Məhkəmə qərarları › İş №2(064)-1592/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1592/2023

06.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1592/2023 06.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, 752 saylı nikahın pozulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə quraraq, nikahlarını 17 dekabr 2021-ci ildə Ağcəbədi “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahdan uşaqları doğulmamışdır. Cavabdehlə xasiyyətləri uyğun gəlmədyindən ayrılmışlar. Cavabdeh bu ilin mart ayından atası evinə getmişdir. Boşanma üçün vaxt verilmədən aralarındakı nikahın pozulmasında israrlıdır. Onlar barışa bilməzlər. Bu mümkün deyildir. O, ilkin olaraq Mediasiya şurasına müraciət etmiş ki, öz aralarında boşanmaq üçün razılığa gəlsinlər. Lakin cavabdeh mediatorun qəbuluna gəlməkdən imtina etmişdir. X1 1 saylı Mediasiya təşkilatının mediatoru Cəmilli Cəmil Həsən oğlu ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış vermişdir. Həmin arayış əsasında da məhkəməyə müraciət edir. Ona görə də, nikahın pozulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında: İddiaçı məhkəməyə teleqram vuraraq, barışıq üçün vaxt verilmədən nikahın pozulmasını xahiş etmişdir. Cavabdeh teleqram vuraraq boşanmağa razı olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, nikahın pozulması tələbinə dair iddia aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli nigah haqqında şəhadətnamənin çıxarışından görünür ki, İddiaçı və Cavabdeh arasında 17 dekabr 2021-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd aparılmış və nikah bağlandıqdan sonra ərə Cəlilli, arvada Nüsrətli soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Mülki işin məhkəmə tədqiqatından aydın olur ki, hər iki tərəf boşanmağa razdır. Buna görə də, məhkəmə tərəflərə 3 ay müddətinə barışıq üçün vaxt verilməsini lüzum görmür.Tərəflərin ailə münasibətlərinin bərpasının qeyri-mümkünlüyü barədə yuxarıda sadalananlar onlar arasındakı nikahın pozulmasına imkan verir. Bu səbəbdən də, məhkəmə tərəflər arasında olan mövcud vəziyyəti, eyni zamanda işin faktiki hallarını, ərarvadın birgə yaşaması və ailənin saxlanmasının mümkün olmadığını nəzərə alaraq, tərəflər arasında olan nikahın pozulması qənaətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 29 iyul 2019-cu il tarixli Qərarında göstərmişdir ki, «...........məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin». Odur ki, məhkəmə qeyd olunan mövqedən çıxış edərək hesab edir ki, tərəflərə izah edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tələbinə görə, tərəflər nikah pozulduqdan sonra 3 il ərzində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında məhkəmədə iddia qaldıra bilərlər. Məhkəmə şərh olunanlara əsaslanıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 752 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tələbinə görə, onlar nikah pozulduqdan sonra 3 (üç) il ərzində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında məhkəmədə iddia qaldıra bilərlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar