Məhkəmə qərarları › İş №2(064)-430/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-430/2023

06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-430/2023 06.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X18, ərizəçilər Ərizəçi, X5 və X8 vəkili – fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, ərizəçilər Ərizəçi, X5 və X8 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı verdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi, X5 və X13 (bundan sonra - ərizəçilər) maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə (bundan sonra – maraqlı şəxs) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onların və digər ailə üzvlərinin adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN - 419 KOD 60618018 nömrəli Dövlət Aktında ərizəçilər X5 və X13, mərhumlar X14 və X2, adı və ata adlarının müəyyən texniki səhvlərə yol verilməklə göstərildiyinə görə həmin hüquqmüəyyənedici sənədin onlara, mərhumlar X14 və X10, onların digər ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər ərizələrində tələblərini, onların vəkilləri Vəkil isə məhkəmə iclasında həmin tələbə uyğun mövqeyini onunla əsaslandırmışlar ki, ərizəçilər X5 və X13, mərhumlar X14 və X6 barəsində olan rəsmi sənədlərdə soyadı, adı və ata adları düzgün qeyd edilmişdir. Lakin Füzuli rayon Aqrar İslahat Komissiyasının 15 iyun 2000-ci il tarixli, 03 nömrəli qərarı əsasında 2,73 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə onlar və digər ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair “Torpağa mülkiyyət hüququna dair” JN - 419 KOD 60618018 nömrəli Dövlət Aktında qeydiyyatı aparan şəxslərin səhlənkarlığı ucbatından mülkiyyətçilər – X1 və adı “Ərəblinski Zeynəb”, X8 adı “Xaliq”, X6 ata adı “Zakir” və X3 “Həsənova” olaraq səhv yazılmışdır. Bu hal onlara həmin torpaq sahəsi ilə bağlı digər sənədləşmə işlərinin aparılmasında problem yaradır. Bunun məhkəmədən kənar qaydada həlli mümkün deyildir. Məhkəmə iclasında ərizəçilərin vəkili Vəkil ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər məhkəməyə daxil olmuş müraciətlərində məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və ərizələrinin təmin edilməsini xahiş etmişlər. İş üzrə maraqlı şəxs keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə işə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması növündə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlər əsasında müəyyən etmişdir ki,: - X5 02 feval 1956-cı il tarixdə Yevlax rayonunda, X13 10 mart 1982-ci il tarixdə Füzuli rayonu, Kərimbəyli kəndində doğulmuşlar (müvafiq olaraq AZE 07930469 və AZE 17119769 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən), - X10 ilə X14 arasındakı nikahın 20 mart 1989-cu il tarixdə Füzuli rayon VVAQ şöbəsində qeydə alınmışdır (İV-ЖГ 494768 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən). - X10 01 mart 1997-ci, X14 09 fevral 2015-ci il tarixlərdə ölmüşlər (müvafiq olaraq İV- ЖГ 459822 və AZ-İ 733453 nömrəli ölüm haqqında şəhadətnamələrin surətlərinə əsasən); - “Torpağa mülkiyyət hüququna dair” JN - 419 KOD 60618018 nömrəli X20 rayon Aqrar İslahat Komissiyasının 15 iyun 2000-ci il tarixli, 03 nömrəli qərarı əsasında 2,73 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Ərizəçi, X7, X15, X11, X16 və onların digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verildiyi göstərilmişdir. - Füzuli RİHB-nın Kərimbəyli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli arayışda göstərilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” JN - 419 KOD 60618018 nömrəli Dövlət Aktında ümumi birgə mükiyyətçilərdən X1 və adı “Ərəblinski Zeynəb”, X8 adı “Xaliq”, X6 ata adı “Zakir” və X3 “Həsənova” olaraq səhv göstərilmişdir. - İş üzrə maraqlı şəxsin 12 yanvar 2023-cü il tarixli məktubunda ərizəçilərin “Torpağa mülkiyyət hüququna dair” JN - 419 KOD 60618018 nömrəli Dövlət Aktında məhkəməyə müraciət etdikləri ərizədə göstərdikləri səhvlərin aradan qaldırılmasından imtina edilmiş və ərizəçilərə məhkəməyə müraciət etmələri izah edilmişdir. Məhkəmə göstərilənlər əsasında işin faktiki hallarını ümumi şəkildə belə müəyyən edir ki, “Torpağa mülkiyyət hüququna dair” JN - 419 KOD 60618018 nömrəli X20 rayon Aqrar İslahat Komissiyasının 15 iyun 2000-ci il tarixli, 03 nömrəli qərarı əsasında 2.73 hektar torpaq sahəsinin ümumi birgə mülkiyyətlərinə verilmiş şəxslərdən rəsmi sənədlər əsasında X5, X13, X10 və X14 olan şəxslərin soyadları, adları və ata adları müvafiq olaraq “X7”, “X15”, “X11” və “X16” kimi səhv göstərilmişdir. İş üzrə maraqlı şəxsin həmin hüquqmüəyyənedici sənəddə yol verilmiş səhvi aradan qaldırmaqdan imtina etməsi ərizəçilərə münasibətdə Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində nəzərdə tutulmuş prosessual əsası yaratmışdır. Ərizəçilər göstərilən torpaq sahəsinə dair digər əmlak hüquqlarının əmələ gəlməsinin asılı olduğu, ərizələrində göstərdikləri hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini məhkəmədən ona görə xahiş etmişlər ki, həmin faktı təsdiq edən lazımi sənədin məhkəmədən kənar başqa qaydada alınması mümkün deyildir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, tam, hərtərəfli və qərəzsiz qiymət verərək, eləcə də yuxarıda göstərilən, bir-biri ilə qarşılıqlı əlaqə təşkil edən qanunvericilik normaları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 358.0.1, 307, 308, 311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Füzuli rayon Aqrar İslahat Komissiyasının 15 iyun 2000-ci il tarixli, 03 nömrəli qərarı əsasında 2,73 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Füzuli rayonu, Əhmədbəyli kənd sakinləri Ərizəçi, X7, X15, X11, X16 və onların digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilməsi barədə olan “Torpağa mülkiyyət hüququna dair” JN - 419 KOD 60618018 nömrəli Dövlət Aktının Ərizəçi, X5, X13, X14, X10 və onların digər ailə üzvlərinə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar