Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2588/2025 06.03.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (maraqlı şəxs Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2007-ci il təvəllüdlü oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X8 xx.xx.2007-ci ildə Füzuli rayon Böyük Bəhmənli kəndində anadan olub. Anadan gəlmə uşaq autizmi - kanner sindromu xəstəsidir. Orqanizmin 85% faizi fəaliyyətsizdir. Ərizəçinin yanında yaşayır və ona baxıram. Oğlu daima müalicə olunur, yaddaşı çox zəifdir, öz hərəkətlərinə nəzarət edə bilmir. Ona görə də onun yanında daima kiminsə olması zəruridir. Qeyd olunanlara əsasən məhkəmə qaydasında xx.xx.2007-ci il təvəllüdlü oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zəruridir. Oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ona dövlət tərəfindən verilən imtiyaz və güzəştlərdən istifadə etməyi və digər sənədləşmələrin aparılması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin məzmununa oxşar izahat vermiş və ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. -şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. -doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü oğlu X3 atası X7, anası X1r. -Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə barədə arayışından görünür ki, X6 birinci dərəcəli əlillik verilmiş, orqanizmin funksiyalarının pozulması faizi 85 faiz olaraq müəyyən edilmişdir ( forma 88 nömrəsi K00088678FDT, qiymətləndirmə tarixi xx.xx.2023, təyinatın tarixi xx.xx.2023-cü il. Diaqnoz: uşaq autizmi, kanner sindromu). -Füzuli Rayon İcra Hakimiyyətinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ərizəçiyə məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. -AZ-İ 105707 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Ərizəçi arasında xx.xx.2004-cü il tarixdə 18 nömrə ilə Füzuli rayon Bəhmənli kənd icra nümayəndəliyi tərəfindən nikah qeydə alınmışdır -İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin xx.xx.2026-cı il tarixli, 241 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X4 uşaq autizmi, kanner sindromu, orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə (F84.0)(F71.1) psixi xəstəliyi qeyd olunur. Bunu təqdim olunmuş tibbi sənədlərə əsasən - uşaq yaşlarından psixi inkişafdan geri qalması, TSEK-də müayinə zamanı "Uşaq autizmi. Kanner sindromu” diaqnozu ilə birinci dərəcəli əlil hesab edilməsi, daima kənar şəxslərin qulluğuna ehtiyacı olması sübut edir. Qeyd olunmalıdır ki, əqli gerilik əlamətləri anadangəlmə olmaqla şəxsin həyatı boyu davam edir, sabit xarakter daşıyır və hər hansı müalicə nəticəsində yaxşılaşma ehtimalı qeyd olunmur. Tibbi sənədlərin təhlilinə əsasən belə qənaətə gəlmək olar ki, X8 onda qeyd olunan orta dərəcəli əqli gerilik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmaması ərizəçinin izahatı, iş üzrə təyin edilmiş məhkəməpsixatriya ekspertizasının rəyi və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X8 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-2588/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2588/2025
06.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver