Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1059/2025 13.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, Novruzov Azad Novruz oğlunun katibliyi, Ərizəçi, Füzuli Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (maraqlı şəxs Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2006-cı il təvəllüdlü oğlu X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Füzuli rayonundan məcburi köçkündür və Füzuli rayonu, Qarabulaq düşərgəsində yaşayır. xx.xx.2006-cı il tarixdə Füzulidə doğulmuş oğlu X12 uşaqlıqdan əlildir. Ona birinci dərəcəli müddətsiz əlillik verilmişdir. Belə ki, ona spastik paraplegiya İmmobillik (hərəkətsizlik), İmmobillik (hərəkətsizlik-əlil arabasındadır) qulluq və müalicəyə tələb edən ciddi davranış pozuntusu, çox ağır əqli gərilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə, kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı olması, İQ-18 diaqnozu qoyulmuşdur. O, əmək qabiliyyətsizdir. Daim kənar şəxsin qulluğuna və özünə xidmət zamanı köməyə ehtiyacı vardır. Oğluna özü qulluq edir, onun yanında daimi kimisə olması mütləqdir, daimi qulluğa ehtiyacı vardır. Qeyd olunanlara əsasən məhkəmə qaydasında xx.xx.2006-cı il təvəllüdlü oğlu X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zəruridir. Oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ona dövlət tərəfindən verilən imtiyaz və güzəştlərdən istifadə etməyi və digər sənədləşmələrin aparılması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin məzmununa oxşar izahat vermiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Füzuli rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə Füzuli rayonu, İşıqlı kəndində anadan olmuşdur. -şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. -doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü oğlu X5 atası X6, anası Ərizəçidır. -Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2025-ci il tarixli Forma 88 arayışından görünür ki, X9 birinci dərəcəli əlillik, orqanizmin funksiyalarının pozulması faizi 100 faiz, forma 88 nömrəsi N00241752HNC, qiymətləndirmə tarixi xx.xx.2025, təyinatın tarixi xx.xx.2024-cü il. Diqanoz Spastik parapelgiya immobillik (hərəkətsizlik-əlil arabasındadır) Qulluq və müalicə tləb edən ciddi davranış pozuntusu. Çox ağır əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə kənar şəxlərin qulluq və nəzarətinə eytiyacı vardır. -Füzuli Rayon İcra Hakimiyyətinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ərizəçiyə məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. -Füzuli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(064)24/2014 saylı qətnaməsindən görünür ki, Ərizəçi ilə X7 arasında olan nikahın pozulması, tərəflərin nikahından xx.xx.2006-cı ildə doğulmuş X5 və xx.xx.2008-ci il tarixdə doğulmuş X2 anası Ərizəçi yanında saxlanılması qət edilmişdir. -AZ-İ 264801 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi arasında olan nikah xx.xx.2017-ci il tarixində pozulmuşdur. -İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli, 1663 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X8 “uşaq serebral iflici nəticəsində yaranan dərin əqli gerilik (idiotiya dərəcəsində) davranış pozuntuları ilə” (F73.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasınını elektron arayışında “Spastik paraplegiya immobillik (hərəkətsizlik). İmmobillik (hərəkətsizlik-əlil arabasındadır). Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Çox ağır əqli gerilik. Kənar şəxsləh qulluq və nəzarətinə ehtiyac var. İQ-18” diaqnozu ilə birinci dərəcəli əlil olduğunun qeyd edilməsi), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (nitqinin zəif inkişaf etməsi, nəzərə çarpan dərin ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir.Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs X8 uşaq serebral iflici nəticəsində yaranan dərin əqli gerilik (idiotiya dərəcəsində) davranış pozuntuları ilə müəyyən edilir. Yoxlanılan şəxs X12 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. Yoxlanılan şəxs X1 işə baxılmasında iştirakına imkan vermir. Yoxlanılan şəxs X10 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmaması ərizəçinin izahatı, iş üzrə təyin edilmiş məhkəməpsixatriya ekspertizasının rəyi və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X12 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü Füzuli rayonu Şıxılı kəndində qeydiyyatda olan, hazırda Füzuli rayonu Qarabulaq kəndində yaşayan X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1059/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1059/2025
13.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver