Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-196/2023 05.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2nun xx.xx.1960-cı il tarixində Hadrut rayonu, Böyük Tağlar kəndində doğulması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 onun atasıdır. Atası 03 yanvar 1960-cı ildə Hadrut rayonu, Böyük Tağlar kəndində anadan olmuşdur. Atası 16 noyabr 2002-ci il tarixində vəfat etmişdir. Mərhum atası 1-ci Qarabağ müharibəsinin veteranıdır. Hazırda sənədləşmə işlərinin aparılması üçün atasının doğum haqqında şəhadətnaməsi tələb olunur, lakin atasının doğum haqqında şəhadətnaməsi olmadığı üçün həmin sənədləşmə işlərini aparamaq olmur. O, atasına doğum haqqında şəhadətnamə almaq üçün Füzuli rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Orada isə ona məhkəməyə müracət etmək məsləhət görülmüşdür. Ona görə də, məhkəməyə müraciyyət etməli olmuşdur. Məhkəmə iclasında: Ərizəçi ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və mərhum X2nun xx.xx.1960-cı il tarixində Hadrut rayonu, Böyük Tağlar kəndində doğumunun qeyd edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinin nümayəndəsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Vİİİ-JQ № 342601 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixində Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndində doğulmuşdur. X2, anası X1r. İİİ-JQ № 579171 SSRİ vətəndaşının pasportundan görünür ki, X5 xx.xx.1960-cı il tarixində Hadrut rayonu, Böyük Tağlar kəndində doğulmuşdur. Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, şöbənin arxivinə baxış zamanı X4 doğumu barədə akt qeydi aşkar edilməmiş, onun doğum şəhadətnaməsi heç vaxt olmamış və ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. AZ-İ № 033603 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2002-ci ildə İmişli rayonunda ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinədairişlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının:
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə də, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi atası mərhum X5 xx.xx.1960-cı il tarixdə Hadrut rayonu, Böyük Tağlar kəndində doğulmuşdur. Lakin onun doğum haqqında şəhadətnaməsi itirilmiş və qeydiyyat şöbəsinin arxivində Ə.Vəliyevin doğumu barədə akt qeydi aşkar ediiməmişdir. Belə olan halda, ərziəçi haqlı olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla yanaşı, işin faktiki hallarından görünür ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Ərizəçi şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPMin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ:
Ərizə təmin olunsun. X4 xx.xx.1960-cı il tarixində Hadrut rayonu, Böyük Tağlar kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Yaşar Həşimov