Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-304/2023 01.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X17, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı verdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (bundan sonra - ərizəçilər) maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə (bundan sonra – maraqlı şəxs) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onların və digər ailə üzvlərinin adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN - 0012 KOD 60606038 nömrəli Dövlət Aktında onların və mərhum anaları X1, adı və ata adlarının müəyyən texniki səhvlərə yol verilməklə göstərildiyinə görə həmin hüquqmüəyyənedici sənədin onlara, X4 və digər ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər ərizəsində və məhkəməyə verdikləri izahatlarında tələblərini onunla əsaslandırmışlar ki, barələrində olan rəsmi sənədlərdə onların və mərhum anaları X1, adı və ata adları düzgün qeyd edilmişdir. Lakin Füzuli rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1999-cu il tarixli, 65 nömrəli Sərəncamı əsasında 1,90 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə onlar və digər ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair “Torpağa mülkiyyət hüququna dair” JN - 0012 KOD 60606038 nömrəli Dövlət Aktında qeydiyyatı aparan şəxslərin səhlənkarlığı ucbatından mülkiyyətçilər - Ərizəçi1 soyadı “Məmmədova”, atasının adı “Əbdül”, Ərizəçi2 adı “Dilquşa”, X3 adı “Dilşad”, ata adı “Xanbaba” olaraq səhv yazılmışdır. Bu hal onlara həmin torpaq sahəsi ilə bağlı digər sənədləşmə işlərinin aparılmasında problem yaradır. Bunun məhkəmədən kənar qaydada həlli mümkün deyildir. Məhkəmə iclasında ərizəçilər verdikləri ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə maraqlı şəxs keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması növündə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlər əsasında müəyyən etmişdir ki,: - X7 xx xxxxxx 1970-ci il tarixdə, Ərizəçi2 xx xxxxxx 1970-ci il tarixdə Füzuli rayonu, Kürdmahmudlu kəndində doğulmuşlar (müvafiq olaraq Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri əsasında verilmiş 09 fevral 2023-cü il tarixli, 115/05 və 114/05 nömrəli arayışların, AA ******* və AA******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən), hazırda Füzuli rayonu, Əhmədbəyli kəndində yaşayırlar (Füzuli RİHB-nın Əhmədbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli arayışlara əsasən). X2 Eloğlan İsa oğlu ilə aralarındakı nikahın 10 yanvar 1992-ci il tarixdə Füzuli rayonu, Əhmədbəyli kənd sovetliyində qeydə alınmasından sonra X5 “Quliyeva” soyadı verilmişdir (V-ЖГ 479609 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən). - X4 21 aprel 2007-ci il tarixdə ölmüşdür (AZ-1 250613 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən). - “Torpağa mülkiyyət hüququna dair” JN - 0012 KOD 60606038 nömrəli X18 rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1999-cu il tarixli, 65 nömrəli Sərəncamı əsasında 1,90 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X14, X8, X12, X6 və onların digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verildiyi göstərilmişdir. - Füzuli RİHB-nın Əhmədbəyli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 dekabr 2022 və 28 fevral 2023-cü il tarixli arayışlarda göstərilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” JN - 0012 KOD 60606038 nömrəli Dövlət Aktında ümumi birgə mükiyyətçilərdən Ərizəçi2 adı “X12”, Ərizəçi1 adı “X8”, X3 adı “X6” kimi səhv göstərilmişdir. - İş üzrə maraqlı şəxsin 16 dekabr 2022-ci il tarixli məktubunda ərizəçilərin “Torpağa mülkiyyət hüququna dair” JN - 0012 KOD 60606038 nömrəli Dövlət Aktında məhkəməyə müraciət etdikləri ərizədə göstərdikləri səhvlərin aradan qaldırılmasından imtina edilmiş və ərizəçilərə məhkəməyə müraciət etmələri izah edilmişdir. Məhkəmə göstərilənlər əsasında işin faktiki hallarını ümumi şəkildə belə müəyyən edir ki, “Torpağa mülkiyyət hüququna dair” JN - 0012 KOD 60606038 nömrəli X18 rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1999-cu il tarixli, 65 nömrəli Sərəncamı əsasında 1,90 hektar torpaq sahəsinin ümumi birgə mülkiyyətlərinə verilmiş şəxslərdən rəsmi sənədlər əsasında Ərizəçi2, Ərizəçi1 və X4 olan şəxslərin soyadları, adları və ata adları müvafiq olaraq “X12”, “Ərizəçi1 Əbdül qızı” və “X6” kimi səhv göstərilmişdir. İş üzrə maraqlı şəxsin həmin hüquqmüəyyənedici sənəddə yol verilmiş səhvi aradan qaldırmaqdan imtina etməsi ərizəçilərə münasibətdə Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində nəzərdə tutulmuş prosessual əsası yaratmışdır. Ərizəçilər göstərilən torpaq sahəsinə dair digər əmlak hüquqlarının əmələ gəlməsinin asılı olduğu, ərizələrində göstərdikləri hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini məhkəmədən ona görə xahiş etmişlər ki, həmin faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada alınması mümkün deyildir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, tam, hərtərəfli və qərəzsiz qiymət verərək, eləcə də yuxarıda göstərilən, bir-biri ilə qarşılıqlı əlaqə təşkil edən qanunvericilik normaları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 358.0.1, 307, 308, 311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Füzuli rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1999-cu il tarixli, 65 nömrəli Sərəncamı əsasında 1,90 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Füzuli rayonu, Əhmədbəyli kənd sakinləri X14, X8, X12, X6 və onların digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilməsi barədə olan “Torpağa mülkiyyət hüququna dair” JN - 0012 KOD 60606038 nömrəli Dövlət Aktının müvafiq olaraq X14, Ərizəçi1, Ərizəçi2, X4 və onların digər ailə üzvlərinə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(064)-304/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-304/2023
01.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver