xx.1998-ci il təvəllüdlü X29 ümumi birgə torpaq sahəsinə dair hüquqlarına dair qeydiyyatın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. İşə əlavə olunmuş, Cavabdeh1ndə notariat ofisinin xüsusi notariusunun xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2004-cü il tarixdə Tovuz rayonu Azaflı kəndində vəfat etmiş X6 miras qalmış əmlaka dair 08 dekabr 2020-ci il tarixdə İddiaçı notariat ofisinə vərəsəliyin qəbuluna dair ərizə ilə müraciəti əsasında vərəsəlik işi açılmışdır. Lakin heç bir qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi iddiaçının əsas tələbi vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı aparılmış bütün notariat hərəkətlərinin etibarsız hesab edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, digər tələblər də əsas tələblə bağlı olduğundan, əvvəlcə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı aparılmış bütün notariat hərəkətlərinin etibarsız hesab edilməsinə dair iddia tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Tələbin qeyd edilən hissəsi ilə bağlı məhkəmə onu qeyd edir ki, Cavabdeh1ndə notariat ofisinin xüsusi notariusunun xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2004-cü il tarixdə Tovuz rayonu Azaflı kəndində vəfat etmiş X6 miras qalmış əmlaka dair 08 dekabr 2020-ci il tarixdə İddiaçı notariat ofisinə vərəsəliyin qəbuluna dair ərizə ilə müraciəti əsasında vərəsəlik işi açılmışdır. Lakin heç bir qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Göründüyü kimi vərəsəlik işi açılsa da, iddiaçının qeyd etdiyi əmlaklarla bağlı hər hansı vərəsəlik şəhadətnaməsi hər hansı vərəsəyə verilməmişdir. Belə olduğu halda iddiaçının aparılmış bütün notarial hərəkətlərinin etibarsız hesab edilməsinə dair tələbi əsassızdır. Vərəsəlik işinin açılması ilə bağlı hərəkət özü-özlüyündə hər hansı hüquqi nəticə yaratmadığından həmin hərəkətin etibarsız hesab edilməsi qanuna müvafiq deyildir. Həmin notariat hərəkəti o halda qanunsuz hesab edilə bilər ki, məhz həmin notariat hərəkətinin nəticəsində qanunsuz olaraq vərəsəlik şəhadətnaməsi verilmiş olsun. Hazırki işdə də belə bir hallar müəyyən edilməmişdir. Məhkəmə iddia tələbinin mərhum atasının adına mülkiyyət hüququnu təsdiq edən sənədin yalnız vərəsəlik qaydasında əldə edilməsinə, açılmış vərəsəlik işi zamanı iştirakı olmadan onun adına vərəsəlik şəhadətnaməsi tərtib edilməsi, əmlaka dair mülkiyyət hüququnun onun müraciəti olmadan qeydiyyata alınması, miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi almadan həmin miras əmlaka dair daşınmaz əmlak reyestrində vərəsənin adına qeydiyyatın aparılmasına dair dəlillərinə münasibətdə məhkəmə onu qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İddiaçının qalan tələbləri əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı aparılmış notariat hərəkətlərinin etibarsız hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsindən asılı olduğundan, həmin tələb isə təmin edilmədiyindən məhkəmə iddia tələbinin qalan hissələri üzrə araşdırılma aparılmasını zəruri hesab etmir. Buna baxmayaraq məhkəmə iclasında müəyyən edilmişdir ki, Tovuz rayon Azaflı kəndinin 1954-1956-cı illər üzrə 11 nömrəli təsərrüfatbaşına kitabın 264-cü şəxsi hesabında X8 adına təsərrüfat olmaqla, təsərrüfatda 1954-cü ildə 0,30 ha, 1955-ci ildə 0,25 ha, 1956-cı ildə 0,12 ha torpaq sahəsi, 1948-ci ildə tikilmiş yaşayış evinin olması qeyd edilmişdir.1977-1979-cu illər üzrə 07 nömrəli təsərrüfatbaşına kitabın 448-ci şəxsi hesabında təsərrüfat X1 adına olmaqla, təsərrüfatda 0.25 ha torpaq sahəsi, 1960-cı ildə daşdan tikilmiş yaşayış evi olduğu göstərilmişdir.1980-1982-ci illər üzrə 21 nömrəli təsərrüfatbaşına kitabın 593-cü şəxsi hesabında X7 adına ayrıca təsərrüfat qeyd edilsə də, torpaq sahəsi qeyd edilməmiş, lakin Azaflı kend XDS İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli p otokolun gündəlik məsələsində Sovetliyin ərazisində yaşamayan və uçota durmayan, lakin adlarına Sovetlikdə tesərrüfat və həyətyanı torpaq sahəsi olan vətəndaşların təsərrüfatlarının silinməsi barədə məsələ qeyd edilmiş və Azaflı kənd XDS icraiyyə komitəsinin xx.xx.1982-ci il tarixli protokolun qərarında X7 0,12 ha həyətyanı torpaq sahəsinin sovxozun istifadəsinə verilməsi işinin təşkil edilməsi göstərilmişdir. X4 məxsus Tovuz rayonu, Azaflı kəndində yerləşən fərdi yaşayış evinə X14 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1988-ci il tarixdə 503-2/04 inventar nömrəli (340 reyestr nömrəli) texniki pasport verilmiş, həmin texniki pasportda faktiki torpaq sahəsinin ölçüsü 3598,00 kimi göstərilmişdir. Həmin texniki pasportdan görünür ki, arada su arxı olmaqla 12 ha və 23 ha torpaq sahəsi ayrı-ayrılıqda və fərdi yaşayış evi 12 ha torpaq sahəsində yerləşir.Tovuz rayonu, Azaflı kəndinin 1996-2000-cı illər üzrə 01 nömrəli tsərrüfatbaşına kitabın 75-ci şəxsi hesabında X1 adına 0,25 ha torpaq sahəsi, 1981-ci ildə daşdan tikilmiş yaşayış evi olması göstərilmiş, ailə üzvləri kimi 1929-cu il təvəllüdlü arvadı X28, xx.xx.1966-cı il təvəllüdlü oğlu X35, xx.xx.1972-ci il təvəllüdlü oğlu İddiaçı, xx.xx.1973-cü il təvəllüdlü gəlini X42, xx.xx.1993-cü il təvəllüdlü X53,. xx.xx.1974-cü il təvəllüdlü gəlini X30, xx.xx.1998-ci il təvəllüdlü nəvəsi X51, xx.xx.2000-ci il təvəllüdlü nəvəsi X49 qeyd edilmişdir. Bununla belə, xx.xx.2002-ci il tarixdə razılaşdırılmış “Tovuz rayonun Azaflı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”də ailə ibaşçısı X21, ailə üzvləri sırasında X28, X35, İddiaçı, Abbasova erifə Maarif qızı, X53, X30, X51, X31 adları qeyd olunmuşdur.Tovuz rayonu, Azaflı kəndində aparılmış torpaq islahatı ilə bağlı tərtib edilmiş xompleks yerquruluşu sənədlərində saxlanılan “Pay almaq hüququ olan subyetklərin siyahısı”nda yerli aqrar islahatı komissiyası tərəfindən X43 5ğlunun və ailə üzvləri X28, X35, “bbasov Həsən Qələndər oğlu, X42 və X71 ğlunun adı daxil edilmiş, qanuni istifadə 0,25 ha, zəbt kimi isə 0,80 ha həyətyanı torpaq zahəsi göstərilmişdir. Tovuz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 23 nömrəli qərarına "X5 və ailə üzvləri -X58 zı, X35, İddiaçı, Abbasova Arifə aarif qızı, X12 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,33 ha torpaq sahəsi verilmiş, bu barədə 50302018 kodlu (N-231 nömrəli dövlət aktı tərtib edilmişdir. Aqrar İslahat Komissiyasının qeyd olunan qərarına əX5 və ailə üzvləri-X28, X35, İddiaçı, X42, X53, X49 və X20 0,30 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə 50302018 kodlu (N-162A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnaməyə əlavə edilmiş həyətyanı sahənin qaiməsi/sertifatı/dan görünür ki, 2990,8 kv.m həyətyanı torpaq sahəsinin 44,8 kv.m yaşayış evi, 2946,0 kv.m əkin sahəsidir.X18 xx.xx.2004-cü ildə ölmüş, bu baredə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 11 nömrə ilə qeyd aparılmışdır. X28 xx.xx.2018-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 02 nömrə ilə qeyd aparılmışdır. İddiaçı atası X1 adına Azərbaycan Respubılikası üzrə qeydiyyata alınmış əmlaklar barədə məlumatın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş **********27 nömrəli məktuba əsasən X8 adına keçmiş DTİ və MHQİ tərəfindən verilmiş 340 nömrəli qeydiyyat vəsiqəsi ilə Tovuz rayonu, Azaflı kəndində yerləşən fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. Ləğv olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarında X43 oglunun adına ümumi birgə əsaslarla Tovuz rayonu, Azaflı kəndində (UN-162A nömrəli şəhadətnamə ilə 0,3 ha həyətyanı və /N-231 nömrəli dövlət aktı ilə 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. Bundan sonra iddiaçının müraciəti əsasında xx.xx.2020-ci il tarixdə X18 barəsində Cavabdeh1ndə notariat ofisində V-638 nömrəli vərəsəlik işi açılmışdır. Tovuz rayonu, Azaflı kəndində yerləşən **********92- 10301 reyestr nömrəli 0,12 ha (həyətyanıyaşayış məntəqələrinin torpaqları) torpaq sahəsi və fərdi yaşayış evi üzərində X8 mülkiyyət hüquqları xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.Həmin fərdi yaşayış evinə dair xx.xx.2020-ci il tarixdə 503-2/4,invertar nömrəli texniki pasport tərtib edilmişdir. Texniki pasportdan görünür ki, sənəd üzrə torpaq sahəsi 0,12 ha, faktiki sahə 0,4405 ha, tikinti altı sahə 0,05607 ha-dır. 0,3205 ha zəbt torpaq sahəsi olması xüsusi qeyd kimi texniki pasportda göstərilmişdir. Tovuz rayonu, Azaflı kəndində yerləşən **********83 reyestr nömrəli 0,2398 ha (həyətyanıyaşayış məntəqələrinin torpaqları) torpaq sahəsi üzərində X8 mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və X62 filialının xx.xx.2020-ci il tarixli 161 nömrəli arxiv arayışı əsasında xx.xx.2021-ci il tarixdə AA seriyalı 570723 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Tovuz rayonu, Azaflı kəndində yerləşən **********03-10301 reyestr nömrəli 0,2991 (plan və ölçü sənədində 0,29908 göstərilib) ha (həyətyanı yaşayış məntəqələrinin torpaqları) torpaq sahəsi üzərində İddiaçı, X47 oglunun, X25, X38, X26, X16, X32, X15, X29 ümumi birgə, həmin torpaq sahəsində olan fərdi yaşayış evi üzərində isə İddiaçı tam mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixde dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2005-ci il tarixli JN-162A nömrəli torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə əsasında AA seriyalı 570691 nömrəli torpaq sahəsinin planı ve ölçüsü sənədi tərtib edilmişdir. Tovuz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli 23 nömrəli qərarı əsasında X10 alə üzvləri ilə birlikdə 0,30 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında X8 və ailə üzvlərinin adına “torpağın mülkiyyətə verilməsinə dair” JN-162A nömrəli şəhadətnamə tərtib edilmişdir. İddiaçının müraciəti əsasında həmin torpaq sahəsi onun mülkiyyətində olan fərdi yaşayış evi ilə birlikdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X1 faktiki istifadəsində 0,3598 ha həyətyanı torpaq sahəsi və onun üzərində (təsərrüfatbaşına kitablara görə 1981-ci ildə tikilmiş) fərdi yaşayış evi olmuşdur. Hazırda həmin torpaq sahələri 0,2398 ha və 0,12 ha olmaqla, (habelə 0,12 ha torpaq sahəsi üzərində yerləşən 135 kv.m sahədən ibarət fərdi yaşayış evi) X8 adına tam pay olmaqla dövlət reyestrində qeydiyyata alınmışdır. Digər tərəfdən, aqrar islahat zamanı X10 və ailə üzvlərinə 0,3598 ha torpaq sahəsindən başqa 44,8 kv.m yaşayış evi sahəsindən və 2946,0 kv.m suvarılan sahədən ibarət olmaqla, cəmi 2990,8 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evi tam olaraq İddiaçı mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınsa da, torpaq sahəsi üzərində İddiaçı, X18, X35, X53, X42, X28, X51, X33, X29 ümumi birgə mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-89/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-89/2023
30.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver