Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1655/2025 06.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi , Ərizəçi iştirakı ilə Ərizəçi Füzuli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində işə cəlb edərək verdiyi “şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi Füzuli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində işə cəlb edərək verdiyi “şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməklə oğlu xx.xx.1991-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, oğlu xx.xx.1991-ci il təvəllüdlü X3 onunla birlikdə Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yaşayır. Oğlu V.Yusifov xeyli müddətdir ki, doğuşdan ağır dərəcəli əqli gerilik, oliqofreniya, imbesil dərəcəsi ilə İ qrup əlildir, daima müalicə olunur, tək yaşaması mümkün deyil. V.Yusifova qəyyum təyin olunması üçün Füzuli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etsə də, müraciətinə cavab olaraq bildirilib ki, V.Yusifov məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs kimi elan edildikdən sonra onun qəyyumu təyin oluna bilər. Bu faktın müəyyən olunması onun oğluna dövlət tərəfindən verilən imtiyaz və güzəştlərdən istifadə etməyi və digər sənədləşmənin aparılması üçün lazımdır. Məhkəmə iclasında ərizəçi ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verərək ərizəsinin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni nəzərdən keçirərək, ərizəçini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - AA0183593 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəti əsasında müəyyən olunur ki, X6 xx.xx.1991-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş müayinəyə dair məlumatdan aydın olur ki, X2 birinci dərəcəli əlillik müəyyən edilmişdir və əmək qabiliyyətsizdir. - “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2025-ci il tarixli, 4427 saylı rəyindən görünür ki, X3 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarına malik deyil. Buna görə də X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsində göstərilir ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanlarının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.1-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə də, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə təyin olunaraq keçirilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə müəyyən edilir ki, Ərizəçi xx.xx.1991-ci il təvəllüdlü oğlu X3 fəaliyyət qabliyyəti olmayan şəxsdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216- 220, 227, 233, 317, 321, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq qət etdi: Ərizə təmin edilsin. xx.xx.1991-ci il təvəllüdlü X3 fəaliyyət qabliyyəti olmayan hesab edilsin. Bu qətnamə qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-1655/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1655/2025
06.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver