Məhkəmə qərarları › İş №2(064)-302/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-302/2023

17.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-302/2023 17.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən eilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi və ailə üzvləri daxil olmaqla torpağın mülkiyyətə verilməsinə dair JN 0033, KOD 60606038 seriyalı dövlət aktının ona, yəni Ərizəçi və digər ailə üzvlərinə məxsus olması faktınının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, şəxsiyyət vəsiqəsində ata adı "Murad" olmasına baxmayaraq, Füzuli rayonu Aqrar İslahat Komissiyasının 12 aprel 1999-cu il 65 saylı sərəncamı ilə onun və digər ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,46 hektar torpaq sahəsi verilməsinə dair JN 0033, KOD CÖ606038 dövlət aktında ata adı səhvən olaraq "İsmixan" yazılmışdır. Bu texniki səhv ucbatından mülkiyyətində olan torpaq sahəsi ilə əlaqədar zəruri əqdlərin həyata keçirilməsində çətinliklər yaranır. Hazırda Füzuli rayonu Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi fəaliyyət göstərmədiyindən bu texniki səhvlərin aradan qaldırılması üçün qeyd edilən dövlət aktında düzəliş edilib, Ərizəçi İsmixan oğlunun ata adının “Murad" yazılması tələbinə dair ərizə ilə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarədən verilmiş xx.xx.2022-ci il tarixli, **********58 nömrəli məktubda göstərilmişdir ki, Xidmət müraciətlə bağlı hər hansısa köməklik etmək səlahiyyətinə malik deyildir və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərinə əsasən qeyd olunan uyğunsuzluq faktının təsdiqlənməsi məqsədi ilə müvafiq məhkəmə instansiyasına müraciət etmək tövsiyyə olunur. Məhkəmə iclasında: Ərizəçi ərizədə göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Seriya AZe № 0******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixində Füzuli rayonu, Mahmudlu-2 kəndində doğulmuşdur. Yaşayış yeri Füzuli rayonu, Mahmudlu-2 kəndidir. Torpağa mülkiyyət hüququna dair JN 0033, KOD 60606038 seriyalı dövlət aktının surətindən görünür ki, Füzuli rayonu, Mahmudlu-2 kənd sakinlari Ərizəçi İsmixan oğlu və onun ailə üzvlərinə Füzuli rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 12 aprel tarixli 65 nömrəli qərarı ilə 1.46 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 0033, KOD 60606038 seriyalı dövlət aktındakı həmin səhvin düzədilməsi ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır.Düzəlişin edilməsindən imtina edilmiş və ərizçiyə məhkəməyə müraciət olunması izah edilmişdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 6.1-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. 6.3-cü bəndinə qeyd olunur ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Füzuli rayonu, Mahmudlu-2 kəndi ərazisində Ərizəçi və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.46 hektar torpaq sahəsi ayrılmış və həmin torpağa mülkiyyət hüququna dair JN 0033, KOD 60606038 saylı dövlət aktı verilmişdir. Lakin dövlət aktında ərizəçinin ata adı səhvən olaraq "İsmixan" kimi yazılmışdır. Ərizəçi bu səhvin düzəliş olunması üçün əvvəlcə DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, lakin imtina cavabı aldıqdan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması ərizəçi üçün hüquqi nəticələr doğurmaqla əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və o, bu faktı təsdiq edən lazımi sənədləri məhkəmədən kənar başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Müki-Prosessual Məcəlləsinin: 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305-309 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. Füzuli rayonu, Mahmudlu-2 kənd sakinləri Ərizəçi İsmixan oğluna və onun ailə üzvlərinə 1.46 hektar torpaq sahəsi verilməsinə dair JN 0033, KOD 60606038 torpağa mülkiyyət hüququna dair dövlət aktının əslində Ərizəçi və digər ailə üzvlərinə məxsus olması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar