Məhkəmə qərarları › İş №2(064)-1800/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1800/2023

13.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1800/2023 13.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, İddiaçı Cavabdeh qarşı pul, yaşayış sahəsindən istifadə, aliment və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı pul, yaşayış sahəsindən istifadə, aliment və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus olan 24 aya cəmi 1.440 manat pulun və kartın ayrılana qədər hər ay üçün 60 manat pulun ödənilməsi barədə, mənzildən istifadə hüququ barədə, hər aya 440 manatdan olmamaq şərti ilə aliment müəyyən eilməsi barədə və qızıl-zinət əşyalarının qaytarılması, bu mümkün olmadığı halda 2.000 manatdan az olmamaq şərti ilə qızıl-zinət əşyalarının dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakılara əsasən ərizə və ona əlavə olunmuş sənədlər icraata götürülmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ilk əvvəl məhkəmə onu qeyd edir ki, iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb, o cümlədən pul, yaşayış sahəsindən istifadə, aliment və qızılzinət əşyalarının qaytarılması tələbləri birləşdirilmişdir. Həmçinin iddia ərizəsinin xahiş edirəm hissəsindən görünür ki, orada iddia tələbi qeyri-müəyyən olmaqla tələb olunan əşyalar dəqiq sadalanmamışdır. Digər tərəfdən, ərizəyə iddiaçının mediasiya prosesində iştirakını təsdiq edən sənəd əlavə edilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1. mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan proses; 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.0.8. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. 151.1-ci maddəsinin tələbinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, qeyd olunanları yekunlaşdıraraq bu qənaətə gəlirəm ki, hazırkı iddia ərizəsi icraata götürülmədən geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməsi izah olunmalıdır. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 150, 152.1, 152.1.2, 152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı pul, yaşayış sahəsindən istifadə, aliment və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən iddiaçıya qaytarılsın. İddiaçı aşağıdakı nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etməsi izah edilsin: - iddiaçı pul, yaşayış sahəsindən istifadə, aliment və qızıl-zinət əşyalarının qaytarılması tələblərinə dair ayrı-ayrılıqda məhkəmədə iddialar qaldırsın; - həmin iddia ərizələrinə iddiaçının mediasiya prosesində iştirakını təsdiq edən sənəd əlavə olunsun; - iddia ərizəsinin xahiş edirəm hissəsində iddia tələbi dəqiq müəyyən olunmaqla tələb olunan əşyalar dəqiq sadalansın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar