Məhkəmə qərarları › İş №2(063)-123/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-123/2025

06.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-123/2025 06.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X11 oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı, 10 noyabr 2004-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, X7 ilə 24 mart 2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Qızı, Şəbnəm Şərifova 10 noyabr 2004-cü il tarixdə Kürdəmir şəhərində doğulmuş və uşaqlıqdan əlildir. Hazırda qızı, Şəbnəm Şərifova onunla birlikdə yaşayır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X4 tibbi-sosial ekspertiza müayinəsindən çıxarışda qızı, X1 birinci qrup əlil olması, “Kvadroplegik spastik serebral iflic, uşaq serebral iflicidən dərin dayanıqlı qalıq. Spartik paraplegiya, spastik tetraparez. Aşağı ətrafların kontrakturası. Yerişin pozulması. Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya. Psixatrik epizodlarla gedən ağır dərəcəli ağıl zəifliyi” diaqnozu qeyd edilmişdir. Həmçinin qızı 2024cü il tarixdən etibarən “Bakı Baş Səhiyyə Mərkəzi” X15 9 nömrəli şəhər poliklinikasının psixiatriya kabinetində qeydiyyatdadır. Qızı xəstə olduğundan ona özü baxır və qulluq edir. Qızı səhhətindəki ciddi problemlərə görə müxtəlif dövlət orqanlarında şəxsi işlərini şəxsən həyata keçirə bilmir. Bu səbəbdən o, onun adından həmin qurumlara müraciət etmək və hüquqi prosedurları yerinə yetirmək məcburiyyətində qalır. Bunun üçün isə qızının ona rəsmi etibarnamə verməsi zəruridir. Lakin qızı Şəbnəmin səhhəti səbəbilə notariat orqanları onun verdiyi etibarnaməni təsdiqləməkdən imtina edirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Ucar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Qəyyumluq və Himayəçilik Orqanı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəblərini bildirməmiş, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə Ucar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ucar Rayon İcra Hakimiyyəti Başçısının Müsüslü və Təzə Şilyan kəndləri üzrə nümayəndəliyi tərəfindən 24 mart 2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 084185 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 ilə Ərizəçi 24 mart 2004-cü il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 05 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər və arvad öz soyadlarında qalmışlar. İşdə olan Ucar Rayon İcra Hakimiyyəti Başçısının Müsüslü və Təzə Şilyan kəndləri üzrə nümayəndəliyi tərəfindən 01 fevral 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 545681 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X7, anası Ərizəçi olan X5 10 noyabr 2004-cü il tarixdə Kürdəmir şəhərində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X4 tibbi-sosial ekspertiza müayinəsindən çıxarışdan görünür ki, 10 noyabr 2004-cü il təvəllüdlü X5 müddətsiz birinci qrup əlildir. İşdə olan “Bakı Baş Səhiyyə Mərkəzi” X15 9 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 17 oktyabr 2024-cü il tarixli 819 nömrəli arayışdan görünür ki, 10 noyabr 2004-cü il təvəllüdlü X5 2024-cü ildən etibarən poliklinikanın psixiatriya kabinetində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya xəstəxanası tərəfindən verilmiş 17 oktyabr 2024-cü il tarixli, 1/4430 nömrəli həkim psixiatr komissiyasının 2978 nömrəli rəyindən görünür ki, 10 noyabr 2004-cü il təvəllüdlü X2 ağır kəmağıllılıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları ilə müşahidə olunur. İşdə olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Müsüslü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 31 oktyabr 2024-cü il tarixli, 5-80-22/2-563/2024 nömrəli arayışından görünür ki, xx xxxxxxxx 1982-ci il təvəllüdlü Ərizəçi Ucar rayonu, Təzə Şilyan kəndində qeydiyyatda olmaqla heç bir yerdə işləmir və aşağıdakı tərkibdən ibarət ailə üzvləri vardır.

1. Əri - 04 fevral 1972-ci il təvəllüdlü X7

2. Qızı - 10 noyabr 2004-cü il təvəllüdlü X5

3. Oğlu - 15 iyun 2009-cu il təvəllüdlü X9

4. Oğlu - 31 may 2019-cu il təvəllüdlü X8 Beləliklə iş materiallarında olan sənədlərdən müəyyən olundu ki, Ərizəçi X1 anasıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 tərəfindən verilmiş 13 fevral 2025-ci il tarixli, 456 saylı rəydən görünür ki, X2 “Uşaq serebral iflici nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində)” aşkar olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. İşdə olan 05 noyabr 2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MM-nin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Göstərilənlərə əsasən, məhkəmə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, 10 noyabr 2004-cü il təvəllüdlü X5 hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

Ərizəçi ərizəsi təmin edilsin. Ucar rayonu, Təzə Şilyan kəndində yaşayan, 10 noyabr 2004-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar