Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-252/2023 24.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, ərizəçilər Ərizəçi və X3 iştirakları ilə, ərizəçilər Ərizəçi və X3 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən eilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi və X9 ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN 248, KOD 60618018 seriyalı dövlət aktının onlara, yəni Ərizəçi, X9 və digər ailə üzvlərinə məxsus olması faktınının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Füzuli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı əsasən, JN 248, KOD 60618018 seriyalı dövlət aktı ilə onlara və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.88 hektar torpaq sahəsi verilmişdir. Lakin həmin dövlət aktında müəyyən səhvlər buraxılaraq yazılmışdır. Belə ki, Ərizəçi oğlunun soyadı “Allahyarov” olduğu halda səhvən “Allahverdiyev”, X3 qızlıq soyadı “Allahyarova” olduğu halda səhvən “Allahverdiyeva” kimi yazılmışdır. Hazırda nikah bağladığı üçün soyadı “Qarayeva" kimi qeyd olunmuşdur. Dövlət aktında qeyd olunan səhvin buraxılması qeydiyyat aparan şəxslərin səhlənkarlığı ilə bağlıdır. Hazırda həmin dövlət aktında səhvin olması sənədləşmə yəni, yeni çıxarışın alınması ilə əlaqədar olaraq müəyyən problemlər yaradır. Bu məsələnin həlli üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri Publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsinə müraciət edilmişdir, lakin göstərilən məsələyə hər hansısa köməklik etmək səlahiyyətinə malik olmadıqlarını bildirərək, məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də, məsələnin məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında: Ərizəçilər Ərizəçi və S.Qarayeva ərizədə göstərilənlərlə oxşar məzmunlu izahat verdilər və ərizənin təmin ounmasını xahiş etdilər. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Seriya AZE № 0******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Füzuli rayonu, Kərimbəyli kəndində doğulmuşdur. Yaşayış yeri Füzuli rayonu, Kərimbəyli kəndidir. Seriya AZE № 15872431 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1990cı il tarixdə Füzuli rayonu, Kərimbəyli kəndində doğulmuşdur. Yaşayış yeri Füzuli rayonu, Kərimbəyli kəndidir. AZ-İ № 480232 nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X4 arasında 07 aprel 2009-cu il tarixində nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Qarayev, arvada Qarayeva soyadı verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-248, KOD 60618018 seriyalı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Füzuli rayonu, Kərimbəyli kənd sakinləri X1, X2 və digər ailə üzvlərinə 0.88 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 248, KOD 60618018 seriyalı dövlət aktındakı düzəlişlərin edilməsindən imtina edilmiş və ərizəçilərə məhkəməyə müraciət etmələri izah edilmişdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 6.1-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. 6.3-cü bəndinə qeyd olunur ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Füzuli rayonu, Kərimbəyli kənd sakinləri Ərizəçi və onun ailə üzvlərinə həmin kəndin ərazisində 0.88 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Lakin Ərizəçi oğlunun soyadı “Allahyarov” olduğu halda səhvən “Allahverdiyev”, X3 qızlıq soyadı “Allahyarova” olduğu halda səhvən “Allahverdiyeva” kimi yazılmışdır. Rəsmi sənədlərdə ata adı və soyадları düzgün olaraq Ərizəçi və X9 olmalıdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla həmçinin müəyyən edildi ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması ərizəçilərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Azərbaycan Respublikası Müki-Prosessual Məcəlləsinin: 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305-309 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. Füzuli rayonu, Kərimbəyli kənd sakinləri X1, X2 və digər ailə üzvlərinin adına verilmiş JN-248, KOD 60618018 torpağa mülkiyyət hüququna dair dövlət aktının əslində Ərizəçi, X6 və digər ailə üzvlərinə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-252/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-252/2023
24.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver