Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-22/2024 21.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan qızının sədrliyi, Novruzov Azad Novruz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq ondan tələb olunan 1.036,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonu, Qayıdış 3 qəsəbəsi, ev 196-da məcburi köçkün kimi məskunlaşıb yaşayır. Ona məxsus olan qaz sayğacı evdən kənar hissədə quraşdırılmışdır və həmin sayğaca yalnız qaz idarəsinin əməkdaşları baxaraq cari qaz sərfiyyatını müəyyənləşdirirlər. O, bir abonent olaraq həmişə işlətdiyi təbii qaza görə vaxllı-vaxtında ödəniş edir. 2022-ci ilin noyabr ayının 30-da qaz sayğacının dəyişdirilməsi ilə əlaqədar sayğacı söküb aparmışlar, həmin müddətdə evdə yaşayış hətta həmin vaxt o, orada iştirak etməmiş, heç bir akta imza etməmiş. Sonradan ona məlum olmuşdur ki, guya onun qaz sayğacına müdaxilə olunnmuş ona görə də, ona 1036.80 manat cərimə yazılmışdır. Hansı ki, onun qaz sayğacı həmin müddətədək heç bir problem işləmiş, nəzarətçilər tərəfindən heç nə deyilməmişdir. O, xx.xx.2022-ci il tarixli, ******* saylı aktı Füzuli qaz paylayıcı idarəsindən almışdır. Həmin vaxt sayğac dəyişdirilib, yenisi ilə əvəz olunub, lakin sonradan ondan 1036.80 manat cərimə olunmağı barədə məlumat vermişlər, guya qaz sayğacında zədələr aşkar olunmuş və akt tərtib olunmuş və əsassız olaraq cərimə yazmışlar ödəniş edilməsi tələb olunmuşdur. Qaz sayğacına nəzarət, onun təhlükəsizliyi, o cümlədən kənar müdaxilələrin yol verilməməsi istehlakçısı olaraq mənim vəzifəm deyil. O, abonent olaraq yalnız vizual, yəni adi gözlə aşkar eldiyi hallar barədə qaz paylayıcısma məlumat verə bilər. O, cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin 'X1 İstismarı İdarəsinin Füzuli Xidmət Sahəsinin əməkdaşları ilə əlaqə saxlayarı onlara müraciət edərək, həmin sayğaca o, tərəfdən müdaxilə olunmadığını bildirsədə heç bir nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı məhkəməyə ərizə verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş: «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı yaşayış sahəsində xx.xx.2022-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmış və sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınması müəyyən olunmuş və dəymiş ziyanın hesablanaraq abonent tərəfindən ödənilməsi qeyd edilmişdir. Cavabdeh İB-nin Tərtər Regional Qİİ tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli «dəymiş ziyanın bərpasına dair tələbnamə»yə əsasən abonent İddiaçı istifadəsində olan qaz işlədicilərinin orta günlük iş rejimində qaz sərfiyyatı ölçülərək itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 8640 m3 ziyan hesablanmışdır. xx.xx.2023-cü il tarixli abonentin saldosu adlanan sənəddən görünür ki, 2022-ci ilin noyabr ayında abonent İddiaçı 1.036,8 manat maddi ziyan hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İB ilə istehlakçı arasında qazdan istifadəyə görə müqavilə bağlanmış, qaz sayğacı evdən kənar hissədə quraşdırılmışdır və qaz sayğacı işlək vəziyyətdə istehlakçıya təhvil verilmişdir. Həmin sayğaca yalnız qaz idarəsinin əməkdaşları baxaraq cari qaz sərfiyyatını müəyyənləşdirirmişlər. İddiaçı bir abonent olaraq həmişə işlətdiyi təbii qaza görə vaxtlı-vaxtında ödəniş etmişdir. Lakin cavabdeh təşkilatın nümayəndələri iddiaçıya məxsus sayğacda qaz sərfiyyatını yoxlayarkən, qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin sınmasını müəyyən etməklə xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib etmişlər. Qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin sınması abonentin günahı deyildir. Belə ki, həmin sayğac onun yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən yolda quraşdırılmışdır və bu səbəbdən onun sayğaca kənar müdaxiləyə nəzarət etməsi qeyrimümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.1-ci bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə DK (bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası MPM-in 77.2-ci maddəsinin tələblərinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə tədqiq olunmuş sübutlara, yuxarıda qeyd olunan hüquq normalarına qiymət verərək hesab edir ki, Cavabdeh İB «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib edilmiş akt özü-özlüyündə etibarsızdır. Belə ki, məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Lakin cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə qeyd olunan aktın surətindən başqa iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən hər hansı başqa sübutlar təqdim edilməmişdir. Həmin aktlar isə sayğaca müdaxilənin məhz iddiaçı tərəfindən edildiyini təsdiq etmir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin həyətində deyil, ondan kənarda yolda yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının müdaxilə etdiyi bildirilən sayğacın iddiaçının yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən yolda quraşdırılmış olması və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxiləyə nəzarət etməsi qeyri-mümkündür. Bunu nəzərə alınaraq müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Bununla yanaşı, həmin sayğac çıxarılan zaman sayğacın hansı şəkildə çıxarılması, çıxarılan zaman zədələnməyə məruz qalıb-qalmaması, bundan sonrakı müddət ərzində hansı şəraitdə saxlanılması halı da müəyyən deyildir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İB-nin İddiaçı qaz sərfiyyatına görə 1.036,80 manat tələb etməsi əsassız olduğundan iddia təmin edilməlidir. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin olunsun. İddiaçı qaz sərfinə görə Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablanmış 1.036,80 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-22/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-22/2024
21.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver