Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-235/2023 06.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon notariat ofisinə qarşı buraxılmış müddətin bərpası tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi cavabdeh Füzuli rayon notariat ofisinə qarşı buraxılmış müddətin bərpası tələbi ilə məhkəməyə müraciyyət edərək onu yeganə vərəsə olaraq anası X5 məxsus mirası qəbul etməyi üçün buraxılmış müddətin bərpası ilə bağlı məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X7 xx.xx.2018-ci ildə ölmüşdür. Onun ölümündən sonra Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yerləşən qeyri-yaşayış binası miras qalmışdır. O, anasından qalmış mirası qəbul etmək barədə Füzuli rayon notariat ofisinə müraciət etmiş, lakin həmin idarə ona məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizəçi həmçinin bildirdi ki, o, hüquqi savadsızlığından qanunvericilikdə nəzərdə tutulmuş müddətdə notariusa müraciət edə bilməmişdir. Maraqlı şəxs Füzuli rayon Dövlət notariat kontoru məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 598/05 saylı çıxarışdan görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixində Beyləqan rayonu, Şahcevən kəndində doğulmuşdur. X1, anası X6r. AZ-İ № 909397 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixində Füzuli rayonunda ölmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli çıxarışdan görünür ki, Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yerləşən qeyri-yaşayış binası X4 adına qeydə alınmışdır. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Füzuli rayon notariat ofisi tərəfindən verilmiş 359 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vətəndaş Ərizəçi 24 fevral 2018-ci il tarixdə vəfat etmiş anası X3 miras qalmış Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yerləşən qeyri-yaşayış binasına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Füzuli rayon notariat ofisinə daxil olmuş müraciətinə baxılmışdır. Mirasın qəbulu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş müddət ötürüldüyündən və faktiki qəbul etmə ilə bağlı sənəd təqdim edilmədiyindən ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. Tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı Ərizəçi hüquqi savadsızlığından vərəsəliyə çağırıldığını bilməmiş və müvafiq sənədləşdirmə işlərini aparmamışdır. Anasından miras qalmış qeyd olunan qeyri-yaşayış sahəsi onun sahibliyindədir. Odur kli, məhkəmə belə hesab edir ki, mirası qəbul etmə müddəti üzrlü səbəblərdən buraxıldığından bərpa olunmaqla uzadılmalıdır. Belə ki, Mülki Məcəllənin: 1246-cı maddəsində deyilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2022-ci il tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. Vərəsə Ərizəçi tərəfindən miras əmlakı qəbul etmək üçün qanunla müəyyən edilərək buraxılmış müddət üzürlü sayılaraq uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-235/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-235/2023
06.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver