Məhkəmə qərarları › İş №2(063)-685/2024

Ucar Rayon Məhkəməsi Qərardad — İş №2(063)-685/2024

15.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 2(063)-685/2024 15.07.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin X2 tərəfindən 05 mart 2024-cü il tarixdə tərtib edilmiş 329523 nömrəli akta əsasən hesablanmış 177,44 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəflərin barışıq sazişi bağlamalarına dair razılığa gəldiklərini bildirdilər və mübahisənin sülh yolu ilə həll edilməsi barədə məhkəməyə barışıq sazişini təqdim etdilər. Sazişin şərtlərinə görə İddiaçı cavabdeh "xxxx" ASC-nin X2 tərəfindən 05 mart 2024-cü il tarixdə tərtib edilmiş 329523 nömrəli akta əsasən hesablanmış 177,44 manat məbləğində elektrik enerji haqqının dəyərinin tam silinməsini tələb etməyərək, həmin məbləğin azaldılaraq 60 manat məbləğində müəyyən edilməsinə razı olmaqla, həmin məbləği hissəhissə ödəməyi üzərinə götürür. Eyni zamanda, cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə da İddiaçı barəsində "xxxx" ASC-nin X2 tərəfindən 05 mart 2024-cü il tarixdə tərtib edilmiş 329523 nömrəli akta əsasən hesablanmış 177,44 manat məbləğində elektrik enerji haqqının dəyərinin azaldılaraq 60 manat məbləğində müəyyən edilməsinə etiraz etmir və gələcəkdə bu halı mübahisələndirməyəcəyini öz üzərinə götürürür. Məhkəmə baxış iclası zamanı İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə mübahisənin sülh yolu ilə həll edilməsi barədə barışıq sazişini məhkəməyə təqdim etdikdən sonra hər biri ayrı-ayrılıqda barışıq sazişinin şərtləri ilə razı olduqlarını, ona görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: Sazişin şərtləri:

1. İddiaçı cavabdeh "xxxx" ASC-nin X2 tərəfindən 05 mart 2024-cü il tarixdə tərtib edilmiş 329523 nömrəli akta əsasən hesablanmış 177,44 manat məbləğində elektrik enerji haqqının dəyərinin tam silinməsini tələb etməyərək, həmin məbləğin azaldılaraq 60 manat məbləğində müəyyən edilməsinə razı olmaqla, həmin məbləği hissə-hissə ödəməyi üzərinə götürür.

2. Cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə İddiaçı barəsində "xxxx" ASC-nin X2 tərəfindən 05 mart 2024-cü il tarixdə tərtib edilmiş 329523 nömrəli akta əsasən hesablanmış 177,44 manat məbləğində elektrik enerji haqqının dəyərinin azaldılaraq 60 manat məbləğində müəyyən edilməsinə etiraz etmir və gələcəkdə bu halı mübahisələndirməyəcəyini öz üzərinə götürürür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri iştirakçılara məlumdur. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bu Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Sədrlik edən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah etmiş, tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılmış, həmçinin, tərəflər bu barədə yazılı ərizələrini məhkəməyə təqdim etmişlər. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 261.0.5, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldi:

İddiaçı ilə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə arasında 15 iyul 2024-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Sazişin şərtləri:

1. İddiaçı cavabdeh "xxxx" ASC-nin X2 tərəfindən 05 mart 2024-cü il tarixdə tərtib edilmiş 329523 nömrəli akta əsasən hesablanmış 177,44 manat məbləğində elektrik enerji dəyərinin tam silinməsini tələb etməyərək, həmin məbləğin azaldılaraq 60 manat məbləğində müəyyən edilməsinə razı olmaqla, həmin məbləği hissə-hissə ödəməyi üzərinə götürür.

2. Cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə İddiaçı barəsində "xxxx" ASC-nin X2 tərəfindən 05 mart 2024-cü il tarixdə tərtib edilmiş 329523 nömrəli akta əsasən hesablanmış 177,44 manat məbləğində elektrik enerji haqqının dəyərinin azaldılaraq 60 manat məbləğində müəyyən edilməsinə etiraz etmir və gələcəkdə bu halı mübahisələndirməyəcəyini öz üzərinə götürürür.

İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir, eyni zamanda barışıq sazişi icra edilmədikdə məcburi qaydada icraya yönəldilir. Qərardaddan 10 gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər.

Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar