Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2415/2025 05.03.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (maraqlı şəxs Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1961-ci il təvəllüdlü anası X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1961-ci il təvəllüdlü X3 onun anasıdır, o, ruhi xəstədir. Onun psixoloji problemi olduğundan öz hərəkətlərini mahiyyətini dərk etmir və yaxın adamları tanımır. Dəfələrlə müalicə müəssisəsinə yerləşdirilib, “üzvi (baş-beyin atrofiyası nəticəsində) ağıl zəifliyi” diaqnozu qoyulub. Həmçinin dəfələrlə evdən gedib və digər şəxslərin vasitəsi ilə tapılıb. Onun daimi kənar şəxsin köməyinə ehtiyacı var, o, öz hərəkətlərinə nəzarət edə bilmir. Hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi RPXda müalicə alır və ona daima nəzarət olunması vacibdir. Qeyd olunanlara əsasən məhkəmə qaydasında xx.xx.1961-ci il təvəllüdlü anası X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zəruridir. Anasının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ona dövlət tərəfindən verilən imtiyaz və güzəştlərdən istifadə etməyi və digər sənədləşmələrin aparılması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin məzmununa oxşar izahat vermiş və ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. -şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1961-ci il tarixdə Füzuli şəhərində anadan olmuşdur. -xx.xx.2024-cü il tarixli, 13008592 nömrəli ambulator kitabçadan çıxarışdan görünür ki, X2 başqa rubrikalarda təsnif edilən digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya diaqnozu qoyulmuşdur. 2020-ci ildə ruhi vəziyyəti qabarıq kəskinləşib. xx.xx.2024-cü il tarixində Həkim Məsləhət Komissiyasına təqdim olunub. “üzvi (baş-beyin atrofiyası nəticəsində) ağıl zəifliyi” diaqnozu təyin olunmuşdur. Pasiyentin vəziyyəti zahirən narahat, əsəbi, gərgin, aqressivdir. Suallara aqressiv, qıcıqlı cavab verir, əhvalı dəyişkəndir. Yaddaş zəifliyi qeyd olunur, oğlunu tanımır. Emosional reaksiyaları düşkündür. Yuxusu narahatdır, iştahı kafidir. -Füzuli Rayon İcra Hakimiyyətinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ərizəçiyə məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. -İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin xx.xx.2026-cı il tarixli, 210 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X3 üzvi (baş-beyin atrofiyası nəticəsində) ağıl zəifliyi formasında psixi xəstəlikdən əziyyət çəkir. Mülki işdə olan tibbi sənədlər və şəxsin oğlunun məhkəməyə ünvanlandırdığı ərizəsini tədqiq edərək aparılan (qiyabi) müayinə əsasında belə nəticəyə gəlinmişdir ki, üzvi (baş-beyin atrofiyası nəticəsində) ağıl zəifliyi diaqnozlu xəstəliklə əlaqədar xx.xx.1961 -ci il təvəllüdlü X3 öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmaması ərizəçinin izahatı, iş üzrə təyin edilmiş məhkəməpsixatriya ekspertizasının rəyi və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X3 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1961-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olmaqla Füzuli şəhəri, bina 8, mənzil 168 ünvanında yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-2415/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2415/2025
05.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver