Məhkəmə qərarları › İş №2(063)-1551/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1551/2025

19.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1551/2025 19.02.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi"nə dair ərizəsi üzrə mülki işə, Ucar şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi"nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi1 ilə Ərizəçi1 Təbriz qızının və Ərizəçi2 ilə Ərizəçi2 Təbriz qızının eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, ərizəçilər tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ucar rayon VVADQ şöbəsi tərəfindən 10 avqust 1977-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı, 436365 nömrəli doğum haqqında şəhadətnamənin Ərizəçi1 Təbriz qızına və Ucar rayon VVADQ şöbəsi tərəfindən 20 dekabr 1984-cü il tarixdə verilmiş X-ЖГ seriyalı, 360870 nömrəli doğum haqqında şəhadətnamənin Ərizəçi2 Təbriz qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 03 avqust 1977-ci ildə, Ərizəçi2 isə xx xxxxxx 1984-cü ildə doğulmuşlar. Lakin onlara doğum haqqında şəhadətnamə verilərkən ata adları səhvən Tərbiz olaraq qeyd edilmişdir. Halbuki ərizəyə əlavə edilmiş atalarının doğum haqqında arayışından və ölüm haqqında şəhadətnaməsinin surətindən göründüyü kimi, atalarının adı X15 olmuşdur. Bu, hətta mərhum ataları ilə analarının nikahın bağlanması haqqında şəhadətnaməsi ilə də öz təsdiqini tapır. Ucar rayon Aqrar İslahat Komissiyasının 07 aprel 2000-ci il tarixli, 20 nömrəli qərarı ilə ataları X10, anaları X5, qardaşları X11, onlara, yəni X3 və Ərizəçi2 Təbriz qızına Ucar rayonu, Gəraybəyli kəndi ərazisindən 0,06 ha torpaq sahəsi verilmişdir. Həmin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onların atalarının adı düzgün göstərilmişdir. Hazırda həmin torpaq sahəsini adlarına sənədləşdirmək istəsələr də, bununla bağlı mərhum ataları X6 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə Ucar rayon notariat ofisinə müraciət etmişlər. Lakin Ucar rayon notariat ofisi onlara şəxsiyyət vəsiqələrində və doğum haqqında şəhadətnamələrində ata adlarının uyğun gəlmədiyindən məhkəməyə müraciət etməli olduqlarını tövsiyyə etmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, sonuncular məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Maraqlı şəxs tərəfindən 09 oktyabr 2025-ci il tarixdə verilmiş, 1025 nömrəli arayışın surətindən görünür ki, atası X13, anası isə X14 olan X15 15 dekabr 1952-ci il tarixdə Ucar rayonunda doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 09 oktyabr 2025-ci il tarixli, 1026 nömrəli arayışın surətindən görünür ki, X15 ilə X8 nikahı haqqında 16 dekabr 1975-ci il tarixdə 109 nömrəli akt qeydi tərtib olunmuşdur. Maraqlı şəxsndə nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Mahmudova” soyadı verilmişdir. İşdə olan Ucar rayon VVADQ şöbəsi tərəfindən 10 avqust 1977-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı, 436365 nömrəli və Qarabörk kənd XDC icariyyə komitəsi tərəfindən 20 dekabr 1984-cü il tarixdə verilmiş X-ЖГ seriyalı, 360870 nömrəli doğum haqqında şəhadətnamələrdən və Maraqlı şəxs tərəfindən 21 oktyabr 2025-ci il tarixdə verilmiş 1083 nömrəli və 27 oktyabr 2025-ci il tarixdə verilmiş 1094 nömrəli arayışlardan görünür ki, müvafiq olaraq ataları X15, anaları X12 olan Ərizəçi1 03 avqust 1977-ci il tarixdə, Ərizəçi2 isə xx xxxxxx 1984-cü il tarixdə Ucar rayonu, Gəraybəyli kəndində doğulmuşlar. İşdə olan Ucar RİHB-nın Qarabörk, Gəraybəyli və Rəstəcə kənd nümayəndəliyi tərəfindən 21 iyun 2006-cı il tarixdə verilmiş AZ-1 seriyalı, 183260 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 19 iyun 2006-cı il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 21 iyun 2006-cı il tarixdə 17 nömrəli qeyd edilmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN seriyalı, 099A nömrəli, 90405038 kod nömrəli dövlət aktının surətindən görünür ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 07 aprel 2000-ci il tarixli, 20 nömrəli qərarı ilə 0,06 ha torpaq sahəsi Ucar rayon Gəraybəyli kənd sakinləri X9 və onun ailə üzvləri X4, X7, X1 və Ərizəçi2 Təbriz qızının mülkiyyətinə verilmişdir. İşdə olan Ucar rayon notariat ofisinin 20 oktyabr 2025-ci il tarixli, 109 saylı məktubundan görünür ki, mərhum X9 vərəsələri olan Ərizəçi2 və X2 şəxsiyyət vəsiqəsində və doğum şəhadətnaməsində ata adları uyğun gəlməməsi və elektron notariat sistemindən əldə edilə bilməməsi nəzərə alınaraq, vərəsəliyə çağırılma əsasını, yəni mərhumun qızları olması faktının təsdiqi üçün Ucar Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. İşdə olan 12 dekabr 2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçilər ərizənin baxılması üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, ərizəçilərə məxsus olan bütün sənədlərdə onların ata adları “Təbriz” kimi qeyd edilmişdir. Lakin, doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqələrində Ərizəçi1 Təbriz qızı əvəzinə yanlış olaraq, Ərizəçi1 və Ərizəçi2 Təbriz qızı əvəzinə yanlış olaraq, Ərizəçi2 qeyd edilmiş, nəticədə, bu hal ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə hesab edir ki, Ucar rayon VVADQ şöbəsi tərəfindən 10 avqust 1977-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı, 436365 nömrəli doğum haqqında şəhadətnamənin Ərizəçi1 Təbriz qızına və Ucar rayon VVADQ şöbəsi tərəfindən 20 dekabr 1984-cü il tarixdə verilmiş X-ЖГ seriyalı, 360870 nömrəli doğum haqqında şəhadətnamənin Ərizəçi2 Təbriz qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-308, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ucar rayon VVADQ şöbəsi tərəfindən 10 avqust 1977-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı, 436365 nömrəli doğum haqqında şəhadətnamənin Ərizəçi1 Təbriz qızına və Ucar rayon VVADQ şöbəsi tərəfindən 20 dekabr 1984-cü il tarixdə verilmiş X-ЖГ seriyalı, 360870 nömrəli doğum haqqında şəhadətnamənin Ərizəçi2 Təbriz qızına məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçilər Ərizəçi1 və Ərizəçi2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar