Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1555/2023 02.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi nümayəndəsi vəkil Nümayəndə və maraqlı şəxs Füzuli rayon İHB-nin Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında qəyyumluq və himayəçilik şöbəsinə qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, oğlu X5 xx.xx.2004-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuşdur. Doğulduğu andan öz hərəkətlərini ölçübbiçmək, özünü idarə etmək iqtidarında deyil. Ətrafdakılar üçün təhlükəli olmasa da nə etdiyini, nə də ki, danışdığını dərk edir. Anadan olduğu gündən onun himayəsindədir. O, oğlunun onun qəyyumluğuna verilməsi ilə bağlı Füzuli rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik şöbəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Bu faktın müəyyən olunması ona oğluna dövlət tərəfindən verilən imtiyaz və güzəştlərindən istifadə etməsi və ailə üçün hər hansı sənədləşmənin aparılması üçün lazımdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi nümayəndəsi vəkil Nümayəndə ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Füzuli rayon İHB-nin Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X6 qanunamüvafiq əsaslar olduğu halda ərizənin təmin ediməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni nəzərdən keçirərək, iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək hesab edir ki, ərizə aşağıdakılara əsasən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AZ-İ № 521025 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2004-cü il tarixdə Füzuli rayonunda doğulmuşdur. X1, anası Ərizəçidır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3946 saylı rəyindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq, öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. Ona görə də, X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsində deyilir ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 33.4-cü maddəsinə əsasən, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanlarının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.1-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə də, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə təyin olunaraq keçirilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə müəyyən edilir ki, Ərizəçi oğlu xx.xx.2004-cü il təvəllüdlü E.Əliyev fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216- 220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin olunsun. xx.xx.2004-cü il təvəllüdlü X5 fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilsin. Bu qətnamə xx.xx.2004-cü il təvəllüdlü X3 üzərində qəyyum təyin etmək üçün əsas hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-1555/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1555/2023
02.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver