Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-927/2023 07.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı cavabdehlər X1, Cavabdeh4, Cavabdeh3, Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı «miras əmlakdan pay» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X1, Cavabdeh4, Cavabdeh3 qızına, Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı «miras əmlakdan pay» tələbinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, miras əmlakdan pay verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası 07 iyun 2023-cü il tarixə təyin olunmuş və bu barədə tərəflərə rəsmi məhkəmə bildirişi göndərilmiş, iddiaçı məhkəməyə ərizə verərək iddia üzrə işin baxılmamış saxlanılmasını və sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər X2, Cavabdeh4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, bacısı, həmçinin Cavabdeh3 məhkəmə iclasında iştirak etmiş, işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər.. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X1, Cavabdeh4, Cavabdeh3 qızına, Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı «miras əmlakdan pay» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi təqdim edildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-927/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-927/2023
07.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver