Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-180/2024 22.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, Ərizəçi nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən eilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 2.69 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN 182 KOD 60607018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının ona yəni, Ərizəçi məxsus olması faktının müəyyən edilinəsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onların ailəsinə JN 182 seriyalı kod 60607018 saylı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən 2.69 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin ona aid hissədə texniki olaraq səhv yazılmışdır. Belə ki, torpaq aktında onun adı soyadı və ata adı Ərizəçi olduğu halda səhvən X1 göstərilmişdir. Bununla bağlı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etdikdə ona məhkəməyə müraciət etməyi izah edilmişdir. Ona görə də, o, hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında: Ərizəçi nümayəndəsi vəkil Nümayəndə ərizədə göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AA5456225 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə doğulmuşdur. İİ-JQ №371668 doğum haqqında şəhadətnamənin surətindən görüür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Füzli rayonunda doğulmuşdur. X5, anası X7r. AZ-İİ № 005469 nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Səadət Qənimət qızı ilə xx.xx.2014-cü il tarixdə 1262 nömrə ilə qeyd edilmiş nikah bağlanmışdır. Nikah bağlandıqdasn sonra ərə Baxşəliyev, arvada Əliyeva soyadı verilmişdir. JN 182 KOD 60607018 torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Füzuli rayonu, Böyük Bəhmənli kənd sakinləri X4 və ailə üzvlərinə 2.69 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mülkiyyət hüququnun qeydiyyatından imtina edilməsi barədə məktubdan görünür ki, torpağa mülkiyyət hüququna dair dövlət aktında hüquq sahiblərindən X2 dəyişdirilərək Ərizəçi kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Füzuli rayon İHB-nin Böyük Bəhmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda göstərilir ki, JN 182 KOD 60607018 torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi səhvən X1 göstərilmişdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 6.1-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. 6.3-cü bəndinə qeyd olunur ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Füzuli rayonu, Böyük Bəhmənli kənd sakinləri Ərizəçi və ailə üzvlərinə 2.69 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin həmin dövlət aktında Ərizəçi soyadı, adı və atasının adı səhvən X1 yazılmışdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və torpağın mülkiyyətə verilməsinə dair JN182 KOD 60607018 torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla həmçinin müəyyən edildi ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Azərbaycan Respublikası Müki-Prosessual Məcəlləsinin: 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305-309 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. Füzuli rayonu, Böyük Bəhmənli kənd sakinləri X4 və ailə üzvlərinə 2.69 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilməsinə dair JN 182 KOD 60607018 torpağa mülkiyyət hüququna dair dövlət aktının əslində Ərizəçi və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-180/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-180/2024
22.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver