Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1146/2025 20.11.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ucar rayon notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ucar rayon notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması tələbi barədə iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı1 və İddiaçı2 X2ndan qalmış miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, onlar mərhum nənələri X4 vəsiyyətinə əsasən onun vərəsələridirlər. X2 1991-ci il tarixində tərtib edilmiş, notarial qaydada təsdiqlənmiş vəsiyyətnamə ilə onlara vərəsəlik hüququ vermişdir. Vəsiyyətnaməyə əsasən öz adına olan əmlakını və mülkiyyət hüquqlarını nəvələri İddiaçı1 və X8 adına vəsiyyət etmişdir. X2 (19 yanvar 1926-cı il təvəllüdlü) 09 may 2004-cü il tarixində vəfat etmişdir. Ölüm faktı Ucar rayon qeydiyyat şöbəsinin 01 iyun 2004-cü il tarixli aktı ilə təsdiq olunmuşdur. Onlar vəsiyyətnamədə göstərilən varislər, vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün Ucar rayon notariat ofisinə müraciət etmişlər. Lakin notariat ofisi 20 avqust 2025-ci il tarixli, 59 nömrəli məktubla cavab verərək bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərdə tutulmuş müddət ötürüldüyündən vərəsəlik şəhadətnaməsi verilə bilməz və bununla bağlı məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Bu gecikmənin səbəbi mərhum nənələrinin vəsiyyətnaməsi haqqında vaxtında məlumatlarının olmaması olmuşdur. Bu barədə onlara yalnız yaxın zamanlarda xəbər verilmiş və onlar dərhal notariusa müraciət etmişlər. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında iddia ərizəsində və əlavə ərizədə göstərilənləri təsdiq etdiyini bildirdi. Əlavə olaraq izahatında göstərdi ki, vəsiyyətnamə ləğv edilməmiş və dəyişdirilməmişdir. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında iddia ərizəsində və əlavə ərizədə göstərilənləri təsdiq etdiyini bildirdi. Əlavə olaraq izahatında göstərdi ki, mərhum nənələrinin vəsiyyətnaməsi barədə onlara 2025-ci ilin aprel ayında məlum olmuşdur, onlar da bundan sonra müraciət etmişlər. Sənədlər qohumlarında olmuşdur, qohumları tərəfindən məlumat verilmiş və sənədlər təqdim olunmuşdur. Cavabdeh Ucar rayon notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçıların izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sübutları tədqiq etməklə, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 15 noyabr 1991-ci ildə X5 tərəfindən verilmiş və həmin tarixdə Ucar rayon dövlət notarait kontorunun dövlət notariusu E.Cəlalov tərəfindən təsdiq edilmiş vəsiyyətnamədə görünür ki, G.Hüseynova ölən günədək ona məxsus bütün əmlaklarını, o, harada olur-olsun və nədən ibarət olur-olsun, o cümlədən Ucar rayonu, Alpout kəndində yerləşən evini bərabər hissələrlə İddiaçı2 və İddiaçı1 qalmasını vəsiyyət etmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, atası X15 və anası X5 olan X9 29 oktyabr 1948-ci ildə doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X15 və anası X10 olan X13 10 aprel 1951-ci ildə doğulmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X5 09 may 2004-cü ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X11 08 iyul 2018-ci ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X18 08 iyul 2020-ci ildə ölmüşdür. İş materiallarında olan Ucar rayon notariat ofisinin notariusunun iddiaçılara ünvanlanmış 20 avqust 2025-ci il tarixli, 59 nömrəli məktubundan görünür ki, 09 may 2004-cü il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün mirasın açıldığı vaxt qüvvədə olan MMnin 1246-cı maddəsi ilə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Bununla bağlı Ucar Rayon Məhkəməsinə müraciət etmələri tövsiyə olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin lazımi qaydada tərcümə olunmuş və təsdiq edilmiş surətindən görünür ki, atası X18 və anası X12 olan İddiaçı1 xx xxxx 1968-ci ildə doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X13 və anası X6 olan İddiaçı2 xx xxxxxxx 1977-ci ildə doğulmuşdur. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, İddiaçı1 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 7b, mənzil 56-da qeydiyyatdadır. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllə, mənzil 66-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsnə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1146-cı maddəsnə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar miras qoyanın vəsiyyətnamə üzrə vərəsələridirlər, onlar mirasın qəbulu üçün qanunvericiliklə müəyyən olunmuş müddət keçdikdən sonra notariat ofisinə müraciət etmişlər, iddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, mərhum nənələrinin vəsiyyətnaməsi haqqında vaxtında məlumatları olmamışdır. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür, buna görə də miras əmlakın qəbul edilməsi faktının başqa yolla müəyyən edilməsi mümkün deyildir. Məhkəmə qeyd olunanlarla bağlı bu nəticəyə gəlir ki, gecikdirmənin səbəbi üzrlü sayılmalı, mərhum G.Hüseynovadan miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Beləliklə, məhkəmə iddiaçıların izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, maddi hüquq normalarına istinad edərək hesab edir ki, idda təmin edilməli, iddiaçıların 09 may 2004-cü ildə ölmüş X3 miras qalmış əmlakın onlar tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 09 may 2004-cü ildə ölmüş X3 miras qalmış əmlakın onlar tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-1146/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1146/2025
20.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver