Məhkəmə qərarları › İş №2(064)-2007/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2007/2023

20.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2007/2023 20.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən qanunsuz olaraq ondan tələb olunan 172,80 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonu, Kərimbəyli kəndi məcburi köçkün kimi yaşayır. Ona məxsus olan qaz sayğacı evdən kənar hissədə quraşdırılmışdır və sayğaca yalnız qaz idarəsinin əməkdaşları baxaraq cari qaz sərfiyyatını müəyyənləşdirir. O, bir abonent olaraq həmişə işlətdiyi təbii qaza görə vaxtlı-vaxtında ödəniş edir. 2023-cü ilin sentyabr ayının 14-də qaz sayğacının dəyişdirilməsi ilə əlaqədar sayğacı söküb aparmışlar, hətta həmin vaxt o, orada iştirak etməmiş, heç bir akta imza etməmişdir. Sonradan ona məlum olmuşdur ki, guya onun qaz sayğacına müdaxilə olunur. Ona görə də, ona 172,80 manat cərimə yazılmışdır. Hansı ki onun qaz sayğacına bu müddətədək heç bir problem olmadan işləmiş, nəzarətçilər tərəfindən heçnə deyilnəmişdir. Həmin vaxt sayğac dəyişdirilib, yenisilə əvəz olunub, lakin sonradan ondan 172,80 manat cərimə olunmağı barədə məlumat vermişlər. Guya qaz sayğacında zədələr aşkar olunmuş və akt tərtib olunmuş və əsassız olaraq cərimə yazmışlar ödəniş edilməsi iələ olunmuşdur. Qaz sayğacına nəzarət, onun təhlükəsizliyi, o cümlədən kənar müdaxilələrin yol verilməməsi istehlakçısı olaraq onun vəzifəsi deyil. O, abonent olaraq yalnız vitual, yəni adi gözlə aşkar etdiyi hallar barədə qaz paylayıcısna məlumat verə bilərər. O, cavabdeh “Azəriqaz" X1 X2 İdarəsinin Füzuli Xidmət Sahəsinin əməkdaşları ilə əlaqə saxlayarq onlara müraciət edərək, həmin sayğaca onun tərəfdən müdaxilə olunmadığını bildirsədə heç bir nəticəsi olmamışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, «Azəriqz» İB ilə istehlakçı arasında qazdan istifadəyə görə müqavilə bağlanmış, qaz sayğacı evdən kənar hissədə quraşdırılmışdır və qaz sayğacı işlək vəziyyətdə istehlakçıya təhvil verilmişdir. Həmin sayğaca yalnız qaz idarəsinin əməkdaşları baxaraq cari qaz sərfiyyatını müəyyənləşdirirmişlər. İddiaçı bir abonent olaraq həmişə işlətdiyi təbii qaza görə vaxtlı-vaxtında ödəniş etmişdir. Lakin cavabdeh təşkilatın nümayəndələri sayğaca ümumi baxış keçirmişlər və qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyini müəyyən etmişlər və iddiaçıya akt göndərərək 172,80 manat cərimə borcunun olunduğunu bildirmişlər. İddiaçı qaz sayğacına hər hansı bir müdaxilə etmədiyini, sayğaca hər hansı bir müdaxilə varsa belə o bundan məlumatsız olduğunu, bundan başqa həmin müdaxilə olsa belə kənar şəxslər tərəfindən oluna biləcəyini bildirir. Belə ki, həmin sayğac onun yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən yolda quraşdırılmışdır və bu səbəbdən onun sayğacı kənar müdaxiləyə nəzarət qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.1-ci bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə DK (bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə tədqiq olunmuş sübutlara, yuxarıda qeyd olunan hüquq normalarına qiymət verərək hesab edir ki, Cavabdeh İB Tərtər Regional Qİİ üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı akt özü-özlüyündə etibarsızdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə qeyd olunan aktın surətindən başqa iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən hər hansı başqa sübutlar təqdim edilməmişdir. Həmin aktlar isə sayğaca müdaxilənin məhz iddiaçı tərəfindən edildiyini təsdiq etmir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin həyətində deyil, ondan kənarda yolda yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının müdaxilə etdiyi bildirilən sayğacın iddiaçının yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən yolda quraşdırılmış olması və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxiləyə nəzarət etməsi qeyri-mümkündür. Bunu nəzərə alınaraq müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Beləliklə, qeyd olunmalıdır ki, fiziki şəxs olan istehlakçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək vəzifəsi olan qaz paylayıcısı istehlakçının təqsirini sübuta yetirməklə ondan qaz sərfinə görə pul tələb edə bilər. Lakin yuxarda göstərilənlərdən də göründüyü kimi cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İB-nin İddiaçı yuxarıda göstərilən səbəblərə görə qaz sərfiyyatına görə cərimə borcu hesablaması əsassızdır. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia təmin olunsun. İddiaçı xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə qanunsuz olaraq hesablanmış 172,80 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar