Məhkəmə qərarları › İş №2(064)-26/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-26/2023

17.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-26/2023 17.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən eilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçili oğlu və ailə üzvləri daxil olmaqla torpağın mülkiyyətə verilməsinə dair JN 0267, KOD 60623028 seriyalı dövlət aktının ona, yəni Ərizəçi və digər ailə üzvlərinə məxsus оlması faktınının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ona və 1 nəfər ailə üzvlərinə, Füzuli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cu il tarixli, 100/8 saylı sərəncamına JN 0267, KOD 60623028 seriyalı dövlət aktı ilə 0.34 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Lakin həmin dövlət aktında müəyyən səhvlər buraxılaraq yazılmışdır. Belə ki, onun ata adı “Məhəmməd” olduğu halda səhvən "Məhəmmədəli” kimi yazılmışdır. Dövlət aktında qeyd olunan səhvin buraxılması qeydiyyat aparan şəxslərin səhlənkarlığı ilə bağlıdır. Hazırda həmin dövlət aktında səhvin olması çıxarışın alınması ilə əlaqədar olaraq müəyyən problemlər yaradır. Bu məsələnin həlli üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri Publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsinə müraciət edilmişdir, lakin göstərilən məsələyə hər hansısa köməklik etmək səlahiyyətinə malik olmadıqlarını bildirərək, məhkəməyə müraciət etməsi tövsiyə etmişlər. Ona görə də, məsələnin məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında: Ərizəçi ərizədə göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Seriya AZE № ******** şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Füzuli rayonunda doğulmuşdur. Yaşayış yeri Füzuli rayonu, Şükürbəyli kəndidir. Torpağa mülkiyyət hüququna dair JN 0267, KOD 60623028 seriyalı dövlət aktının surətindən görünür ki, Füzuli rayonu, Şükürbəyli kənd sakinləri Ərizəçili oğlu və onun ailə üzvlərinə Füzuli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 100/8 nömrəli qərarı ilə 0.34 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 0267, KOD 60623028 seriyalı dövlət aktındakı səhvlərin düzədilməsi ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Düzəlişin edilməsindən imtina edilmiş və ərizçiyə məhkəməyə müraciət olunması izah edilmişdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 6.1-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. 6.3-cü bəndinə qeyd olunur ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində Ərizəçi və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.34 hektar torpaq sahəsi ayrılmış və həmin torpağa mülkiyyət hüququna dair JN 0267, KOD 60623028 saylı dövlət aktı verilmişdir. Lakin dövlət aktında ərizəçinin ata adı səhvən olaraq "Məhəmmədəli" yazılmışdır. Ərizəçi bu səhvin düzəliş olunması üçün əvvəlcə DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, lakin imtina cavabı aldıqdan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması ərizəçi üçün hüquqi nəticələr doğurmaqla əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və o, bu faktı təsdiq edən lazımi sənədləri məhkəmədən kənar başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Müki-Prosessual Məcəlləsinin: 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305-309 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. Füzuli rayonu, Şükürbəyli kənd sakinləri Ərizəçili oğluna və digər ailə üzvünə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.34 hektar torpaq sahəsi verilməsinə dair JN 0267, KOD 60623028 torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi və digər ailə üzvünə məxsus оlması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Füzuli rayonu Tel: (026-315)51-71 Horadiz şəhəri Faks : (026-315)51-71 İş № 2(064)-26/2023 27 mart 2023-cü il Maraqlı şəxs: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə Ünvan: Beyləqan şəhəri, S.İmrəliyev küçəsi 95 Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-26/2023 saylı qətnaməsi sizə göndərilir. Qoşma: qətnamə. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar