Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 2(063)-106/2024 14.03.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə baxış iclası əvvəl 22 fevral 2024-cü il tarixə, saat 11:00-a, sonra isə 14 mart 2024-cü il tarixə, saat 14:00-a təyin edilmişdir. Lakin, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi göstərilən tarixlərdə məhkəməyə gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı və cavabdehin nümayəndəsi göstərilən tarixlərdə məhkəməyə gəlmədiklərindən və işə onların iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən ərizə baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı və cavabdehə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-106/2024
Ucar Rayon Məhkəməsi Qərardad — İş №2(063)-106/2024
14.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver