Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-237/2023 01.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X15 və Ərizəçi5 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hüququ əhəmiyyəti olan faktın müəyyən eilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X15 və Ərizəçi5 ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN 144, KOD 60604028 seriyalı dövlət aktının onlara və digər ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Füzuli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 19 saylı qərarına əsasən mülkiyyəti huququ əsasında ailə üzvləri daxil olmaqla onlara JN-144, KOD 60604028 seriyalı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə 2.90 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Lakin JN-144, KOD 60604028 seriyalı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında müəyyən səhvlər buraxılaraq yazılmışdır. Belə ki, Ərizəçi5 olduğu halda X4, Ərizəçi1 olduğu halda X3, Ərizəçi3 olduğu halda X6, X15 olduğu halda X5, Ərizəçi2 olduğu halda X7 yazılmışdır. Ərizəçi1 X9 ilə nikaha daxil olmuş və ona İsmayılova soyadı verilmişdir. X2 Mübariz Famil oğlu ilə nikaha daxil olmuş və ona Hacıyeva soyadı verilmişdir. Rəsmi sənədlərdə, yəni doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və digər sənədlərdə ad, soyad və ata adı düzgün olaraq qeyd etdiyi kimidir. JN-144, KOD 60604028 seriyalı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd olunan səhvlərin buraxılması qeydiyyat aparan şəxslərin səhlənkarlığı ilə bağlıdır. Hazırda həmin sənəddə səhvlərin olması sənədləşmə ilə əlaqədar olaraq müəyyən problemlər yaradır.Onlar bu məsələnin həlli üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişik, lakin bizə bildirmişlər ki, sözü gedən torpaq sahəsinə aid JN-144 nömrəli torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan səhvlərin düzəliş edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Ona görə də, məsələnin məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında: Ərizəçi5 ərizədə göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin izahatını və iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AA******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1984-cü il tarixdə doğulmuşdur. Seriya AZE № ******** şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1991-ci il tarixində Füzuli rayonu, Babı kəndində doğulmuşdur. AA******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1986-cı il tarixdə doğulmuşdur. Seriya AZE № ******** şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1988-ci il tarixində Füzuli rayonu, Babı kəndində doğulmuşdur. Seriya AZE № 0******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X18 xx.xx.1959cu il tarixində Füzuli rayonu, Babı kəndində doğulmuşdur. Torpağa mülkiyyət hüququna dair JN 144, KOD 60604028 seriyalı dövlət aktının surətindən görünür ki, Füzuli rayonu, Babı kənd sakinləri X16, X11, X22, X17, X13 və digər ailə üzvlərinə 2.90 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, JN 144, KOD 60604028 saylı dövlət aktına düzəliş edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır və məhkəməyə müraciət olunması izah edilmişdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 6.1-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. 6.3-cü bəndinə qeyd olunur ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Füzuli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 19 saylı qərarına əsasən mülkiyyət hüququ əsasında ailə üzvləri daxil olmaqla onlara JN 144, KOD 60604028 seriyalı dövlət aktı ilə 2.90 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Lakin həmin sənəddə Ərizəçi5 olduğu halda X4, Ərizəçi1 olduğu halda X3, Ərizəçi3 olduğu halda X8, X15 olduğu halda X5, Ərizəçi2 olduğu halda X7 yazılmışdır. X1 Tofiq Əbülfəz oğlu ilə nikaha daxil olmuş və ona İsmayılova soyadı verilmişdir. Ərizəçi4 X12 ilə nikaha daxil olmuş və ona Hacıyeva soyadı verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla həmçinin müəyyən edildi ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması ərizəçilərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və o, həmin faktı təsdiq edən lazımi sənədləri məhkəmədən kənar başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Müki-Prosessual Məcəlləsinin: 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305-309 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. Füzuli rayonu, Babı kənd sakinləri X16, X11, X22, X17, X13 və digər ailə üzvlərinin adlarına verilmiş torpağa mülkiyyət huququna dair JN 144, KOD 60604028 seriyalı dövlət aktının əslində Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X15 və Ərizəçi5 və digər ailə üzvlərinə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-237/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-237/2023
01.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver