Məhkəmə qərarları › İş №2(063)-95/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-95/2025

15.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-95/2025 15.04.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X7 oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı, 07 fevral 1983-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, qızı, Kamalə Səfərova 07 fevral 1983-cü il tarixdə doğulmuş və uşaqlıqdan əlildir. Hazırda qızı, Kamalə Səfərova onunla birlikdə yaşayır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış Əlillik haqqında arayışda qızı, X2 birinci qrup əlil olması, “Kəskin nəzərə çarpan tetraparez. Nitqin və intelektin inkişafdan qalması” diaqnozu qeyd edilmişdir. Qızı xəstə olduğundan ona özü baxır və qulluq edir. Qızı səhhətindəki ciddi problemlərə görə müxtəlif dövlət orqanlarında şəxsi işlərini şəxsən həyata keçirə bilmir. Bu səbəbdən o, onun adından həmin qurumlara müraciət etmək və hüquqi prosedurları yerinə yetirmək məcburiyyətində qalır. Bunun üçün isə qızının ona rəsmi etibarnamə verməsi zəruridir. Lakin qızı Kamalənin səhhəti səbəbilə notariat orqanları onun verdiyi etibarnaməni təsdiqləməkdən imtina edirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Ucar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Qəyyumluq və Himayəçilik Orqanı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəblərini bildirməmiş, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə Ucar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, 28 fevral 1983-cü il tarixdə verilmiş İX-ЖГ seriyalı 267567 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X5, anası Ərizəçi olan X4 07 fevral 1983-cü il tarixdə Ucar rayonu, Alpout kəndində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində qeydə alınmış ********** nöməli Əlillik haqqında arayışdan görünür ki, 07 fevral 1983-cü il təvəllüdlü X4 müddətsiz birinci qrup əlildir. Beləliklə iş materiallarında olan sənədlərdən müəyyən olundu ki, Ərizəçi X2 anasıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 tərəfindən verilmiş 23 yanvar 2025-ci il tarixli, 183 saylı rəydən görünür ki, X3 “Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli gerilik” aşkar olunur. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X2 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Həmçinin, X1 onun məhkəmə iclasında iştirakına yol vermir. İşdə olan 26 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MM-nin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Göstərilənlərə əsasən, məhkəmə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, 07 fevral 1983-cü il təvəllüdlü X4 hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. Ucar rayonu, Alpout kəndində yaşayan, 07 fevral 1983-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar