Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-299/2023 29.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən eilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti müddətinin, eləcə də həqiqi hərbi xidmət müddətinin əmək pensiyası təyin edilməsi üçün ümumi iş stajı kimi sosial sığorta stajı olması faktınının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o, xx xxxxxx 1955-ci ildə Füzuli rayonu, Mahmudlu-2 kəndində anadan olmuşdur. AZE ******* nömrəli əmək kitabçadakı qeydlərə əsasən sığorta stajı aşağıdakı qaydadadır: xx.xx.1973-cü ildə Füzuli rayonu N.Nərimanov adma kolxozun 7 nömrəli, 01.07.73 tarixli ərminə əsasən kolxoz üzvlüyünə qəbul edilmiş və yeni yaradılmış «Qarabağ» kolxozuna keçirilməyi ilə əlaqədar N.Nərimanov adına kolxozun 6 nömrəli, xx.xx.1989-cu il tarixli əmrinə əsasən kolxoz üzvlüyündən azad edilmiş. İşlədiyi müddətdə hər ay əmək haqqı almış əmək stajı 15 il 11 ay; xx.xx.1989-cu ildə «Qarabağ» kolxozu üzrə 1 nömrəli, xx.xx.1989-cu il tarixli əmrə əsasən «Qarabağ» kolxozuna üzv qəbul edilmiş. «Qarabağ» kolxozunun bazasında fermer təsərrüfatlarının yaradılması ilə əlaqədar kolxozun 4 nömrəli, xx.xx.1994-cii il tarixli əmrinə əsasən kolxoz üzvlüyündən azad edilmiş. İşlədiyi müddətdə hər ay əmək haqqı almış əmək stajı 5 il 5 ay 10 gün; xx.xx.1994-cü ildə «Savalan» kəndli fermer təsərrüfatının 1 nömrəli, xx.xx.1994-cü il tarixli əmrinə əsasən təsərrüfata üzv qəbul edilməklə təsərrüfatın 04 nömrəli xx.xx.1994-cii il tarixli əmrinə əsasən təsərrüfatda mexanik və uçot sazlayıcısı işinə təyin edilmiş. xx.xx.2009-cu ildə həmin vəzifədən azad edilmiş. İşlədiyi müddətdə hər ay əmək haqqı almış əmək stajı 14 il 10 ay; xx.xx.2009-cu ildə X1 İdarəsinin 10/1 nömrəli xx.xx.2009-cu il tarixli əmrinə əsasən idarədə maşinist vəzifəsinə qəbul edilmiş. İdarənin 4/3 nömrəli, xx.xx.2010- cu il tarixli əmrinə əsasən həmin vəzifədən azad edilmiş. İşlədiyi müddətdə hər ay əmək haqqı almış əmək stajı 6 ay. Beləliklə də, əmək kitabçasındakı qeydlərə əsasən sığorta stajı 27 il 1 ay təşkil edir. Bundan başqa, o, xx.xx.1974-cü ildən xx.xx.1976-cı illər ərzində keçmiş SSSR Müdafiə Nazirliyinin həqiqi hərbi xidmətində olmuşdur. Beləliklə, əmək kitabçasındakı qeydlərə həqiqi hərbi xidmət müddəti də əlavə olunmaqla ümumilikdə sosial sığorta stajı 29 il 1 əy təşkil edir. Lakin Azərbaycan Respublikası X2 Filialından verilmiş xx.xx.2020-ci il tarixli 18 nömrəli arxiv arayışında sosial sığorta stajının 1977-ci ildən 1989-cu ildən hesablanması göstərilmişdir. Eləcə də müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ona ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubda sosial sığorta stajının 17 il 1 ay 8 gün təşkil etdiyi göstərilmişdir. Sosial sığorta stajının düzgün hesablanmaması səbəbindən ona əmək pensiyası təyin olunmamışdır. Ona görə də, əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti müddətinin, eləcə də həqiqi hərbi xidmət müddətinin əmək pensiyası təyin edilməsi üçün ümumi iş stajı kimi sosial sığorta stajı olmasına dair hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi tələbinə dair ərizə xüsusi icraat qaydasında baxaraq qətnamə çıxarılmasını istəyir. Məhkəmə iclasında: Ərizəçi ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən mülki iş üzrə icraata xitam verilməlidir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3.Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.2. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. İş materialları ilə müəyyən edilir ki, Ərizəçi ərizəsində sosial sığorta stajının müəyyən edilməsini istədiyi əmək fəaliyyətinə dair müvafq məlumatlar onun tərəfindən təqdim edilmiş əmək kitabçası, arxiv arayışı, hərbi bilet və sair digər hüquqmüəyyənedici sənədlərdə öz əksini tapmışdır. Belə olan halda, əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Ərizəyə əlavə edilmiş sənədlərlə həm də o müəyyən olunur ki, Ərizəçi əmək stajının müəyyən edilməsindən ötrü aidiyyəti dövlət orqanına müraciət etsə də imtina cavabı almışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi imtina aldığı DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmalıdır. Azərbaycan Respublikası MPM-in: 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4-cü maddəsində göstərilir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə şərh olunanlara əsaslanıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-263, 264, 267, 268-ci maddələrini rəhbər tutub, QƏTETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi izah edilsin ki, sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanından imtina aldığından həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-299/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-299/2023
29.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver