Məhkəmə qərarları › İş №2(064)-1237/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1237/2024

30.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1237/2024 30.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə, Füzuli Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 29 mart 2005-ci il təvəllüdlü Füzuli rayonu Yağlıvənd kəndində qeydiyyatda olan, hazırda Füzuli rayonu ikinci Zobucuq qəsəbəsi ev 446-da yaşayan X2nun fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun 29 mart 2005-ci il təvəllüdlü oğlu X1 rayonun ikinci Zobucuq qəsəbəsində 446 saylı evdə onunla birlikdə yaşayır. X2 doğulduğu gündən xəstədir, orta dərəcəli əqli gerilik və müalicə tələb edən nitq və davranış pozuntusundan əziyyət çəkir. Həkim Psixiatr Komissiyasının qərarına əsasən onda orta kəmağıllıq, inbesillik, kobud nitq, davranış pozuntuları vardır və kənar şəxslərin himayəsinə ehtiyacı vardır. Bu səbəbdən onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olura. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Həmçinin izahatında əlavə olaraq bildirdi ki, X6 onun oğludur, oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üzərində qəyyum təyin edilməsi üçün lazımdır. Maraqlı şəxs Füzuli rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə Füzuli rayonu, Yağlıvənd kəndində anadan olmuşdur. - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə Füzuli rayonu, Yağlıvənd kəndində anadan olmuşdur. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X3 atası Nümayəndə, anası Ərizəçidır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Psixiatriya xəstəxanası tərəfindən verilmiş həkim psixiatr komissiyasının xx.xx.2022-ci il tarixli, 1/1722 nömrəli rəyindən görünür ki, X4 orta kəmağıllıq, inbesillik, kobud nitq, davranış pozuntuları vardır və kənar şəxslərin himayəsinə ehtiyacı vardır. -Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, X5 ikinci dərəcəli əlillik müəyyən edilməklə, barəsində qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağırlaşma F80.0 nitq artikulyasiyasının spesifik pozuntusu, nitq artikulyasiyasının spesifik pozuntusu, ağırlaşma F23.9 dəqiqləşdirilməmiş, kəskin və ötüb keçən psixotik pozuntusu, dəqiqləşdirilməmiş, kəskin və ötüb keçən psixotik pozuntu, yanaşı xəstəliklər diaqnozu qoyulmuşdur. Daimi müşahidəyə ehtiyac vardır təyin edilmişdir. Əmək zəmanətsizdir. İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli, 3994 saylı rəyindən görünür ki, X6 orta dərəcəli əqli gerilik davranış pozuntuları aşkar olunur. O, psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsinə əsaslar vardır. Psixi vəziyyəti onun məhkəmə iclasında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmaması ərizəçinin izahatı, iş üzrə təyin edilmiş məhkəməpsixatriya ekspertizasının rəyi və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X6 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 29 mart 2005-ci il təvəllüdlü Füzuli rayonu Yağlıvənd kəndində qeydiyyatda olan, hazırda Füzuli rayonu İkinci Zobucuq qəsəbəsi ev 446-da yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar