Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-428/2023 14.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon İHB-nin Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il təvəllüdlü qızı X3 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, qızı X7 xx.xx.1989-cu ildə Füzuli rayonu, Mahmudlu-2 kəndində doğulub, anadan gəlmə ruhi xəstədir, onun yanında yaşayır. Daima müalicə olunur, yaddaşı çox zəifdir, öz hərəkətlərinə nəzarət edə bilmir. Dəfələrlə gedib, polislərin vasitəsi ilə tapılıb, 1 saylı RPX yə təhvil verilmiş, müalicə almışdır. Qızına tək baxa bilmir, ona görə də onun yanında daima kiminsə olması zəruridir. O, qızının onun qəyyumluğuna verilməsi ilə bağlı Füzuli rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik şöbəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Bu faktın müəyyən olunması ona X4 dövlət tərəfindən verilən imtiyaz və güzəştlərindən istifadə etməsi və ailə üçün hər hansı sənədləşmənin aparılması üçün lazımdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi ərizəsinə oxşar məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Füzuli rayon İHB-nin Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X2 xx.xx.2022-ci il tarixli məhkəmə iclasında qanunamüvafiq əsaslar olduğu halda ərizənin təmin ediməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni nəzərdən keçirərək, tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Xİİİ-JQ № 423462 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1989-cu il tarixində Füzuli rayonunda doğulmuşdur. X1, anası Ərizəçidır. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 108 saylı rəyindən məlum olur ki, xx.xx.1989-cu il təvəllüdlü X7 öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Ona görə də, onun fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsində deyilir ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanlarının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.1-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə də, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə təyin olunaraq keçirilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə müəyyən edilir ki, Ərizəçi qızı xx.xx.1989-cu il təvəllüdlü X7 fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216-220, 227, 233, 357, 360 və 362-cimaddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü X7 fəaliyyət qabliyyəti olmayan hesab edilsin. Bu qətnamə xx.xx.1989-cu il təvəllüdlü X7 üzərində qəyyum təyin etmək üçün əsas hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Füzuli rayonu Tel: (026-315)51-82 Horadiz şəhəri Faks: (026-315)51-71 İş № 2(064)- 428/2023 17 fevral 2023-cü il İddiaçı Ərizəçi Ünvan: Füzuli rayonu, Mahmudlu-2 kəndi Maraqlı şəxs Füzuli rayon İHB-nin Aparatı yanında Qəyyumluq və himayəçilik komissiyasına Ünvan: Füzuli rayonu, Horadiz şəhəri Füzuli Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(064)-428/2023 saylı qətnaməsi sizə göndərilir. Qoşma: qətnamə. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-428/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-428/2023
14.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver