Məhkəmə qərarları › İş №2(063)-138/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-138/2024

04.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-138/2024 04.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X4 oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “Azəriqaz” İstehsalat Birliyinə və “Azəriqaz” X2 X5 İdarəsinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi və dəymiş mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər “Azəriqaz” İstehsalat Birliyinə və “Azəriqaz” X2 X5 İdarəsinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi və dəymiş mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” X2 X5 İdarəsinin Ucar Xidmət Sahəsi tərəfindən tərtib edilmiş, 21 iyul 2022-ci il tarixli, ******* nömrəli akt əsasında 1440 m3 həcmində itirilmiş qazın bərpası üçün hesablanmış 288 manat borcun abonent hesabından silinməsi və 500 manat mənəvi zərərin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Azəriqaz” X2 X5 İdarəsinin Ucar Xidmət Sahəsi tərəfindən tərtib edilmiş, 21 iyul 2022-ci il tarixli, ******* nömrəli akt əsasında 1440 m3 həcmində itirilmiş qazın bərpası üçün hesablanmış 172,80 manat borcun abonent hesabından silinməsi və 500 manat mənəvi zərərin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia ərizəsində göstərilən tələbini onunla əsaslandırmışdır ki, onunla "Azəriqaz” X3 X9 arasında "qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə" müqavilə bağlanmış və abonent kodu almışdır. Bundan sonra, təbii qazdan İstifadəyə görə ödənişləri vaxtlı-vaxtında və tam şəkildə ödəmişdir. 31 iyun 2020-ci il tarixdə X6 əməkdaşı sayğacın şüşəsinin sındığını, ona görə də qaz sayğacının dəyişdirilməli olduğunu bildirmişdir. O, iyul ayının əvvəlində sayğacın quraşdırılması üçün 69 manat məbləğində rüsumu ödədikdən sonra yeni sayğac quraşdırılmışdır. Bundan sonra, bir neçə dəfə həmin sayğacın kartına pul mədaxil edərək qaz həcmi yükləmiş və istifadə etmişəmdir. Sonuncu dəfə, avqust ayının əvvəlində yenidən sayğacın kartına pul yükləyərək qaz həcmi yükləsə də kartı sayğaca daxil edən zaman, sayğacın ekranında 216 manat məbləğində borcun olması əks olunmuşdur. Bununla bağlı Ucar X8 müraciət edən zaman "qaz sayğacına müdaxilə olunduğu, laboratoriya yoxlanışından sonra təsdiq olunduğu, ona görə də cərimə yazıldığını" bildirmişlər. "Təbii qazdan İstifadə qaydalarının pozulması haqında" aktın məzmunu ilə tanış olmaq üçün təqdim olunmasını xahiş etsə də Ucar X9 aktı təqdim etməkdən yayınmışdır. Bundan sonra, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun silinməsi və mənəvi zərərin əvəzi olaraq 1.000 (min) manat pulun tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair ərizə ilə Ucar Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə qətnaməsinə əsasən iddia qismən təmin edilərək, əsassız hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun abonent hesabında silinməsi qət edilmişdir. Lakin, «Azəriqaz» İstehsalat Birliyi yenə eyni qaydada əməlini davam etdirmişdir. Bələ ki, cavabdeh qurum tərəfindən 2022-ci ildə sayağaca kənar müdaxilə olunması nəticəsində yenidən onun abonent hesabına 288 manat məbləğində borc yazılmışdır. Lakin, tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış, yoxlamanın nəticəsi tamamilə əsassız və qanunsuzdur. Sayğac çıxarılan zaman Ucar X6in əməkdaşları tərəfindən sayğaca hər hansı kənar müdaxilə olunması bildirilməmişdir. Ümumiyyətlə bununla bağlı aktın tərtib olunmasından və qaz sayğacının laboratoriyaya göndərilməsindən məlumatı olmamışdır. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Belə ki, həmin sayğacın çıxarılması zamanı həqiqətən qazdan qanunsuz istifadəyə görə sayğaca müdaxilə izlərinin olub-olmaması sual doğurur. Çünki, əgər həmin qüsurlar əvvəldən mövcud olsa idi, mütəmadi sayğaclara baxış keçirən idarə əməkdaşları bunu aşkar edər və bununla bağlı akt tərtib edərdilər, yada ki, sayğacı çıxararkən bu barədə tərtib etdikləri aktda həmin qüsurlar göstərərdilər. Bundan başqa, qaz sayğacı qaz xəttindən ayrılarkən sayğacın zədəli olması ilə bağlı hər hansı bir akt tərtib edilməmişdir. Həmçinin, yay fəslində sayğaca müdaxilə edilməsi də özlüyündə mənasızdır. Eyni zamanda onuda qeyd edir ki, həmin sayğac yaşayış evinin həyətində deyil, küçədə quraşdırıldığından paylayıcının istinad etdiyi "müdaxilə" həqiqətən də istifadəçinin iradəsindən asılı olmayaraq da baş verə bilərmiş. Bununla yanaşı sayğacın plombu qırılmadığından onun daxilinə müdaxilə edilməsi də fiziki cəhətdən mümkün deyil. Bu səbəbdən də, əsassız hesablanmış borcun silinməsi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz” X3 X8 müraciət etsə də, müraciəti cavablandırılmamışdır. Cavabdeh qurumun qanunsuz hərəkətləri nəticəsində normal həyat tərzi pozulmuş, həmçinin, ailə üzvləri ilə birlikdə soyuq otaqlarda qalmağa məcbur olmuşlar. Bütün bu olanlardan əsəb və sarsıntı keçirtmiş və baş verənlər onda gərginliyin yaranmasına səbəb olduğundan xəstəliyə tutulmuşdur. Bu səbəbdən də, cavabdeh qurum tərəfindən ona dəymiş mənəvi zərərin ödənilməsini də tələb edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər “Azəriqaz” İstehsalat Birliyinə və “Azəriqaz” X2 X5 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Birlik nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, ancaq nümayəndəsi məhkəməyə rəsmi qaydada ərizə göndərərək, istehsalat zərurəti ilə əlaqədar üzrlü səbəbdən iclasda iştirak edə bilməyəcəklərini qeyd etməklə, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X7 məhkəməyə iddia tələbini qəbul etməmələri barədə etiraz ünvanlayaraq göstərmişdir ki, İddiaçı iddia ərizəsində mənzilinə quraşdırılmış qaz sayğacının Ucar XS-nin əməkdaşları tərəfindən açılaraq götürüldüyünu, bundan sonra onun təbii qazdan qeyri-qanuni istifadəyə görə 288 manat itirilmiş qazın dəyəri hesablandığını bildirmiş, əsassız hesablanmış 288 manat borc məbləğinin silinməsini və mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun tutlmasını xahiş etmişdir. Belə ki, 04 may 2022-ci il tarixdə "Azəriqaz" X2 RQİİ-nin Ucar Xidmət Sahəsinin əməkdaşları Ucar rayonu, Qəzyan kəndində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı 04 may 2022-ci il tarixdə ******* nömrəli akt tərtib edilmiş, həmin akta abonentin özü də imza etmişdir. Mənzildən açılmış G4 markalı, 12589045 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 21 iyul 2022-ci il tarixli, 29/1710-02617-1 nömrəli akta əsasən sayğacın hesablama mexanizminin keçən qazı qeyd etmədiyi aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən İddiaçı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 21 iyul 2022-ci il tarixli, ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə "Azəriqaz” İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİnin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 29 iyul 2022-ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Ucar XS-nin abonent bazasındakı **********01096 nömrəli abonent koduna 1440 m³ – 172.80 (yüz yetmiş iki manat 80 qəpik) manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 04 may 2022-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, "Azəriqaz" İB Ağsu RQİİ Ucar Xidmət Sahəsinin nümayəndələri iddiaçının yaşadığı Ucar rayonu, Qazyan kəndindəki fərdi yaşayış evinə aid “Zenner” tipli, G4 markalı, 12589045 nömrəli sayğacı dövrü istismar müddəti bitdiyi üçün çıxararaq “Zenner” tipli, G4 Smart markalı, **********927 nömrəli sayğacla əvəz etmiş, o cümlədən sayğaca 11771214 plomb nömrəsi vurulmuşdur. İşdə olan "Azəriqaz" İB Ağsu RQİİ Ucar Xidmət Sahəsinin rəis müavini Rüstəm Mehdiyev, TQQSX-nin rəisi Kazım Muradxanoğlu, texniki Həsən İbrahimov və nəzarətçi çilingəri Seymur Abbasov tərəfindən İddiaçı yaşadığı Ucar rayonu, Qazyan kəndindəki fərdi yaşayış evi üzrə keçirilmiş yoxlamadan sonra 21 iyul 2022-ci il tarixdə tərtib edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacın hesablama mexaniziminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İB Ağsu X5 İdarəsinin 29 iyul 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin, eləcə də abonent saldosunun surətlərindən görünür ki, “Zenner” tipli, G4 markalı, 12589045 nömrəli sayğaca baxış keçirilmiş, nəticədə itirilmiş qazın bərpası üçün qaz sayğacının nominal qaz sərfi 4 orta günlük iş rejimi 12 saat, hesabat müddəti isə 30 gün qəbul edilməklə, hesabat aparılmış və itirilmiş qaz sərfi cəmi 1440 hesablanaraq, qalıq borc 172,80 (bir yüz yetmiş iki manat 80 qəpik) manat müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "Azəriqaz" İB Ağsu RQİİ Ucar Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşları tərəfindən **********01096 abunə kodu olan İddiaçı məxsus Ucar rayonu, Qazyan kəndindəki fərdi yaşayış evinin yenisi ilə əvəz edilmiş köhnə “Zenner” tipli, G4 markalı, 12589045 nömrəli qaz sayğacına keçirilmiş baxış zamanı sayğacın hesablama mexaniziminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi aşkar edilmiş, bu məqsədlə, 21 iyul 2022-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilsə də, iddiaçı həmin aktı imzalamamışdır. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 172,80 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Ağsu RQİİ Ucar Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Sözügedən Qanunun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun 6-cı maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Bu Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Sözügedən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qeyd olunan Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bu Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Ucar rayonu, Qazyan kəndindəki fərdi yaşayış evi üzrə quraşdırılmış qaz sayğacında nöqsanlar aşkar olunsa da, həmin yaşayış sahəsinin daxilindən kənarda quraşdırılmış qaz sayğacında yaranmış nöqsana səbəb olan təsirin nədən ibarət olması, habelə baş vermiş halların kimin təqsirindən yaranması barədə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim olunmamış, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşısa da, qeyd edilən hal ətraflı araşdırılmadan qaz paylayıcısı tərəfindən 21 iyul 2022-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda sayğacda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib, onun məsuliyyətinə səbəb ola bilməz. Belə ki, sayğacda yaranmış nöqsanların baş verməsinin birbaşa istehlakçı ilə bağlılığı sübut olunmalıdır. Qeyd olunan hallar isə nəticə etibarilə iddiaçının təqsirsizliyinə dəlalət edir. Belə olan təqdirdə isə iddiaçının, qaz istehlakçısı olaraq məsuliyyətinin yaranması istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, iddiaçı cavabdehlərdən 500 manat mənəvi ziyanın tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Sübutların tədqiqi zamanı İddiaçı cavabdehlərin hərəkətləri nəticəsində onun hər hansı mənəvi sarsıntı, iztirablar keçirməsi halları barədə sübut təqdim etməmiş, habelə iddia tələbində mənəvi zərərlə əlaqədar göstərilən hallar məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Adı qeyd edilən Məcəllənin 218.3-cü maddəsinin İ cümləsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bildi. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh “Azəriqaz” X2 X5 İdarəsinin Ucar Xidmət Sahəsi tərəfindən 21 iyul 2022-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 172,80 manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 36.9, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” X2 X5 İdarəsinin Ucar Xidmət Sahəsi tərəfindən 21 iyul 2022-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 172,80 (bir yüz yetmiş iki manat 80 qəpik) manat borc hesabdan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar