Məhkəmə qərarları › İş №2(063)-1032/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1032/2024

26.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1032/2024 26.12.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X2 və Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək 16 yanvar 2006-cı il tarixdə Ucar şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, qızı X9 16 yanvar 2006-cı il tarixdə Ucar şəhərində anadan olmuşdur və hal-hazırda onunla birlikdə yaşayır. B.Yəhyayeva uşaqlıqdan əlildir və 2024-cü ilin yanvar ayınadək B.Yəhyayevanın pensiya kartını o, almışdır. Lakin B.Yəhyayeva 16 yanvar 2024-cü il tarixdə yetkinlik yaşına çatdığından “Azərbaycan Beynəlxalq Bankı”nın Ucar filialı B.Yəhyayevanın pensiya kartını ona verməkdən imtina etmiş və o, X7 banka aparmaq məcburiyyətində qalmışdır. Lakin bankın əməkdaşları onun davranışlarından xəstə olduğunu bilib, kartı ona verməkdən imtina etdilər. 16 avqust 2024-cü il tarixli məktubla isə qızına bildirmişlər ki, o, şəxsən istəyini sərbəst, müstəqil və təkbaşına ifadə etməklə kartı təhvil ala bilər və ya kartı təhvil almaq üçün başqa bir şəxsə etibarnamə verə bilər. X3 şəxsən istəyini sərbəst, müstəqil və təkbaşına ifadə etmək iqtidarında deyil. Buna görə o, başqa bir şəxsə də etibarnamə verə bilmir. Belə ki, o, orta dərəcəli əqli gerilik diaqnozuna görə üçüncü dərəcəli əlildir. “Ucar Rayon Mərkəzi Xəstəxanası” X16 13 avqust 2024-cü il tarixli, 375 nömrəli arayışından göründüyü kimi X9 09 yanvar 2020-ci il tarixdən həmin xəstəxananın polikilinika şöbəsinin ruhi-əsəb xəstəlikləri kabinetində “yüngül əqli gerilik, davranış pozuntuları” diaqnozu ilə qeydiyyatdadır. X1 “Azərbaycan Beynəlxalq Bankı”nın Ucar flialından öz kartını ala bilmir. Bunun üçün də o hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və ərizədə göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq göstərdi ki, ekspert rəyi ilə tanış olmuşdur. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi və əlavə olaraq göstərdi ki, ekspert rəyi ilə tanış olmuşdur. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, ekspert rəyini və işin faktiki hallarını araşdıraraq, işdə olan sübutları tədqiq etməklə, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X8 və anası Ərizəçi olan X9 16 yanvar 2006-cı il tarixdə Ucar şəhərində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 16 yanvar 2006-cı ildə doğulmuş X9 “orta dərəcəli əqli gerilik. İQ 40” diaqnozu ilə müddətsiz ümumi xəstəlikdən üçüncü dərəcəli əlildir. İş materiallarında olan “Ucar Rayon Mərkəzi Xəstəxanası” X16 13 avqust 2024-cü il tarixli, 375 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında yaşayan, 16 yanvar 2006-cı il təvəllüdlü X9 həqiqətən 09 yanvar 2020-ci il tarixdən “Ucar Rayon Mərkəzi Xəstəxanası” X17 poliklinika şöbəsinin ruhi-əsəb xəstəlikləri kabinetində “yüngül əqli gerilik, davranış pozuntuları” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi, ünvan 1-də qeydiyyatdadır. Ucar Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(063)-1032/2024 nömrəli qərardadı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizəsinə dair mülki iş üzrə 16 yanvar 2006-cı ildə doğulmuş X5 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 ambulator məhkəmə psixiatrik ekspertizasının 25 oktyabr 2024-cü il tarixli, 3113 nömrəli rəyində göstərilmişdir ki, X6 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. X9 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X9 onda müəyyən edilən orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən olunur ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir və onun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 16 yanvar 2006-cı il tarixdə doğulmuş və ünvan 1-də yaşayan X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyildir, ərizənin təmin edilməsi üçün qanunauyğun əsaslar vardır, buna görə də ərizə təmin edilməli və 16 yanvar 2006-cı il tarixdə Ucar şəhərində doğulmuş və ünvan 1-də yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 16 yanvar 2006-cı il tarixdə Ucar şəhərində doğulmuş və ünvan 1-də yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar