Məhkəmə qərarları › İş №2(064)-2128/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2128/2023

30.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2128/2023 30.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ X5 Akif oğlunun sədrliyi, Hüseynov İlham Rəvan oğlunun katibliyi, iddiaçı Ərizəçi nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, iddiaçı Ərizəçi cavabdeh AR ƏN Füzuli rayon notariat ofisinə qarşı verdiyi “buraxılmış müddətin bərpa edilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2007-ci il tarixdə vəfat etmiş mərhum anası X1 ona miras qalmış Füzuli rayon, Horadiz şəhəri Xanlar küçəsində yerləşən 25 nömrəli ev və həyətyanı torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin onun tərəfindən buraxılmasını üzürlü hesab olunaraq buraxılmış müddətin bərpasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anası X3 xx.xx.2007-ci il tarixdə vəfat etmiş, ondan Füzuli rayon, Horadiz şəhəri Xanlar küçəsində yerləşən 25 nömrəli ev və həyətyanı torpaq sahəsi miras qalmışdır. O, yeganə vərəsə olduğunu bildirir və sözügedən əmlakı öz mülkiyyətinə keçirmək məqsədilə vərəsəlik şəhadətnaməsi almaq üçün Füzuli rayon notariat ofisinə müraciət etmiş, lakin o, mirasın qəbulu ilə bağlı müddəti ötürdüyü üçün notariat ofisi tərəfindən müraciəti ilə bağlı imtina məktubu verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışda Füzuli rayon, Horadiz şəhəri Xanlar küçəsində yerləşən 25 nömrəli ev və həyətyanı torpaq sahəsinin mərhumə X2 mülkiyyətində olduğu müəyyən olunur. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamədən X2 uremiya xəstəliyindən xx.xx.2007-ci il tarixdə öldüyü müəyyən olunur. Füzuli rayon notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmış, ona sahiblik etməsi barədə sübutlar və hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Həmin Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-1248.2-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Həmçinin miras açıldığı vaxtdan qəbul edilmiş miras vərəsəyə məxsus hesab olunur, yəni vərəsənin mülkiyyəti sayılır (AR Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin müəyyənləşdirilməsi də mirasın açıldığı vaxta bağlıdır (AR Mülki Məcəllənin 1322-ci maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı Ərizəçi anası X2 mülkiyyətində olan miras qalmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********67-10301 reyestr nömrəli çıxarışa əsasən Füzuli rayon, Horadiz şəhəri Xanlar küçəsində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsininə münasibətdə mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti gecikdirməsi səbəbi üzürlü sayılaraq uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Ərizəçi anası X2 mülkiyyətində olan miras qalmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********67-10301 reyestr nömrəli çıxarışa əsasən Füzuli rayon, Horadiz şəhəri Xanlar küçəsində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsininə münasibətdə mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti gecikdirməsi səbəbi üzürlü sayılaraq uzadılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar