Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-91/2025 19.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs başçısının Qəyyumluq və Himayəçilik Orqanı) “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (Maraqlı şəxs başçısının Qəyyumluq və Himayəçilik Orqanı) xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 onun oğludur. O, xx.xx.2006-cı ildə Tovuz rayonu Bayramlı kəndində anadan olub. Oğlu anadan olan gündən xəstədir və ona “ağır dərəcəli əqli gerilik” diaqnozu qoyulmuşdur. Pənah birinci qrup əlildir. X1 vəfat edib. Pənah xəstə olduğundan onun himyəsindədir. O, öz hərəkətlərinin mənasını əqli geriliyi olduğundan anlamır, mütamadi olaraq himayəsində olmaqla həkim müayinəsində tez tez olur. Hesab edir ki, oğlu müalicə olunsa da, onun əqli bərpa olunan deyil. O, hərəkətlərinin mənasını dərk edə bilmədiyindən heç bir notarial hərəkətlər edə bilmir. Pənahın xəstə olması, yəni əqli geriliyi Tibbi Sosial ekspert komissiyası tərəfindən də müəyyən olunub. Bu səbəbdən də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 1791 saylı rəyindən görünür ki, mülki işdə olan tibbi sənədlərin araşdırılması nəticəsində belə qənaətə gəlinir ki, X9 “Ağır Dərəcəli (İmbesillik Dərəcəsində) əqli gerilik” (F72) qeyd olunur. Bunu təqdim edilmiş tibbi sənədlər (erkən psixo-fiziki inkişafdan geri qalması, Azərbaycan Respublikası Əmək və ehalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında “Ağır dərəcəli əqli gerilik İQ 22 diaqnozu ilə birinci dərəcəli əlil hesab olması) sübut edir. xx.xx.2006-cı ildə anadan olmuş oğlu X2 ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik müəyyən olunur. xx.xx.2006-ci ildə anadan olmuş X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. xx.xx.2006-cı ildə anadan olmuş oğlu X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməyə kifayət qədər əsaslar var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi xx.xx.2006-cı il tarixdə anadan olmuş X7 onun oğlu olmaqla ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, X5 hazırda “Ağır Dərəcəli (İmbesillik Dərəcəsində) əqli gerilik” (F72)” müəyyən edilir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin, mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də xx.xx.2006-cı il tarixdə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-91/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-91/2025
19.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver