Məhkəmə qərarları › İş №2(064)-103/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-103/2024

04.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-103/2024 04.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, ərizəçi X5 iştirakları ilə, ərizəçi X1 Rayon İH-nin Qəyyumçuluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi X9 ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2006-cı il təvəllüdlü qızı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X9 ərizəsini belə əsaslandırmışdır ki, qızı X8 xx.xx.2006-cı ildə Rusiya Federasiyası, Yuqra-Tümen vilayəti, Xantı-Mansiysk muxtar vilayətində doğulub, anadangəlmə daun sindiromu diaqnozu ilə xəstədir, onun yanında yaşayır və qızına o, baxır. Qızı daima müalicə olunur, yaddaşı çox zəifdir, öz hərəkətlərinə nəzarət edə bilmir. O, qızının özünün qəyyumluğuna verilməsi ilə bağlı Füzuli rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik orqanına müraciət etmişdir, lakin ona məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Bu faktın müəyyən olunması ona qızı X6 dövlət tərəfindən verilən imtiyaz və güzəştlərdən istifadə etməsi və ailə üçün hər hansı sənədləşmənin aparılması üçün lazımdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi X9 ərizəsinə oxşar məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək, ərizəçini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İ-ПH № 709052 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyası, Yuqra-Tümen vilayəti, Xantı-Mansiysk muxtar vilayətində doğulmuşdur. X2, anası X7r. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 xx.xx.2024-cü il tarixli, 552 saylı rəyindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X4 daun sindromlu şəxsdə orta dərəcəli əqli gerilik aşkar olunur. X8 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarına malik deyil. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsində göstərilir ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanlarının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.1-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə də, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə təyin olunaraq keçirilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə müəyyən edilir ki, ərizəçi X5 xx.xx.2006-cı il təvəllüdlü qızı X8 fəaliyyət qabliyyəti olmayan şəxsdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216-220, 227, 233, 317, 321, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X8 fəaliyyət qabliyyəti olmayan hesab edilsin. Bu qətnamə xx.xx.2006-cı il təvəllüdlü X8 üzərində qəyyum təyin etmək üçün əsas hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar