Məhkəmə qərarları › İş №2(064)-1097/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1097/2023

28.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1097/2023 28.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, Ərizəçi və Füzuli rayon İHB-nin Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon İHB-nin Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il təvəllüdlü qızı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, qızı X4 30 iyun 1989-cu ildə Füzuli rayonu, Babı kəndində doğulub, Füzuli rayonunun Babı kəndində qeydiyyatda olmaqla onunla birlikdə yaşayır. Xeyli müddətdir ki, qızı X4 İ qrup əlildir, psixi qüsurludur, əsəb xəstəsidir, xəstəlikdən əziyyət çəkir, ruhi xəstədir, daima müalicə olunur, yaddaşını tamamilə itirib, tək yaşaması mümkün deyil, ona görə də onun yanında daima kiminsə olması zəruridir. O, qızı X1 onun qəyyumluğuna verilməsi ilə bağlı Füzuli rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik orqanına müraciət etmiş, ona məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Bu faktın müəyyən olunması ona qızı X2 dövlət tərəfindən verilən imtiyaz və güzəştlərdən istifadə etməyi və digər sənədləşmənin aparılması üçün lazımdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi ərizəsinə oxşar məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Füzuli rayon İHB-nin Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X5 qanunamüvafiq əsaslar olduğu halda ərizənin təmin ediməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni nəzərdən keçirərək, tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Seriya AZE № 15170826 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1989-cu il tarixdə Füzuli rayonu, Babı kəndində doğulmuşdur. Yaşayış yeri Füzili rayonu, Babı kəndidir. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 01,08,2023-cü il tarixli, 2128 saylı rəyindən məlum olur ki, 30,06,1989-cu il təvəllüdlü X4 öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Ona görə də, onun fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsində deyilir ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanlarının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.1-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə də, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə təyin olunaraq keçirilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə müəyyən edilir ki, Ərizəçi qızı xx.xx.1989-cu il təvəllüdlü X4 fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216-220, 227, 233, 357, 360 və 362-cimaddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü X4 fəaliyyət qabliyyəti olmayan hesab edilsin. Bu qətnamə xx.xx.1989-cu il təvəllüdlü X4 üzərində qəyyum təyin etmək üçün əsas hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar