Məhkəmə qərarları › İş №2(063)-1115/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1115/2024

26.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1115/2024 26.12.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras əmlakda payın tanınması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar cavabdehə qarşı miras əmlakda payın tanınması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 noyabr 2022-ci il tarixdə ölmüş X3 miras qalmış ** LE *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı1 2/3 və İddiaçı2 1/6 hissə payının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, birinci İddiaçı1 əri və ikinci İddiaçı2 atası X9 12 noyabr 2022-ci il tarixdə vəfat etmişdir. Onun xüsusi mülkiyyətində ** LE *** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobil L.Əliyevin adına birinci iddiaçı ilə nikahda olan zaman qeydə alınmışdır. X5 3 nəfər vərəsəsi vardır. Onlar yuxarıda adları göstərilən iddiaçılar və cavabdehdir. Buna görə də onlar X3 miras qalan əmlaka dair paylarını əldə etmək üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verməsini üçüncü şəxsdən xahiş etmişlər. Lakin notarius cavabdeh ilə aralarında mirasın bölüşdürülməsi haqqında ixtilaf olduğu üçün müvafiq şəhadətnaməni verməkdən imtina etmişdir. İddiaçılar məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdilər və izahatlarında iddia ərizəsində göstərilənləri təsdiq etdiklərini bildirdilər. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirdi və izahatında göstərdi ki, atasından miras qalmış avtomobil üzərində hər birinin paylarının bərabər olmasına razıdır. Üçüncü şəxs Göyçay rayon notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidr. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 ilə X2 23 aprel 1981-ci ildə nikahlarını bağlamışlar. İşdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ata X9 və ana İddiaçı1 olan İddiaçı2 xx xxxx 1982-ci ildə doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 12 noyabr 2022-ci ildə ölmüşdür. İş materiallarında olan AD seriyalı, 915451 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, “DAEWOO ESPERO” minik markalı, ** LE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alqısatqı müqaviləsinə əsasən 19 noyabr 2020-ci ildə X5 adına qeydə alınmışdır. İş materiallarında olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27 avqust 2024-cü il tarixli, 5-80-11/2- 1564/2024 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx xxxxxxx 1946-cı il təvəllüdlü İddiaçı1 13 noyabr 2022-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X9 vəfat etdiyi günədək ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış və aşağıdakı tərkibdən ibarət vərəsələri olmuşdur:

1. Həyat yoldaşı-1946-cı il təvəllüdlü İddiaçı1,

2. Oğlu-1982-ci il təvəllüdlü İddiaçı2,

3. Oğlu-1991-ci il təvəllüdlü Cavabdeh. Adları qeyd olunan şəxslərdən başqa mərhumun digər övladlarının olması barədə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə məlumat yoxdur. İş materiallarında olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27 avqust 2024-cü il tarixli, 5-80-11/2- 1565/2024 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx xxxx 1982-ci il təvəllüdlü İddiaçı2 13 noyabr 2022-ci il tarixdə vəfat etmiş atası X9 vəfat etdiyi günədək ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış və aşağıdakı tərkibdən ibarət vərəsələri olmuşdur:

1. Həyat yoldaşı-1946-cı il təvəllüdlü İddiaçı1,

2. Oğlu-1982-ci il təvəllüdlü İddiaçı2,

3. Oğlu-1991-ci il təvəllüdlü Cavabdeh. Adları qeyd olunan şəxslərdən başqa mərhumun digər övladlarının olması barədə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə məlumat yoxdur. İş materiallarında olan Göyçay rayon notariat ofisinin notariusu Polad Nəcəflinin İddiaçı1 ünvanlanmış 17 iyul 2024-cü il tarixli, 595 nömrəli məktubundan görünür ki, onun 12 noyabr 2022-ci il tarixdə vəfat etmiş X3 miras qalmış nəqliyyat vasitəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 17 iyul 2024-cü il tarixli ərizəsinə baxaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinin tələblərinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Miras şəriki olan Cavabdeh ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün ona Ucar Rayon Məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Göyçay rayon notariat ofisinin notariusu Polad Nəcəflinin İddiaçı2 ünvanlanmış 28 avqust 2024-cü il tarixli, 744 nömrəli məktubundan görünür ki, onun 12 noyabr 2022-ci il tarixdə vəfat etmiş X3 miras qalmış nəqliyyat vasitəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 28 avqust 2024-cü il tarixli ərizəsinə baxaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinin tələblərinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Miras şəriki olan İddiaçı1 ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün ona Ucar Rayon Məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, mübahisə predmeti olan “DAEWOO ESPERO” minik markalı, ** LE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 mülkiyyətində olmuş və 19 noyabr 2020-ci ildə alqısatqı müqaviləsinə əsasən X5 adına qeydə alınmışdır. X5 birinci növbə vərəsələri arvadı İddiaçı1, oğlanları İddiaçı2 və Cavabdehdur. X9 12 noyabr 2022-ci il tarixdə ölmüşdür. Hazırda iddiaçılar məhkəməyə müraciət edərək, 12 noyabr 2022-ci il tarixdə ölmüş X3 miras qalmış ** LE *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı1 2/3 hissədə və İddiaçı2 1/6 hissədə paylarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbayсan Respublikası Ailə Məсəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Qeyd edilən qanunvericilik normalarını hazırki işin faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, işin faktiki hallarından görünür ki, İddiaçı1, İddiaçı2 və Cavabdeh mərhum X10in birinci növbə vərəsələridirlər, onların mərhumdan miras qalmış məcburi pay almaq hüququndan məhrum edilmələri üçün qanunla müəyyən edilmiş əsaslar məhkəmə iclasında müəyyən edilməmiş, eləcə də miras qoyanın sağlığında bu barədə məhkəməyə müraciət etməsi və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması barədə məlumatlar hazırki iş materiallarında mövcud deyildir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, qeyd olunan nəqliyyat vasitəsi (avtomobil) X9 ilə İddiaçı1 nikah dövründə qazandıqları əmlakdır və mülki qanunvericiliyə görə də ərlə-arvadın ümumi milkyyəti sayılır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, mərhum X7 birinci növbə vərəsələriarvadı İddiaçı1, oğlanları İddiaçı2 və Cavabdeh sözügedən nəqliyyat vasitəsində (avtomobildə) məcburi payları mövcuddur. Odur ki, iddia təmin edilməli, 12 noyabr 2022-ci il tarixdə ölmüş X3 miras qalmış “DAEWOO ESPERO” minik markalı, ** LE *** dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitəsinin (avtomobilin) üzərində İddiaçı1 üçdə iki hissədə, İddiaçı2 və Cavabdeh hər birinin altıda bir hissədə payları tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. 12 noyabr 2022-ci il tarixdə ölmüş X3 miras qalmış “DAEWOO ESPERO” minik markalı, ** LE *** dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitəsinin (avtomobilin) üzərində İddiaçı1 üçdə iki hissədə, İddiaçı2 və Cavabdeh hər birinin altıda bir hissədə payları tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar