Məhkəmə qərarları › İş №2(064)-1723/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1723/2023

04.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1723/2023 04.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhlman oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Zeyqam Mərdəliyevin iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadəyə görə ona hesablanmış 2.731,61 manat borcun silinməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş hesabat aktında onun elektrik enerjisindən istifadəyə görə 2.731,61 manat məbləğində borcunun olması göstərilmişdir. O, tələbi əsassız hesab edərək hesablanmış 2731,61 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) xx.xx.2022-ci il tarixli, 2-1(120)- 2246/2022 nömrəli qərardadına əsasən iddianın mümkünsüz sayılması qərara alınmış və göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.1-cı maddisi maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq mübahisələri, təbii ehtiyyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Bununla yanaşı, "İnzibati və mülki hüquq mübahisələrindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarının 13-cti bəndi ilə müəyyən edilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhimdar cəmiyyətlərində səhimlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə Mülki-Prosessual Məcəlləsinin 24- 26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Ona görə də, hazırki halda iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə müqavilə (elektrik enerjisi təchizatı barədə) öhdəliklərdən yarandığından mülki xarakterlidir və ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Ərizəçi aidiyyət qaydalarına uyğun olaraq hazırki iddia ilə bağlı yaşadığı yerin ümumi (rayon, şəhər) məhkəmələrinə müraciət etməlidir.O, elektrik enerjisindən istifadəyə görə hesablanmış borc məbləğinin araşdırılmasına köməklik göstərilməsi üçün Azərbaycan Respublikası Energetika Nazirliyinə rəsmi müraciət etmiş. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 filialından müraciətimlə əlaqədar verilmiş 16 iyun 2023-cü il tarixli 3-15-2-8/2-V-1649-5-349/2023 və 11 iyun 2023-cü il tarixli 3-15-2-8/2-V-2074-5-404/2023 nömrəli məktublarda göstərilmişdir ki,dövriyyə üzrə (kod: **********31003) 14 aprel 2023-cü il tarixə İddiaçı 2772 manat 11 qəpik məbləğində ümumi aid borcu yaranmışdır. Borcun 2.300,40 manat məbləği 01 oktyabr 2015-ci il tarixinə "xxxx" ASC-yə ETAİS bazası dövründə, 241,92 manat məbləği UN 049708 nömrəli xx.xx.2016-cı il tarixli protokola əsasən aparılmış hesabata görə, elektrik sayğacının tablosunun oxunmaması barədə 219949 nömrəli xx.xx.2021-ci il tarixli akta əsasən sayğac quraşdırılmaya görə 74.20 manat məbləğ, sayğacın işləmədiyi dövrdə 1,1 KVT x 30 gün = 71,28 manat və qalan 84,31 manatı isə elektrik energisi sərfiyyatın sayğacla müəyyənləşdirilən dəyərinə uyğun yaranmışdır. Aktda sayğac quraşdırma və sayğacın yoxlanılması protokolunda abonent, yəni İddiaçı tərəfindən pozuntuya yol verilməsi və digər hər hansı bir qüsurun olması barədə qeyd yoxdur. Onu da bildirir ki, elektrik sayğacını ildırım vurması səbəbindən sayğacın tablosu yararsız və oxunulmaz hala düşmüşdür ki, bu da təbii fəlakətdən yaranmışdır, yəni sayğacın pablosunun oxunulmaz hala düşməsində, məktublarda göstərildiyi kimi, onun tərəfimdən pozuntuya yol verilməmişdir.Məktublarda o da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə görə vaxtaşırı ödənqişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. 2015-ci ildən ona qarşı tələb irəli sürülənədək 8 il keçmişdir.Hesablanmış borcun silinməsi üçün Agentlik tərəfindən cavabdeh "xxxx" Açıq Səhmidar Cəmiyyətinə məktub ünvanlansa da, cavabdeh tərəfindən məktuba müvafiq cavab verilməmişqdir. Odur ki, "Elektrik enerjisindən istifadə Qaydaları"nm 8.35-ci bəndinə əsasən yuxarıda qeyd etdiyim 3-15-2-8/2-V-2074-5-404/2023 nömrəli məktubda cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququmun olması ona izah olunmuşdur. Ona görə də elektrik enerjisindən istifadəyə görə hesablanmış 2731,61 manat məbləğində borcun silinməsi tələbinə dair məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmış. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı hazırkı mülki işin baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Zeyqam Mərdəliyev bildirdi ki, iddiaçı vergi ödəyicisi kimi qeydə alınmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldur və ona borc qeyri-əhali obyektinə görə hesablanmışdır. Ona görə də, mülki işə Füzuli Rayon Məhkəməsində baxıla bilməz və kommersiya məhkəməsinə göndərilməlidir. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən hazırkı mülki işə məhkəmə aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 30-cu maddəsində deyilir ki, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Azərbaycan Respublikası MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 saylı Qərarının 24-cü bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyrihökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Həmçinin nəzərə alınmalıdır ki, təbii inhisar subyektləri olan “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC-yə qarşı sahibkarlıq subyektlərinin, dövlət, bələdiyyə orqanlarının, eləcə də kommersiya məhkəmələrinə aid olduğu halda qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərin iddialarına, sonuncunun yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəmələrində baxılması Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Göründüyü kimi, İddiaçı Füzuli rayon Vergilər şöbəsində VÖEN ********** qeydiyyatda olmaqla hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Cavabdeh tərəfindən hesablanmış borc iddiaçıya məxsus qeyri-əhali obyekti olan abonentə hesablanmışdır və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə aiddir. Nəzərə alsaq ki, cavabdeh hüquqi şəxs "xxxx" ASC-dir. Belə olan halda, tərəflər arasında yaranmış mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 35.1, 36.11, 44, 45, 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar