Məhkəmə qərarları › İş №2(064)-236/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-236/2023

16.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-236/2023 16.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı müqavilənin daşınmaz əmlakın ipotekaya qoyulması hissəsində etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X2 ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsinin daşınmaz əmlakın ipotekaya qoyulması hissəsində etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, anası X2 "xxxx" MMC- dən kredit götürmüşdür. Kreditin ödənilməsində problem yaranmışdır. Həmin kredit müqaviləsi üzrə X1 12,724,57 manat əsas borc, 2.826,17 manat faiz borcu, 200 manat cərimə və dövlət rüsumuna görə ödənilmiş 30 manat tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə Füzuli Rayon Məhkəməsi 09 fevral 2022-ci ildə qətnamə qəbul etmişdir. Qətnamə 23 mart 2022ci il tarixdə qüvvəyə minmiş və 23 mart 2022-ci il tarixdə Cavabdeh1nə icra edilməsi üçün icra vərəqi göndərilmişdir.Qətnamədə tutma ipoteka predmeti onun mülkiyyətində olan Füzuli rayonu Horadiz şəhəri, Q.Namazəliyev küçəsində yerləşən, ev 17, 11 saylı mənzilə yönəldilmişdir. Həmin mənzilin açıq hərracda satılmaqla, hərracdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi nəzərdə tutulmuşdur.Onun bütün qeyd edilənlərdən təfsilatı ilə məlumatı olmayıb. Belə ki, evin girova qoyulması və ipoteka predmeti olması onun imza və məlumatı olmadan həyata keçirilmişdir. Həmin mənzil onun yaşamaq üçün yeganə daşınmaz əmlakıdır. Həmin ev əgər satılarsa onda o, və ailəsi acınacaqlı vəziyyətə düşmüş olar. Məhkəmə iclasında: İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh "xxxx" MMC İH-nn sədri V.Mehtiyev məhkəməyə müraciət edərək bildirmişdir ki, 28 dekabr 2016-cı il tarixli ipoteka müqaviləsinə İddiaçı əvəzinə onun xx.xx.2016-cı il tarixdə Bakı şəhər 37 saylı notariat kontorunda verdiyi 8181 reyestr nömrəli etibarnamə əsasında anası X2 imzalamışdır. Odur ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin ipoteka müqaviləsi ipotekaqoyan İddiaçı əvəzinə nümayəndəsi kredit müqaviləsi üzrə borcalan X.Quliyeva tərəfindən imzalanmışdır. Həmin müqavilə əsasında İddiaçı mülkiyyətində olan Füzuli rayonu, Horadiz şəhəri, Q.Namazəliyev küçəsi 17, mənzil 11 DƏDRX-də "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilməklə qeydə alınmışdır. Mübahisə predmeti olan xx.xx.2016cı il tarixli ipoteka müqaviləsi tədqiq olunarkən onun etibarsızlığına səbəb olan hallara rast gəlinməmişdir. İddiaçı ipoteka müqaviləsinin imzalanmasından xəbəri olmadığını bildirsə də məhkəmə bunu inandırıcı hesab etmir və qeyd edir ki, həmin müqavilə İddiaçı nümayəndəsi anası X.Quliyeva tərəfindən ona verilmiş etibarnamə əsasında imzalanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 270.2. Bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsində göstərilir ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. “İpoteka haqqında” AR Qanununun: 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. 10.2 İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı müqavilənin daşınmaz əmlakın ipotekaya qoyulması hissəsində etibarsız hesab olunması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Füzuli rayonu Tel: (026-315)51-82 Horadiz şəhəri Faks : (026-315)51-71 İş № 2(064)-236/2023 xx.xx.2023-cü il İddiaçı Ünvan: Füzuli rayonu, Horadiz şəhəri, Q.Namazəliyev küçəsi, ev 17, mənzil 11 Cavabdehlər: Hikmət-Ziya» Kİ MMC-yə Ünvan: Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi Cavabdeh1nə Ünvan: Füzuli rayonu, Horadiz şəhəri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə Ünvan: Beyləqan şəhəri, S.İmrəliyev küçəsi 95 Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-236/2023 saylı qətnaməsi sizə göndərilir. Qoşma: qətnamə. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar