Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-444/2023 30.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi5 iştirakları ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı verdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 (bundan sonra ərizəçilər) maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə (bundan sonra – maraqlı şəxs) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onların və digər ailə üzvlərinin adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN - 158 KOD 60604028 nömrəli Dövlət Aktında onların adı, soyadı və ata adlarının müəyyən texniki səhvlərə yol verilməklə göstərildiyinə görə həmin hüquqmüəyyənedici sənədin onlara və digər ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər ərizələrində, eləcə də məhkəmə iclasında verdikləri izahatlarında tələblərini onunla əsaslandırmışlar ki, barələrində olan rəsmi sənədlərdə onların soyadı, adı və ata adları düzgün qeyd edilmişdir. Lakin Füzuli rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 19 nömrəli qərarı əsasında 3.22 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə onların mülkiyyətinə verilməsinə dair “Torpağa mülkiyyət hüququna dair” JN - 158 KOD 60604028 nömrəli Dövlət Aktında qeydiyyatı aparan şəxslərin səhlənkarlığı ucbatından mülkiyyətçilər – Ərizəçi1 soyadı “Aşurova”, adı “Nəhayət”, Ərizəçi2 soyadı “Aşurova”, Ərizəçi3 soyadı “Aşurova”, adı “Qumru”, Ərizəçi4 soyadı “Aşurova”, ata adı “Temir” və Ərizəçi5 soyadı “Ağayeva” olaraq səhv yazılmışdır. Bu hal onlara həmin torpaq sahəsi ilə bağlı digər sənədləşmə işlərinin aparılmasında problem yaradır. Bunun məhkəmədən kənar qaydada həlli mümkün deyildir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi5 verdikləri ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi4 məhkəməyə daxil olmuş müraciətində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə işə Ərizəçi4 və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması növündə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlər əsasında müəyyən etmişdir ki,: - Ərizəçi1 xx xxx 1971-ci il, Ərizəçi2 xx xxxxxx 1979-cu il, Ərizəçi3 xx xxxxx 1970-ci il, Ərizəçi4 xx xxxxxxx 1975-ci il və Ərizəçi5 xx xxxxxx 1994-cü il tarixdə doğulmuşlar (müvafiq olaraq AA*******, AZE********, AA*******, AZE0******* və AA******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən), hazırda Füzuli rayonu, Babı kəndində yaşayırlar (Füzuli RİHB-nın Arayatılı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli arayışlar əsasında). - “Torpağa mülkiyyət hüququna dair” JN - 158 KOD 60604028 nömrəli X9 rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 19 nömrəli qərarı əsasında 3,22 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X1, X6, X7, X3, X4, X5 və Aşurov Muradxan Babaş oğlunun ümumi birgə mülkiyyətinə verildiyi göstərilmişdir. - Füzuli RİHB-nın Arayatılı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 mart 2023-cü il tarixli arayışda göstərilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” JN - 158 KOD 60604028 nömrəli Dövlət Aktında ümumi birgə mükiyyətçilərdən Ərizəçi1 soyadı “Aşurova”, adı “Nəhayət”, Ərizəçi2 soyadı “Aşurova”, Ərizəçi3 soyadı “Aşurova”, adı “Qumru”, Ərizəçi4 soyadı “Aşurova”, ata adı “Temir” və Ərizəçi5 soyadı “Ağayeva” olaraq səhv göstərilmişdir. - İş üzrə maraqlı şəxsin 26 dekabr 2022-ci il tarixli məktubunda ərizəçilərin “Torpağa mülkiyyət hüququna dair” JN - 158 KOD 60604028 nömrəli Dövlət Aktında məhkəməyə müraciət etdikləri ərizədə göstərdikləri səhvlərin aradan qaldırılmasından imtina edilmiş və ərizəçilərə məhkəməyə müraciət etmələri izah edilmişdir. Məhkəmə göstərilənlər əsasında işin faktiki hallarını ümumi şəkildə belə müəyyən edir ki, “Torpağa mülkiyyət hüququna dair” JN - 158 KOD 60604028 nömrəli X9 rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 19 nömrəli qərarı əsasında 3,22 hektar torpaq sahəsinin ümumi birgə mülkiyyətlərinə verilmiş şəxslərdən rəsmi sənədlər əsasında Ərizəçi1 soyadı “Aşurova”, adı “Nəhayət”, Ərizəçi2 soyadı “Aşurova”, Ərizəçi3 soyadı “Aşurova”, adı “Qumru”, Ərizəçi4 soyadı “Aşurova”, ata adı “Temir” və Ərizəçi5 soyadı “Ağayeva” kimi səhv göstərilmişdir. İş üzrə maraqlı şəxsin həmin hüquqmüəyyənedici sənəddə yol verilmiş səhvləri aradan qaldırmaqdan imtina etməsi ərizəçilərə münasibətdə Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində nəzərdə tutulmuş prosessual əsası yaratmışdır. Ərizəçilər göstərilən torpaq sahəsinə dair digər əmlak hüquqlarının əmələ gəlməsinin asılı olduğu, ərizələrində göstərdikləri hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini məhkəmədən ona görə xahiş etmişlər ki, həmin faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada almaları mümkün deyildir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, tam, hərtərəfli və qərəzsiz qiymət verərək, eləcə də yuxarıda göstərilən, bir-biri ilə qarşılıqlı əlaqə təşkil edən qanunvericilik normaları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 358.0.1, 307, 308, 311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Füzuli rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 19 nömrəli qərarı əsasında 3,22 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Füzuli rayonu, Babı kənd sakinləri X1, X6, X7, X3, X4, X5 və Aşurov Muradxan Babaş oğlunun ümumi birgə mülkiyyətinə verilməsi barədə olan “Torpağa mülkiyyət hüququna dair” JN - 158 KOD 60604028 nömrəli Dövlət Aktının müvafiq olaraq X1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi2, Ərizəçi1, Ərizəçi5 və və Aşurov Muradxan Babaş oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(064)-444/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-444/2023
30.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver