Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-198/2023 05.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hüququ əhəmiyyəti olan faktın müəyyən eilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X5, X9 və X6 və digər ailə üzvlərinə verilmiş JN 281 KOD 60618018 saylı dövlət aktının əslində X7, Babayeva (Məmmədova) Gülnarə Amil qızı, X8 və digər ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Füzuli rayon Aqrar İslahat Komissiyasının 15 iyun 2000-ci il tarixli, 03 saylı qərarına əsasən mülkiyyəti huququ əsasında ailə üzvləri daxil olmaqla ona JN 281, KOD 60618018 seriyalı dövlət aktı ilə 2.70 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Lakin həmin dövlət aktında müəyyən səhvlər buraxılaraq yazılmışdır. Belə ki, X1 həmin dövlət aktında səhvən “Məmmədov” kimi, X2 səhvən “Səfərova” kimi və Ərizəçi soyadı səhvən “Məmmədova”, adı isə “Gülnar” kimi yazılmışdır. Rəsmi sənədlərdə, yəni doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və digər sənədlərdə ad, soyad və ata adları düzgün olaraq qeyd etdiyi kimidir. Dövlət aktında qeyd olunan səhvlərin buraxılması qeydiyyat aparan şəxslərin səhlənkarlığı ilə bağlıdır. Hazırda həmin dövlət aktında səhvlərin olması sənədləşmə ilə əlaqədar olaraq müəyyən problemlər yaradır. Lakin, bu məsələnin həlli məhkəmədən kənar qaydada mümkün deyildir. Ona görə də, məsələnin məhkəmə qaydasında həll olunası zərurəti yaranmışdır. Məhkəmə iclasında: Ərizəçi ərizədə göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin ounmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AA******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixində Füzuli rayonunda doğulmuşdur. Torpağa mülkiyyət hüququna dair JN 281 KOD 60618018 seriyalı dövlət aktının surətindən görünür ki, Füzuli rayonu, Kərimbəyli kənd sakinləri X5, X9 və X6 və digər ailə üzvlərinə 2.70 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 281 KOD 60618018 seriyalı dövlət aktındakı düzəlişin edilməsindən imtina edilmiş və məhkəməyə müraciət olunması izah edilmişdir. AZ-İ № 832491 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixində Füzuli rayonunda vəfat etmişdir. AZ-İ № 513997 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2011-ci il tarixində Füzuli rayonunda vəfat etmişdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 6.1-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. 6.3-cü bəndinə qeyd olunur ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Ərizəçi və digər ailə üzvlərinə Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2.70 hektar torpaq sahəsi verilmişdir. Onlar həmin torpaq sahəsinin mülkiyyətini təsdiq edən JN 281 KOD 60618018 saylı dövlət aktı almışlar. Lakin dövlət aktın alındıqdan sonra məlum olmuşdur ki, ərizəçinin ailə üzvləri olmuş mərhum X1 həmin dövlət aktında səhvən “Məmmədov” kimi, X2 səhvən “Səfərova” kimi və Ərizəçi soyadı səhvən “Məmmədova”, adı isə “Gülnar” kimi yazılmışdır. Hazırda həmin sənəddə qeyd olunan səhvlərin olması sənədləşdirmə ilə əlaqədar olaraq ərizəçi üçün müəyyən problemlər yaradır. O, həmin səhvlərin düzəliş olunması üçün maraqlı şəxsə müraciət etmiş, lakin ona imtina məktubu verərək məhkəməyə müraciət etməsini ona məsləhət görmüşlər. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla həmçinin müəyyən edildi ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Azərbaycan Respublikası Müki-Prosessual Məcəlləsinin: 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305-309 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. Füzuli rayonu, Kərimbəyli kənd sakinləri X5, X9, X6 və digər ailə üzvlərinə verilmiş JN 281 KOD 60618018 torpağa mülkiyyət hüququna dair dövlət aktının əslində X7, X8 və Babayeva (Məmmədova) Gülnarə Amil qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-198/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-198/2023
05.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver