Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-265/2024 18.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X2 oğlunun katibliyi İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablanmış borcun silinməsi” tələbinə barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 oktyabr 2023-cü il tarixli, 307381 nömrəli akt nəticəsində hesablanmış 100 manat borcun onun **********01882 nömrəli abonent hesabından silinməsini xahiş etmişdir. İddiaçı iddi tələbini onunla əsaslandırmışdır ki, o, Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 14 nömrəli evdə ailəsilə birlikdə yaşayır. Həmin evə elektrik xətti çəkdirmiş, abonent kodu almış və cavabdehlə bu barədə müqavilə bağlamışdır. Vaxtlıvaxtında Elektrik Şəbəkəsinin əməkdaşının sayğaca baxış keçirdikdən sonra ona təqdim etdiyi bildirişə uyğun olaraq elektrik enerjisindən istifadəyə görə ödənişlər etmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən barəsində 20 oktyabr 2023-cü il tarixli, 307381 nömrəli akt tərtib edilmiş, qanunsuz olaraq istifadə olunmuş elektrik enerjisinə görə cərimə hesablanmış və ona təqdim olunan bilidirişdə (**********01882) abonent kodunun qarşısına 100 (bir yüz) manat borc yazılmışdır. Hazırkı iddia ərizəsinə əsasən cavabdehlər tərəfindən tərtib edilmiş 20 oktyabr 2023-cü il tarixli, 307381 nömrəli akt əsasında hesablanmış 100 manat pul hesabından silinməlidir. Belə ki, cavabdeh təşkilat tərəfindən ona izah edilmişdir ki, ona məxsus fərdi yaşayış evinə verilən elektrik enerjisini qeyd edən sayğaca müdaxilə edilib, bu əsasa görə cavabdeh təşkilat tərəfindən akt tərtib edilmiş və istifadə olunmuş elektrik enerjisinə görə cərimə hesablanmış və ona təqdim olunan bilidirişdə (**********01882) abonent kodunun qarşısına 100 (bir yüz) manat borc yazılmışdır. Evinə keçən elektrik enerjisini qeyd edən sayğac enerji təchizatı müəssisəsinin cavabdehlik daşıdığı ərazidə quraşdırıldığından sayğacla əlaqəli nöqsan və çatışmazlıqlardan ötrü istehlakçı məsuliyyət daşıya bilməz. Bu səbəbdən hesab edir ki, onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanması yolverilməzdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktda ona məxsus fərdi yaşayış evində quraşdırılmış sayğacda qüsurun olmasına baxmayaraq protokolda onun sayğacdan kənar şəkildə elektrik enerjisindən istifadə etməs, yaxud da sayğacın göstəricilərinin işləməməsi barədə heç bir fikir ifadə edilmir. Belə olan halda qeyd edilməlidir ki, sayğacda hər hansı bir qüsurun olması bunun bütün hallarda istehlakçının elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi nəticəsinə gəlməyə əsas vermir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddianən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, İddiaçı elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ucar EŞ-nin “Proqram bazasında” **********01882 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla ona məxsus ünvan 1 ünvanında yaşadığı fərdi yaşayış evində elektrik enerjisindən 20 avqust 2019-cu il tarixdən 27 oktyabr 2023-cü il tarixə kimi yaşayış evinə quraşdırılmış Viko-M580DB0T tipli №3806198 zavod nömrəli, 27 oktyabr 2023-cü il tarixdən hal-hazıra kimi M600 tipli №22076937 zavod nömrəli elektrik hesablama sayğacı vasitəsi ilə istifadə etmişdir. 20 oktyabr 2023-cü il tarixdə Ucar EŞ-in enerji Satış şöbəsinin əməkdaşları R.Xəlilov, S.Dolxanov və Ə.Nəbiyev tərəfindən “EEİQ”nın tələblərinə uyğun olaraq İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, yaşayış evini elektrik enerjisi ilə təchiz edən sayğac keçən enerjinin miqdarını qeyd etmir. Sayğacdan keçən yük ölçüldükdə yükün 0.44 kvt təşkil etdiyi müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar İddiaçı barəsində “EEİQ”nın tələblərinə uyğun olaraq 307381 saylı akt tərtib edilmişdir. Qüsurlu elektrik hesablama sayğacı 25 oktyabr 2023-cü il tarixdə “Mərkəzi Aran” RETSİ-nin “Sayğac quraşdırma şöbəsinin” Ucar EŞ-i üzrə texniki Aqil Yusifov tərəfindən 307381 saylı akta əsasən yeni M600 tipli №22076937 zavod nömrəli sayğacla əvəz olunmuşdur. Bu barədə məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 601638№li protokol tərtib edilmişdir. İddiaçı barədə tərtib edilmiş Akta əsasən “Mərkəzi Aran” RETSİ də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən elektrik hesablama sayğacında qüsur yaranana kimi istehlak edilmiş elektrik enerjisinin orta gündəlik sərfinə uyğun olaraq sayğacın keçən enerjini qeyd etmədiyi 75 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 101,43 manat təşkil edən 1052 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı barəsində Akt tərtib edilərkən və həmin akta əsasən yenidən hesablama aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Akt və hesablama “Qaydalar”-ın tələblərinə uyğun olaraq düzgün tərtib edilmişdir. Belə ki, İddiaçı Ucar EŞnin "Proqram bazası’nda qeydiyyatda olan istehlakçı kodu üzrə “istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən abunə haqqında” məlumatı təhlil etdikdə elektrik hesablama sayğacının enerji sərfiyyatı gstəricisi 11 avqust 2023-cü il tarixdə oxunarkən sayğacın 32 gün ərzində dəyəri 35,12 manat təşkil edən 439 kvt saat miqdarında elektrik enerjisinin istehlakını qeyd etdiyi halda, 10 sentyabr 2023-cü il tarixdə 30 gün ərzində dəyəri 0.40 manat təşkil edən 5 kvt saat miqdarında elektrik enerjisini istehlakını qeyd etdiyi və istehlak edilmiş elektrik enerjisi göstəricisini 15303 kvt saat miqdarında olmaqla dəyişməz qaldığı müəyyən edilir. Ucar EŞ-nin nəzarətçi mühəndisi tərəfindən sayğac göstəriciləri 16 oktyabr 2023-cü il tarixdə yenidən oxunarkən sayğacın enerji sərfiyyatı göstəricisinə 15303 kvt olmaqla dəyişməz qaldığı və sayğacın keçən enerjini qeyd etmədiyi müəyyən edilərək bu barədə Ucar EŞ-nin rəhbərliyinə müvafiq məlumat vermişdir. Məhz həmin məlumat əsasında Ucar EŞ-in əməkdaşları tərəfindən 20 oktyabr 2023-cü il tarixdə iddiaçının yaşadığı evin elektrik enerjisi ilə təchizatına baxış keçirilərək qeyd olunan enerji pozuntusu (sayğacın keçən enerjini qeyd etməməsi) aşkar edilmişdir. Bundan başqa, onu da qeyd etdi ki, əvvəlki sayğacın yararsız olmasında iddiaçının hər hansı təqsiri yoxdur, hesablanmış məbləğ isə yeni qaydalara əsasən hesablanmışdır. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli, 307381 nömrəli aktın surətindən görünür ki, 20 oktyabr 2023-cü ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən istehlakçıya məxsus obyektdə elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları” na (EEİQ) raiyət olunması üçün baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, sayğac keçən elektrik enerjisini qeyd etmir. Həmin akt cəmiyyətin əməkdaşları R.Xəlilov, S.Dolxanov və Ə.Nəbiyev tərəfindən imzalanmışdır. İş materiallarında olan 15 oktyabr 2023-cü il tarixli, 601638 saylı məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokolun surətindən görünür ki, 03806198 nömrəli, “VİKO” tipli (153034 son göstərici ilə) sayğaç çıxarılaraq 22076937 nomrəli, “MAKL” tipli yeni sayğac quraşdırılmış və bu hal yoxlayıcı Ramiz Əsədov və səlahiyyətli şəxs Soltan Əzizovun imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan “Mərkəzi-Aran” RETS-nin rəisi tərəfindən təsdiq edilmiş 22 noyabr 2023-cü il tarixli icra vərəqində Wor=14kVts/g, W=14kVts/g x 75 g=1050kVts/g, 503 kVts x 0.08=40.24 man, 248 kVts x 0.09 = 22.32 man, 299 kVts x 0.13=38.87 man, cəmi 101.43 man göstərilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən “Mərkəzi Aran” RETSİ-nin Ucar EŞ-nin rəisi C.Z.Qasımova ünvanlanmış (ərizənin üzərində göstəriş yazılı dərkənarla S.Bəkirova həvalə edilmişdir) 18 oktyabr 2023-cü il tarixli yazılı ərizəsindən görünür ki, **********01882 nömrəli abonent kodu olan elektrik sayğacı işləmədiyi üçün adıçəkilən orqana müraciət edilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin abunə haqqında cədvəlindən görünür ki, 03806198 nömrəli, “VİKO” tipli sayğaca sonuncu baxış 11 avqust 2023-cü il tarixdə keçirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci maddəsinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.15-ci maddəsinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır. Həmin Qaydaların 8.17-2-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 14 nömrəli evə elektrik xətti çəkdirmiş, abonent kodu almış və cavabdehlə bu barədə müqavilə bağlamışdır. Vaxtlı-vaxtında Elektrik Şəbəkəsinin əməkdaşının sayğaca baxış keçirdikdən sonra ona təqdim etdiyi bildirişə uyğun olaraq elektrik enerjisindən istifadəyə görə ödənişlər etmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən iddiaçı barəsində 20 oktyabr 2023-cü il tarixli, 307381 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında iddiaçıya qanunsuz olaraq istifadə olunmuş elektrik enerjisinə görə cərimə hesablanmışdır. Məhkəmə iclasında elektrik sayğacının mənzildə və ya fərdi yaşayış evində quraşdırılması müəyyən edilməmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə ilk növbədə sözügedən sayğacın istismara yararsız vəziyyətdə olmasında iddiaçının təqsirli hərəkətlərinin olub-olmaması hissəsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, hazırkı mübahisə üzrə münasibətləri tənzimləyən qaydaların tələbi ondan ibarətdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Belə olan halda, məhkəmə hesab edir ki, quraşdırılmış sayğacın salamatlığına məsuliyyət iddiaçının deyil, məhz cavabdeh təşkilatın üzərinə düşür (nəzərə alınsa ki, iddiaçı qaydaların tələbinə əsasən sayğacda baş vermiş nasazlıqla bağlı yazılı şəkildə cavabdeh orqana müraciət etmişdir). Mübahisə predmetinin digər hissəsi isə tərtib edilmiş aktın qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilməsi olmuşdur. Belə ki, qaydalara əsasən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, məhkəmə araşdırması zamanı sözügedən tələblərə əməl edilməsi müəyyən edilməmişdir. Məhkəmə məhkəmə araşdırması zamanı gəldiyi qənaətini yuxarıda sadalanan hallarla əsaslandırmaqla qeyd edir ki, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda (eyni zamanda məhkəmə iclasının audio-video qeydiyyatı zamanı cavabdehin nümayəndəsi tərəfindən də bu hal öz təsdiqini tapmışdır), iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Həmçinin, yuxarıda qeyd olunan akt tərtib olunarkən yuxarıda qeyd olunan “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə riayət edilməmiş, yəni, nə istehlakçının aktı imzalamaqdan imtina etməsi qeyd edilməmiş, nə də yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamışdır. Eyni zamanda, məhkəmə, sayğacın, o cümlədən üzərindəki plombların qorunmasına, işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerji təchizatı müəssisəsi daşıdığını, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən qorumasının qeyri-mümkün olmasını nəzərə alaraq, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, həmin akta əsasən əlavə borc hesablandığından, həmçinin akt tərtib edilərkən yuxarıda qeyd olunan tələblərə riayət edilmədiyindən bu nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 20 oktyabr 2023-cü il tarixli, 307381 saylı aktına əsasən İddiaçı hesablanmış 100 (bir yüz) manat məbləğində borc onun hesabından silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-265/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-265/2024
18.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver