Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-186/2023 13.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən eilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN 157, KOD 60605018 seriyalı dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və digər ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Füzuli rayon Aqrar islahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 100/5 saylı qərarına əsasən mülkiyyəti huququ əsasında ona və 6 nəfər ailə üzvlərinə JN 157, KOD 60605018 seriyalı dövlət aktı ilə 2.16 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Lakin həmin dövlət aktında, müəyyən səhvlər buraxılaraq yazılmışdır. Belə ki, Ərizəçi1 ata adı «Əbil» olduğu halda, səhvən «Ədil», mərhum X7 ata adı «Şükür" olduğu halda, səhvən «Şura», Ərizəçi2 adı “Şöylən” olduğu halda səhvən “Şöhlən”, Ərizəçi4 adı, soyadı və ata adı “Ərizəçi4 olduğu halda səhvən “X8” və Ərizəçi3 adı, soyadı və ata adı "Ərizəçi3” olduğu halda, səhvən «X6» kimi yazılmışdır. Rəsmi sənədlərdə, yəni şəxsiyyət vəsiqələri, ölüm haqqında şəhadətnamələrdə və digər sənədlərdə adı, soyadı və ata adları düzgün olaraq qeyd etdiyi kimidir. Ailə üzvlərindən X12 xx.xx.2013-cü ildə vəfat etmişdir. Dövlət aktında qeyd olunan səhvlərin buraxılması qeydiyyat aparan şəxslərin səhlənkarlığı ilə bağlıdır. Hazırda həmin dövlət aktında səhvlərin olması sənədləşmə yəni, yeni çıxarışın alınması ilə əlaqədar olaraq müəyyən problemlər yaradır. Lakin, bu məsələnin həlli üçün ailə üzvü kimi Ərizəçi1 maraqlı şəxsə müraciət etmişdir, lakin göstərilən məsələyə hər hansısa köməklik etmək səlahiyyətinə malik olmadıqlarını bildirərək, məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də, məsələnin məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında: Ərizəçi1 ərizədə göstərilənlərlə oxşar məzmunlu izahat verdi və digər ərizəçilər isə məhkəməyə teleqram ünvanlayaraq ərizənin təmin olunmasını xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Torpağa mülkiyyət hüququna dair JN 157, KOD 60605018 seriyalı dövlət aktının surətindən görünür ki, Füzuli rayonu, Əhmədalılar kənd sakinləri Ərizəçi1 Ədil oğlu, X14, X3, X9, X6 və digər ailə üzvlərinə 2.16 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. AZ-İ № 629268 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2013-cü il tarixində Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi1 Ədil oğlunun dəyişdirilərək Ərizəçi1 kimi, X10 dəyişdirilərək X4, X1 dəyişdirilərək İsmayılova (Allahverdiyeva) Şöylən Xanış qızı kimi, X2 dəyişdirilərək Ərizəçi3 kimi və X5 dəyişdirilərək Babaşaova (İsmayılova) Gülnar Ədalət qızı kimi qeyd edilməsi Ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır və məhkəməyə müraciət olunması izah edilmişdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 6.1-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. 6.3-cü bəndinə qeyd olunur ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Füzuli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 100/5 saylı qərarına əsasən mülkiyyəti huququ əsasında ailə üzvləri daxil olmaqla ərziəçilərə JN 157, KOD 60605018 seriyalı dövlət aktı ilə 2.16 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Lakin həmin sənəddə Ərizəçi1 ata adı «Əbil» olduğu halda, səhvən «Ədil», mərhum X7 ata adı «Şükür" olduğu halda, səhvən «Şura», Ərizəçi2 adı “Şöylən” olduğu halda səhvən “Şöhlən”, Ərizəçi4 adı, soyadı və ata adı “Ərizəçi4 olduğu halda səhvən “X8” və Ərizəçi3 adı, soyadı və ata adı "Ərizəçi3” olduğu halda, səhvən «X6» kimi yazılmışdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla həmçinin müəyyən edildi ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması ərizəçilərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Azərbaycan Respublikası Müki-Prosessual Məcəlləsinin: 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305-309 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. Füzuli rayonu, Əhmədalılar kənd sakinləri Ərizəçi1 Ədil oğlu, X14, X3, X9, X6 və digər ailə üzvlərinə verilmiş torpağa mülkiyyət huququna dair JN 157, KOD 60605018 seriyalı dövlət aktının əslində Ərizəçi1, X12, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 və digər ailə üzvlərinə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-186/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-186/2023
13.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver