Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1795/2023 01.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında qəyyumluq və himayəçilik şöbəsinə qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X4 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.2005-ci il təvəllüdlü oğlu X2 rayonu, Horadiz şəhəri, N.Nərimanov küç, ev 5 qeydiyyatda olmaqla onunla birlikdə yaşayır. O, doğuşdan orta dərəcəli əqli gerilik davranış pozuntusu diaqnozu ilə 2-ci qrup müddətsiz əlildi, daima müalicə olunur və tək yaşaması mümkün olmadığı üçün ona qulluq edilməsi zəruridir. X7 qəyyumluğuna verilməsi ilə bağlı Füzuli rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik orqanına müraciət etmiş, ona məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Bu faktın müəyyən olunması ona oğlu X5 dövlət tərəfindən verilən imtiyaz və güzəştlərdən istifadə etməyi və digər sənədləşmənin aparılması üçün lazımdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Füzuli rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni nəzərdən keçirərək, iş materiallarını araşdıraraq, ərizəçini dinləyərək hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AZ-İ№ 611420 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə Füzuli rayonunda doğulmuşdur. Atası Ərizəçi, anası X1r. Azərbaycan Respublikası ƏƏSMN yanında TSEK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, X6 ikinci dərəcəli əlildir. Əsas diaqnoz qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik davranış pozuntusu ilə qulluq və müalicə tələb olunur. Əmək qabiliyyətsizdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2023-cü il tarixli, 2987 saylı rəyində qeyd edilmişdir ki, xx.xx.2005-ci il təvəllüdlü X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. X4 fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsində deyilir ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 33.4-cü maddəsinə əsasən, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanlarının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.1-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə də, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə təyin olunaraq keçirilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə müəyyən edilir ki, Ərizəçi oğlu xx.xx.2005-ci il təvəllüdlü Ayaz Həsənov fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-cimaddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X6 fəaliyyət qabliyyəti olmayan hesab edilsin. Bu qətnamə xx.xx.2005-ci il təvəllüdlü X4 üzərində qəyyum təyin etmək üçün əsas hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-1795/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1795/2023
01.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver