Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-365/2023 26.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisinə görə qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib olunmuş 20 iyul 2020-ci il tarixli akta əsasən qanunsuz olaraq ondan tələb olunan 972 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonunun Şpartı qış otlaq yataqlarında ailə üzvlərilə birlikdə yaşayır, orada mal-heyvan saxlayır. Məcburi köçkündür. O, bir abonent olaraq həmişə işlətdiyi elektrik enerjisinə görə vaxtlı-vaxtında ödəniş edir. Təxminən 2020-ci ilin yay aylarında o, işıq idarəsinin müdiri Səttar müəllimə müraciət edərək onun taxılını suvarmaq üçün onu suvuran aparatın işlədilməsi üçün əlavə elektrik verilməsi üçün müraciət etmiş, o, isə mantyor göndərmiş, mantyor Rəşad adlı şəxs idi, Səttar müəllim ona deyib ki bunun üçün dövlət büdcəsinə 57 manat pul köçürməlisən, o, da həmin pulu köçürmüşdür. Bundan sonra, taxılı sovuran aparat işləməmiş, o, da buna görə əlavə xəttdən istifadə etməmiş, Rəşad adlı montyor isə bir gün sonra həmin xətti özü kəsmişdir. Apatarın işləməməsinə onu işlədən şəxs Füzuli rayon Qarabağ kənd sakini Ələsgər də şahiddir. Bundan bir ay sonra o, işlətdiyi elektrik enerjisinə görə çek gələrkən ona 972 manat cərimə yazıldığını görmüşdür. Bu barədə 20 iyul 2020-ci il tarixli akt tərtib edilmişdir, lakin onun həmin aktdan xəbəri yoxdur. Dəfələrlə müraciət etsə də hər dəfə ona deyilirmiş ki, səhv yazılıb silinəcək, lakin iki ildən çoxdur ki, bu cərimə silinməyib. 2022-ci ilin 17 yanvar tarixində işıq idarəsinin işçiləri gələrək onun işığını kəsmişlər ki, guya o, qəsdən cəriməni ödəmir. 2018-ci ilin yanvar ayının 29-da X2 Cəmiyyətinin Füzuli Elektrik Şəbəkəsinin işçiləri mənim yaşadığım evə gələrək guya mənim kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyini iddia edərək ona 093412 saylı akt yazmışlar. Həmin akta əsasən ona 532.90 manat cərimə hesablamışlar. Lakin cavabdeh təşkilatın nümayəndələrinin iddia etdiyini əksinə o, heç bir əlavə və ya kənar xətdən istifadə etməmiş, akt tamamilə qanunsuz yazılmışdır, o, nə qədər israr etsə də, cavabdeh təşkilatın nümayəndələri ona qulaq asmamış, heç bir əsas olmadan həmin aktı yazaraq onu əsasız yerə cərimə etmişlər. Akt tərtib edilərkən o, onu əsassız olduğundan imzalamamış və həmin aktın surəti də ona təqdim olunmamışdır. Sonradan o, rəsmi məktubla X1 müraciət edərək aktın surətini əldə etmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində qeyd olunanlarla oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayyəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş: "xxxx" ASC-nin Füzuli EŞ üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 093412 saylı aktdan görünür ki, istehlakçı tərəfindən enerjidən istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində abonentin taxıl sovuran maşın üçfazalı olduğu üçün sahədən kənar xətt verilib naqildən keçən yük amperlə ölçüldü. Kənar xətt ləğv olundu. İddiaçı adına verilmiş abunə haqqında arayışdan görünür ki, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 972 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Azərbaycan Respubliaksı Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın: 7.13-cü bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. 8.32-ci bəndinə görə, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktların bir nüsxəsini məişət abonentinə təqdim verir. Akt energi təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktların məzmumu barədə öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə tədqiq olunmuş sübutlara, yuxarıda qeyd olunan hüquq normalarına qiymət verərək hesab edir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli akt öz-özlüyündə etibarsızdırlar. Belə ki, həmin aktda abonent tərəfindən kənar xətt çəkilməsi qeyd olunsa da məhz onun tərəfindən sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi sübut olunmamışdır. Cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan akt isə sayğacdan kənar elektrik enerjisinin iddiaçı tərəfindən qanunsuz istifadə edildiyini təsdiq etmir. Göründüyü kimi, "xxxx" ASC tərəfindən tərtib edilmiş akt qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilmədiyindən öz-özlüyündə etibarsız olduğundan abonentlə həmin sənədə əsasən yenidən hesablaşma aparıla bilməzdi. Digər tərəfdən qeyd olunan elektrik naqilindən keçən cərəyan yükünün hansı texniki vasitələrdən istifadə edilərək ölçülməsi barədə qeyd olunmamış və həmin akt hal şahidlərinin iştirakı olmadan tərtib edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsas sayılaraq təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli akt üzrə hesablanmış 972 manat borc əsassız sayılaraq silinməlidir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPMin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin olunsun. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli akt üzrə İddiaçı qanunsuz hesablanmış 972 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-365/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-365/2023
26.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver