Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-251/2024 28.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Azərbaycan Respublikasının Müdafiə Nazirliyini maraqlı şəxs qismində işə cəlb etməklə “döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) Azərbaycan Respublikasının Müdafiə Nazirliyini (bundan sonra – maraqlı şəxs) maraqlı şəxs qismində işə cəlb etməklə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarıda iştirak etmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Füzuli Rayon Hərbi Komissarlığı tərəfindən 01 iyun 1993-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacıqabul rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində xidmətə başlamışdır. Sürət Hüseynovun qanunsuz dəstəsi 15 iyun 1993-cü il tarixdə Bakı şəhərinə hücumu zamanı ərizəçinin xidmət etdiyi N saylı hərbi hissəni ələ keçirdikdən sonra ərizəçi və yoldaşları hərbi hissə komandiri tərəfindən məzuniyyətə buraxılıblar. Ərizəçi Füzuli rayonunda doğulub boya-başa çatdığı üçün N nömrəli hərbi hissədə sürücü vəzifəsində xidmət edən dayısı X1 yanına gedərək xidmətini orada davam etdirmişdir. Sonradan N saylı hərbi hissəyə keçirilərək döyüş tapşırıqlarını orada icra etməyə davam etmişdir. X6 1994-cü ilin mart ayının 4-ü gecə saatlarında döyüş gedən zaman şəhid olarkən eyni istiqamətdə döyüşüblər və ərizəçi 10 fevral 1997-ci il tarixdə hərbi xidmətdən ehtiyyata buraxılıb. Bu əsasla da ərizəçi “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə görə N saylı hərbi hissədə 1993-cü ilin noyabr ayından 1995-ci ilin fevral ayına kimi döyüş əməliyyatlarıda iştirak etmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X2, X3 və X4 şahid qismində iştirak edərək ərizəçinin ərizəsinə uyğun ifadə vermişdirlər. Məhkəmə ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etmişdir ki: - 702 nömrəli hərbi hissə komandirinin noyabr-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il və fevral 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində Ərizəçi xidməti barədə məlumat aşkar olunmamışdır (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 1720 nömrəli, 17 noyabr 2023-cü il tarixli məktubun surəti əsasında); - AR SHXÇDM-nin Füzuli Rayon Şöbəsi ərizəçinin ata adını “Cəfərqulu” olaraq düzəliş etsə də, N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ərizəçinin hərbi biletində qeyd edilməsindən imtina edilmişdir (Azərbaycan Respublikası SHXÇDM-nin Füzuli Rayon Şöbəsinin 04 noyabr 2023-cü il tarixli məktubunun surəti əsasında ). Azərbaycan Respublikası MPM-in: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən 12 aprel 2019-cu tarixli 03 saylı qərarının: - 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. - 14-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, tam, hərtərəfli və qərəzsiz qiymət verərək, eləcə də yuxarıda göstərilən, bir-biri ilə qarşılıqlı əlaqə təşkil edən qanunvericilik normaları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 358.0.1, 307, 308, 311, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizəçi “döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-251/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-251/2024
28.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver