Məhkəmə qərarları › İş №2(064)-449/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-449/2024

02.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-449/2024 02.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisinə görə qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən qanunsuz olaraq ondan tələb olunan 914,76 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonunun Şükürbəyli kəndində yaşayır. "xxxx" ASC onun adına elektrik enerjisindən istifadəyə görə əsassız olaraq 1114,34 manat məbləğində borc hesablanmış, həmin məbləğlə razılaşmayıb ödəmədiyi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, "xxxx" ASC-nin əlavə olaraq hesabladığı 914,76 manat borc əsassızdır bə bununla bağlı məhkəmə qətnaməsi çıxarılmışdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(064)-1622/2021 nömrəli qətnaməsinə əsasən "xxxx" ASC-nin tələbi qismən təmin olunmuş və istifadə olunmuş elektrik enerjisinə görə 199,58 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 5,37 manat məbləğində pul İddiaçı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı qət edilmiş məbləği xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin xeyrinə ödəyərək həmin qəbzi məhkəməyə təqdim edib. Lakin "xxxx" ASC qanunsuz olaraq hesabladığı 914,76 manat borcu hələ də silməmiş, şifahi qaydada bildirmişdir ki, məhkəmə qətnaməsinin nəticə hissəsində sözügedən əsassız borcun silinməsi ilə bağlı iddiaçının üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Buna görə də, həmin borc olduğu kimi qalmaqdadır. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində qeyd olunanlarla oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayyəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki: - "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixli akt ilə abonentə hesablanmış 914,76 manat borc əsassız hesab edilmişdir. İstifadə olunmuş elektrik enerjisinə görə 199,58 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 5,37 manat məbləğində pul İddiaçı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir (Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(064)-1622/2021 nömrəli qətnaməsinin surətinə əsasən); - İddiaçı xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin xeyrinə 205 manat pul ödəmişdir (xx.xx.2021-ci il tarixli qəbzin surətinə əsasən). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Azərbaycan Respubliaksı Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın: 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktların bir nüsxəsini məişət abonentinə təqdim verir. Akt energi təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktların məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə tədqiq olunmuş sübutlara, yuxarıda qeyd olunan hüquq normalarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı sayılaraq təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 914,76 manat borc əsassız sayılaraq silinməlidir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin olunsun. "xxxx" ASC tərəfindən İddiaçı qanunsuz hesablanmış 914,76 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar